|
Söz Azadlığını Müdafiə Fondu (SAMF) milli mətbuatımızın qaranquşu sayılan “Əkinçiâ€�nin çapdan çıxmasının 135 illiyi münasibətilə “Həsənbəy Zərdabi və “Əkinçiâ€� adlı yeni kitabı çapa hazırlayır. SAMF-dən KƏLAMİNFO-ya verilən məlumata görə, kitabda xalqımızın qiraət müəllimi kimi yaddaşlarda yaşayan H.Zərdabi haqqında ayrı-ayrı mənbələrdən toplanan məlumatlar, xatirələrlə yanaşı, “Əkinçiâ€� haqqında da indiyədək Azərbaycan dilində çap olunmayan yazılar oxucuların ixtiyarına veriləcək.
Kitabın ön sözünün müəllifi Fodun sədri, şair Musa Yaqub, redaktoru əməkdar jurnalist Tahir Aydınoğlu, tərtibçiləri Vüqar Tofiqli və Nəzirməmməd Quliyevdir.
Kitabda Zərdabi haqqında ötən əsrdə yazılanlarla bərabər, ədibin müasir tədqiqatçıları - professor İzzət Rüstəmov və Vəli Məmmədovun da araşdırmaları yer alıb.
|