|
Bu gün “Hyatt-Regencyâ€� otelində faşizm üzərində Qələbənin 65 illiyi münasibətilə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Breyn-rinqâ€� intellektual oyunu keçirilir. KƏLAMİNFO xəbər verir ki, tədbirdə 10-a yaxın Böyük Vətən Müharibəsi iştirakçısı, gənclər və idman nazirinin müavini İntiqam Babayev və gənclər iştirak edir.
İntellektual oyunda iştirak üçün 8 ali məktəbin eyni sayda komandası seçilib. İntellektual oyunun sualları Böyük Vətən müharibəsində ölkəmizin və azərbaycanlıların xidmətindən bəhs edir. Suallar “Atəşgah İntellektual Oyunuâ€� İctimai Birliyi tərəfindən hazırlanıb.
Qeyd edək ki, tədbirin açılışında bildirilib ki, oyunda iştirak edəcək ali məktəb komandasının biri qeyri-müəyyən səbəbdən oyuna qatılmayıb. Oyun davam edir. Nəticədə 3 komanda seçiləcək. Qaliblərə diplom və hədiyyələr təqdim olunacaq.
|