Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 71 72 73 74 75 76 77 78 79 » #
    Azərbaycan tarixində “qara” izi olan A.Qriboyedov haqqında film çəkilib
    Rusiyanın sənədli film ustaları XIX əsrdə Rus imperiyasının İranda səfiri Aleksandr Qriboyedovun həyatına həsr olan sənədli film çəkib. Film Azərbaycan tarixində “qara” izi olan A.Qriboyedov haqqında maraqlı nüanslar ortaya çıxarıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, filmin müəllifi bir sıra siyasi detektivlərin yaradıcısı Sergey Medvedevdir. Müəllif yazıçı-diplomatın həyatını detektivə bənzədib. Müəllif “Ağıldan bəla” kimi bir əsərin müəllifinin nədən İranda bir qrup fanat tərəfindən qətlə yetirilməsinə aydınılq gətirmək istədiyini bildirirb. Medvedev Qriboyedovla bağlı əsil tarixi araşdırma apardıqlarını söyləyib. Burada Qriboyedovun ölümünə birbaşa yol açmış proseslərdən danışılır və varlı iranlıların erməni hərəmlərinin rolundan danışılır. Filmdə maraqlı məqamlardan biri də odur ki. müəlliflərə görə, məhz hərəmxanlardakı erməni fahişələr Qriboyedovun ölümündə faciəvi rol oynayıblar. Qeyd olunur ki, gürcü knyazının 15 yaşlı qızı Nina Çavçavadze ilə evlənən Qriboyedov tezliklə İrana yola düşür. Lakin diplomat risk edərək gənc, həm də hamilə olan xanımını İrana aparmaq istəməyərək onu sərhəd yaxınlığındakı rayonda saxlayır.
    19.01.10 Məqaləni oxumaq
     
    İki yeni animasiya filminin təqdimatı keçiriləcək
    Dövlət Film Fondunun nəzdində fəaliyyət göstərən Uşaq Kino Evində iki yeni animasiya filminin təqdimatı keçiriləcək. Bu barədə məlumatı AZADINFORM-ya Dövlət Film Fondundan veriblər. "Cizgi filmlər aləminə səyahət" adlı kinoklubda Elçin Hami Axundovun "Cavanşir" və "Qızıl" cizgi filmləri azyaşlı tamaşaçıların ixtiyarına veriləcək. Tədbirdə animasiya filmlərinin rejissoru, "Azanfilm" Kinostudiyasının direktoru Elçin Hami Axundovla görüş keçirilməsi də nəzərdə tutulur.
    14.01.10 Məqaləni oxumaq
     
    “Qarabağ gündəliyi” adlı kitabın təqdimatı keçirilib
    Bu gün Qarabağ Azadlıq Təşkilatının “Qarabağ gündəliyi” adlı kitabının təqdimatı mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı kitab haqqında tədbir iştirakçılarına məlumat verib. O, bulleten şəkilində çap olunan kitabda son 6 ay ərizində Azərbaycanın Ermənistan tərəfindən işğal olunan torpaqlarının azad edilməsi prosesi və Qarabağ danışıqlarının gedişi ilə bağlı baş verən hadisələrin, həyata keçirilən tədbirlərin, irəli sürülən fikir və mülahizələrin öz əksini tapdığını vurğulayıb. O, qeyd edib ki, kitabın nəşri 6 aylıq dövrü əhatə etməklə ildə 2 dəfə buraxılacaq. Tədbirdə politoloq Qabil Hüseynli, QHT Forumunun sədri Rauf Zeyni, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva kitab haqqında öz fikir və mülahizələrini bildiriblər.
    13.01.10 Məqaləni oxumaq
     
    “Sözün bitdiyi zaman” adlı sənədli filmin təqdimatı keçirilib
    Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Kütləvi İinformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDDF) layihəsi çərçivəsində “Trend” Xəbərlər Şirkətinin hazırladığı “Sözün bitdiyi zaman” adlı sənədli filmin təqdimatı keçirildi. KƏLAMİNFO xəbər verir ki, mərasimdə çıxış edən “Trend”in Baş direktoru İlqar Hüseynov bildirib ki, film ermənilərin tarix boyu xalqımıza qarşı apardığı soyqırım hadisələrinin xronologiyasını özündə əks etdirir.
    12.01.10 Məqaləni oxumaq
     
    Azərbaycan tamaşası "Fəcr" Beynəlxalq Festivalında nümayiş olunacaq
    Azərbaycan Dövlət Musiqili Komediya Teatrı İranda keçirilən 27-ci "Fəcr" Beynəlxalq Festivalına dəvət olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya teatrdan verilblər. Yanvarın 22-23-də teatrın kollektivi Tehranın böyük teatrlarından biri olan "Talari Vəhdəd" səhnəsində "Məşədi İbad" tamaşası ilə çıxış edəcək. Teatr öncədən bu tamaşa ilə bağlı olan video və foto materialları festivala təqdim edib. Tamaşada baş rolları xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ramiz Məmmədov, Ramil Qasımov, Nadir Xasıyev, Nərgiz Kərimova və başqaları ifa edirlər.
    08.01.10 Məqaləni oxumaq
     
    "Kitabi Dədə Qorqud" eposu macar dilinə tərcümə olunub
    "Kitabi Dədə Qorqud" xalq eposu və "Koroğlu" dastanı macar dilinə tərcümə olunub. Bu barədə məlumat KƏLAMİNFO-ya Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən veriblər. Bu kitablar Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu ilə Budapeştdə yerləşən Avropa Folklor İnstitutunun elmi əməkdaşlığı nəticəsində və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə nəşr olunub. Qeydlərin, şərhlər və izahların daxil edildiyi kitabda həmçinin qədim Azərbaycan-türk sözlərinin mənaları da yer alıb. Böyük tirajla buraxılan hər iki kitabın gələcəkdə başqa Avropa dillərinə tərcümə edilməsi də nəzərdə tutulub.
    06.01.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib
    Bu gün Bakıda, M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin ilin sonu ilə əlaqədar kollegiya iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasda çıxış edən nazir Əbülfəs Qarayev başa çatmaqda olan 2009-cu ilin Azərbaycan üçün mədəniyyət sahəsində də əlamətdar olduğunu bildirdi. O, qeyd etdi ki, hər şeydən əvvəl cari il Bakının İslam Mədəniyyəti paytaxtı elan olunması ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır. Cari il həyata keçirilən bu kimi proqramların iclasda müzakirə olunacağını diqqətə çatdıran Ə.Qarayev eyni zamanda növbəti il üçün də iş planının təsdiq ediləcəyini vurğuladı. Nazirin çıxışından sonra iclas öz proqramına uyğun olaraq mətbuatın iştirakı olmadan davam etdirildi.
    30.12.09 Məqaləni oxumaq
     
    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev gələn ay Türkiyəyə səfər edəcək
    Gələn ilin yanvarın 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin İstanbul şəhərinin 2010-cu ildə “Avropa mədəniyyətinin paytaxtı” elan olunması münasibətilə keçiriləcək açılış mərasimində iştirak edəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə nazir Ə.Qarayev jurnalistlərə açıqlamasında məlumat verib. O, qeyd edib ki, Bakının da Avropa mədəniyyətinin paytaxtı elan olunması üçün ən azı 4-5 il vaxt tələb olunur. Onun sözlərinə görə, Bakının “İslam mədəniyyətinin paytaxtı” elan olunması çərçivəsində keçirilən tədbirlər sübut etdi ki, Azərbaycan bu cür beynəlxalq tədbirlərin keçirilməsinə hazırdır. Ə.Qarayev Bakı şəhərinin “Mədəniyyətlərarası dialoq paytaxtı” elan olunması üçün hazırlıq işləri görüldüyünü söyləyib. Nazir artıq Avropa Şurası, İSESKO və YUNESKO ilə fikir mübadiləsi aparıldığını da bildirib. “Düşünürük ki, gələcək illərdə Azərbaycan hökuməti Bakının “Avropa mədəniyyətinin paytaxtı” elan olunması ilə bağlı mütləq müraciət edəcək”,-deyə, Ə.Qarayev vurğulayıb.
    30.12.09 Məqaləni oxumaq
     
    Gələn il bir neçə mədəniyyət ocaqlarının yenidən qurulması planlaşdırılır
    Gələn il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Dövlət Musiqili Komediya Teatrı və M.F.Axundov adına Milli Kitabxanada yenidənqurma işləri aparılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirib. O, qeyd edib ki, gələn il eyni zamanda əsaslı təmirdən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Mingəçevir Dövlət Dram Teatrının açılışı olacaq. Nazir gələn ilin sonuna kimi “Nizami” kinoteatrının təmir-bərpa işlərini tamamlanmasının, Qobustan qoruğunun yeni muzeyi və ekspozisiyasının yaradılmasının da nəzərdə tutulduğunu vurğulayıb. Ə.Qarayev Qobustan qoruğunun YUNESKO-nun siyahısında olmasını nəzərə alaraq bununla bağlı təqdimatın keçirilməsini planlaşdırdıqlarını bildirib. “2011-ci ilə Xalça Muzeyinin yeni binasının tikintisinin yekunlaşması, Şəkidə Karvansaranın bərpası, Mirzə Fətəli Axundov adına Milli Kitabxana, Opera və Balet Teatrı, eləcə də Musiqili Komediya Teatrının yenidən qurulmasının başa çatdırılması nəzərdə tutulur”,-deyə Ə.Qarayev söyləyib.
    30.12.09 Məqaləni oxumaq
     
    Avropada Azərbaycan mədəniyyəti günləri qeyd olunacaq
    Gələn il bəzi Avropa ölkələrində Azərbaycan mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, eyni zamanda gələn il 10-15 nüfuzlu turizm sərgisinin keçirilməsi də planlaşdırılır. Ə.Qarayev qeyd edib ki, həm mədəniyyət, həm də turizm sahəsində qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verilməlidir. Nazir bildirib ki, yeni iqtisadi qanunların tətbiq olunmasına mədəniyyət sahəsi daha ciddi əməl etməlidir.
    30.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 71 72 73 74 75 76 77 78 79 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2025»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « İyul.2025
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031