|
Səhifələr : # « 62 63 64 65 66 67 68 69 70 » #
“Eurovision 2010”-nun ilk finalçıları məlum olub
|
Norveçin paytaxtı Osloda “Eurovision 2010” Beynəlxalq Mahnı Müsabiqəsində iştirakçı ölkələrin 17 təmsilçisindən 10-u finala vəsiqə qazanıb. KƏLAMİNFO xəbər verir ki, bunlar Moldova, Rusiya, Serbiya, Bosniya və Hersoqovina, Belçika, Albaniya, Yunanıstan, Portuqaliya, Belarus və İslandiya təmsilçiləridir.
İkinci yarımfinal mayın 27-də keçiriləcək. Azərbaycanı təmsil edən Səfurə Əlizadə də mübarizəyə həmin gün qoşulacaq. O, “Drip ” mahnısını ifa edəcək.
|
27.05.10 Məqaləni oxumaq
|
|
|
Simli alətlər üzrə respublika müsabiqəsi başa çatıb
|
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən cari il 17 may tarixindən Bakıda strat götürən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin simli alətlər üzrə respublika müsabiqəsi sona yetib. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
Üç yaş qrupunda keçirilmiş müsabiqədə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərindən, Naxçıvan MR-dan, Goranboy, Hacıqabul, Quba, Qusar, Salyan, Samux və digər rayonlardan skripka, violonçel və arfa ixtisası üzrə 100-ə yaxın gənc musiqiçi iştirak edib.
|
26.05.10 Məqaləni oxumaq
|
|
|
Moskvada ilk dəfə olaraq “Osmanlı sultanlarının xəzinəsi” adlı sərgi keçiriləcək
|
İstanbulun topqapı xəzinəsi ilk dəfə olaraq Rusiyanın paytaxtı Moskvada nümayiş etdirilir. Kremlin muzeylərində “Osmanlı sultanlarının xəzinəsi” adlı sərgi açılacaq. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, qeyd olunan sərgi mayın 26-dan avqustun 15-dək isə, Rusiyanın Uspensk kilsəsinin sərgi salonunda və Patriarşı sarayının birqülləli palatasında nümayiş etdiriləcək. Çoxillik tarixə malik “Kral və imperator xəzinələri Kremldə” proqramının davamı olan sərgi Osmanlı sultanlarının zəngin xəzinəsi əsasında formalaşmış topqapı Sarayı Muzeyinin dünya şöhrətli ekspozisiyasını təqdim edəcək. Qonaqlara XVI-XVII əsrləri əhatə edən yüzdən çox eksponat, o cümlədən hakimiyyətin rəmzləri, döyüş və parad silahları, manuskript və miniatürlər, ərəb xəttatlığı nümunələri, sultanların, onların xanımları və övladlarının zinət əşyaları təqdim olunacaq.
|
26.05.10 Məqaləni oxumaq
|
|
|
“Eurovision-2010” mahnı müsabiqəsinə start verildi
|
Dünən gecə Norveçin paytaxtı Osloda “Eurovision-2010” mahnı müsabiqəsinin açılış mərasiminə start verilib. KƏLAMİNFO xəbər verir ki, tədbiri açan Oslo meri Fabian Steng hər kəsi rəhbərlik etdiyi şəhərdə görməkdən məmnun olduğunu bildirib. Müsabiqəyə qatılacaq nümayəndə heyətləri əlifba sırası ilə qırmızı xalçanın üzəri ilə addımlayaraq, açılış mərasiminin keçirildiyi binaya daxil olub. Tədbirdə “Eurovision” müsabiqəsinin icraçı direktoru Svante Stokselius da çıxış edib. Xatırladaq ki, ölkəmizi bu beynəlxalq mahnı müsabiqəsində Səfura Əlizadə təmsil edir. O, öz ifasını müsabiqədə mayın 29-u nümayiş etdirəcək.
|
25.05.10 Məqaləni oxumaq
|
|
|
III Ümumrespublika Kitab bayramı Qusarda davam etdirilib
|
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Qusar rayonunda III Ümumrespublika Kitab bayramı keçirilib. KƏLAMİNFO nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, kitab bayramı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə təşkil olunub.
Bayram münasibətilə rayon istirahət parkında müxtəlif mövzularda kitab sərgiləri və fotosərgilər təşkil olunub. Tədbir zamanı cari ilin Azərbaycan Prezidenti tərəfindən “Ekologiya ili” elan edilməsi ilə əlaqədar müxtəlif viktorinalar keçirilib. Tədbirdə həmçinin rayon İcra Hakimiyyət Başçısının müavini Elman Mustafayev, Qusar rayon mədəniyyət və turizm şöbəsinin müdiri David İbramxəlilov çıxış ediblər.
Bayram tədbirinə rayon ziyalıları, ictimaiyyətin nümayəndələri, mədəniyyət müəssisələrinin əməkdaşları, məktəblilər, habelə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları da qatılıblar.
|
22.05.10 Məqaləni oxumaq
|
|
|
Səfurə Əlizadə Oslo meri Fabian Stanqla görüşüb
|
Azərbaycanın “Eurovision-2010” Mahnı Müsabiqəsindəki təmsilçisi Səfurə Əlizadə Oslo meri Fabian Stanqla görüşüb. KƏLAMİNFO müğənninin şəxsi saytına istinadən xəbər verir ki, Səfurə Əlizadə “Oslo City Hall”da qəbul edilən ilk “Eurovision” iştirakçısıdır. F.Stanq qəbul zamanı Səfurə Əlizadə ilə söhbətləşib, Azərbaycan müğənnisi və onun nümayəndə heyəti ilə Azərbaycana kiçik bir ekskursiya edib. F.Stanq “Eurovision” Mahnı Müsabiqəsi və xüsusilə Səfurə haqqında çox danışıb. O bildirib ki, Səfurənin səsini sevir: “Məncə, mahnı pis deyil, Səfurəni çox istedadlı hesab edirəm, onun fantastik səsi var. Hesab edirəm ki, 28 May Azərbaycan Müstəqillik Günü 29 mayda Səfurənin çıxışı üçün stimul olacaq”.
|
21.05.10 Məqaləni oxumaq
|
|
|
Bakıda Azərbaycan hökumətinin təşəbbüsü ilə “Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu” keçiriləcək
|
Gələn ilin aprel ayında Bakıda Azərbaycan hökumətinin təşəbbüsü ilə “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Nazir qeyd edib ki, Forum “Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi”nin davamı olaraq keçiriləcək. “Bu tədbirin keçirilməsi bizim üçün müstəsna əhəmiyyət daşıyacaq. Forum çərçivəsində Bakı şəhərinin “Ümumdünya dilaoq Paytaxtı” elan olunması da gözlənilir”,-deyə Ə.Qarayev vurğulayıb.
|
21.05.10 Məqaləni oxumaq
|
|
|
Türk xalqlarının mədəni irsinin qorunması sahəsində 3000 dollarlıq xüsusi mükafat təsis olunub
|
Cari il 18 may tarixində Moldovanın Qaqauz Yerinin Komrat şəhərində TÜRKSOY-un Mədəniyyət Nazirlərinin Daimi Şurasının 27-ci Dönəm Toplantısı keçirilib. KƏLAMİNFO xəbər verir ki, toplantıda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın Moldovadakı səfiri İsfəndiyar Vahabzadə də iştirak ediblər.
Toplantıda Ə.Qarayevin təklifi ilə Türk xalqlarının mədəni irsin qorunması sahəsində 3000 dollar məbləğində xüsusi mükafat təsis olunub və “Şərq-Qərb” kinofestival çərçivəsində Bakı şəhərində Türk dünyasına həsr olunmuş beynəlxalq film festivalının keçirilməsi qərara alınıb.
Ə.Qarayev Qaqauziya elinin mədəniyyətinə daimi dəstək göstərdiyinə görə Qaqauziya medalı ilə təltif edilib.
|
20.05.10 Məqaləni oxumaq
|
|
|
Sumqayıtda III Ümumrespublika Kitab bayramı keçirilir
|
Bu gün Sumqayıt şəhərində Nizami meydanında III Ümumrespublika Kitab bayramı keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, Kitab bayramında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, şəhər ictimaiyyəti, ziyalıları, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Tədbirdə Sumqayıt şəhər mədəniyyət müəssisələrinin hazırladığı musiqi, rəqs nömrələri, habelə balaca fidanların iştirakı ilə nağıl qəhrəmanlarının paradı bayram iştirakçılarına təqdim olunacaq.
Kitab bayramında Sumqayıt şəhərində fəaliyyət göstərən nəşriyyatlar kitab satışı həyata keçirəcək, “Sumqayıt nəşriyyatlarının yeni nəşrləri”, “Ümummilli lider Heydər Əliyev – 87”, “Bizim şəhər”, “Qələbə - 65” və s. kitab sərgiləri təşkil olunacaq.
Tədbirdə H.Ərəblinski adına Sumqayıt Dövlət Teatrı, Sumqayıt Mədəniyyət Evinin iştirakı ilə müxtəlif tamaşalar və səhnəciklər nümayiş etdiriləcək.
|
20.05.10 Məqaləni oxumaq
|
|
|
Bu gün Beynəlxalq Muzeylər günüdür
|
Bu gün bütün dünya üzrə Beynəlxalq Muzeylər Günüdür. Fransa Respublikasının Mədəniyyət və Kommunikasiyalar Nazirliyinin təşəbüsü ilə Avropada bu gün ilə əlaqədar bu ilki aksiya “Cəmiyyətdə sosial ahəngin yaradılmasında muzeyin rolu” devizi altında keçirilir və muzeylərin həyatımızda tutduğu sosial mövqeyi əks etdirir. KƏLAMİNFO xəbər verir ki, Bakıda da Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan üzrə Komitəsi, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Azərbaycan Dövət Teatr Muzeyi, Muzey Mərkəzi, Qobustan Milli Tarix Bədii Qoruğu, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Səməd Vurğunun Ev-Muzeyi və digər muzeylər bu günlə əlaqədar olaraq “Üzeyir dünyası muzeylərdə” adlı silsilə tədbirlər keçirir.
Bu ilki mövzunun məhz Üzeyir Hacıbəyliyə həsr olunması təsadüfi olmayıb. Bu il Üzeyir Hacıbəylinin 125 illik yubileyi respublikamızda yüksək səviyyədə qeyd edilir.
|
19.05.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 62 63 64 65 66 67 68 69 70 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
Arxiv
|
|
«
| İyul.2025 | | Ďí. | Âň. | Ńđ. | ×ň. | Ďň. | Ńá. | Âń. | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | | | |
|
|