|
Səhifələr : # « 59 60 61 62 63 64 65 66 67 » #
Bakıda “Samp” qitələrarası muzeylər şəbəkəsinin seminarı işə başlayıb
|
Şəhriyar adına Mədəniyyət Mərkəzində “Samp” qitələrarası muzeylər şəbəkəsinin seminarı işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, “Samp”ın icraçı direktoru xanım Elizabet Olofssonun apardığı seminarda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Stokholm Kral Texnologiya Universiteti, Filippin, Tanzaniya, Kolumbiya, Hindistan muzeylərinin əməkdaşları, musiqi ictimaiyyətinin nümayəndələri, ziyalılarımız iştirak edirlər.
Seminar günlərində Azərbaycan Turizm İnstitutunda, Qərb Universitetində və digər təhsil ocaqlarında tələbələrlə görüşlər nəzərdə tutulub.
Qonaqlar, həmçinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və onun filialları, habelə maestro Niyazinin ev-muzeyi və Vagif Mustafazadənin xatirə muzeyinin ekspozisiyaları ilə də tanış olacaqlar.
Seminarda, həmçinin Azərbaycanda ilk dəfə olaraq muzey işinə dair beynəlmiləl nəşr olan “Daha yaxşı işləməyin yolları, işçiləri təşviq etmənin əhəmiyyəti” adlı kitabın təqdimatı keçiriləcək.
Seminar iyulun 11-dək davam edəcək.
|
10.07.10 Məqaləni oxumaq
|
|
|
Mədəniyyət və Turizm Nazirliyi jurnalistləri mükafatlandırdı
|
Bu gün Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət mövzusunda yazan jurnalistlər arasında keçirdiyi müsabiqənin qaliblərinin mükafatlandırıb. KƏLAMİNFO xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında baş tutan mükafatlandırma mərasimində milli mətbuatımızın 135 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə KİV-lərın inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən danışıb.
Tədbirdə çıxış edən millət vəkili Aqil Abbas və digərləri Azərbaycan mətbuatının 135 illik inkişaf tarixindən, müstəqil Azərbaycanda jurnalistlər üçün yaradılan şəraitdən danışıblar. Çıxış edənlər milli mətbuatımızın dünəni və bu günü haqqında fikirlərini bölüşüblər.
Sonra müsabiqənin qaliblərinə fəxri fərman və pul mükafatları təqdim edilib.
|
10.07.10 Məqaləni oxumaq
|
|
|
Mədəniyyət və Turizm Nazirliyi xüsusi proqram hazırlayır
|
Mədəniyyət və Turzim Nazirliyi ölkədə poliqrafiya və nəşriyyat işinin təkmilləşdirilməsi üçün xüsusi proqram hazırlayır. Bu barədə məlumatı nazirliyin mətbuat katibi Zöhrə Əliyeva verib.
O, qeyd edib ki, proqramın ilkin variantı artıq hazırdır. “Bu yaxınlarda Çingiz Əlioğlunun kitabı mötəbər tədbirlərdən birində qran-pri mükafatına layiq görüldü. Ölkəmizdə də müvafiq yarmarkalar təşkil edilir. Nəşrlər, mətbuat orqanları daha nəfis və maraqlı səviyyədə təqdim olunsa, bu, oxucuların da sayının artmasına gətirib çıxarar. Ölkə nəşriyyatlarının beynəlxalq səviyyədə təmsil olunması davam edir”-deyə, mətbuat katibi bildirib.
|
09.07.10 Məqaləni oxumaq
|
|
|
Aydın İsmiyev: “Hazırkı mövsümdə ölkədə 400-dən çox müasir tipli otel fəaliyyət göstərir”
|
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkənin turistik bölglərində turizm obyektlərinə baxış keçirilməyə başlayıb. Bu barədə Qəbələdə KƏLAMİNFO-ya müsahibəsində nazirliyin Turizm idarəsinin rəisi Aydın İsmiyev bildirib.
A.İsmiyevin sözlərinə artıq Quba, Qusar, Xaçmaz, Şamaxı və İsmayıllıdakı obyektlərə baxış keçirilib. “Bu gün Qəbələdə olan otellərə və digər turistik mərkəzlərə baxış keçiriləcək. Sabahdan isə Şəkidə, Qaxda, Zaqatalada və Balakəndə olan obyektlərə baxışa başlanılacaq. İndiyədək aparılan yoxlamalar nəticəsində ümumilikdə bu sahədə vəziyyəti qənaətbəxş hesab etmək olar. Digər inkişaf etmiş ölkələrlə müqayisədə bizdə əlbəttə ki, nöqsanlar var. O ölkələrdə bu sahə on illərdir inkişaf edir, bizdə isə bu proses artıq 5-6 ildir başlayıb. Bu müddətdə kifayət qədər inkişafımız da var. Əgər 5-6 il öncə bu sahədə ölkədə 90-100 otel fəaliyyət göstərirdisə, hazırkı mövsümdə artıq 400-dən çox müasir tipli otel fəaliyyət göstərir. Etiraf etmək lazımdır ki, hazırda bu otellərin hamısının səviyyəsi eyni deyil, müxtəlif çatışmazılıqlar var. Biz qısa müddət ərzində bunların aradan qaldırılmasını qarşımıza məqsəd qoymuşuq”-deyə, A.İsmiyev açıqlayıb.
|
08.07.10 Məqaləni oxumaq
|
|
|
İranın mədəniyyət naziri Məhəmməd Hüseyni Azərbaycanda səfərdədir
|
Bu gün İranın mədəniyyət və islam maarifləndirilməsi naziri Məhəmməd Hüseyninin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər.
İki gün davam edəcək səfərdə məqsəd Azərbaycan və İran İslam Respublikası arasında mədəniyyət sahəsində gələcək əməkdaşlıq perspektivləri və digər məsələlərin müzakirə edilməsidir.
Səfər çərçivəsində iranlı nazir bu gün Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib.
Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşəcək. Sabah isə İranlı musiqiçilər Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcəklər.
|
06.07.10 Məqaləni oxumaq
|
|
|
AMEA Əlyazmalar İnstitutu direktorunun kitabçası macar dilində nəşr edilib
|
AMEA Əlyazmalar İnstitutunun direktoru Məmməd Adilovun “Macarıstanda Azərbaycan-türk əlyazmaları” kitabçası macar dilində nəşr edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər.
Kitabçanı Azərbaycanın Macarıstandakı səfirliyi Budapeştdə yerləşən Avropa Folklor İnstitutu ilə birlikdə nəşr etdirib.
Qeyd edək ki, kitabça müvafiq kataloji məlumat əsasında Azərbaycan mədəniyyət tarixinin təbliği məqsədi ilə hazırlanıb.
|
02.07.10 Məqaləni oxumaq
|
|
|
“Avroviziya-2011” mahnı müsabiqəsinin yarımfinal və final günləri məlum olub
|
Almaniya gələn il keçiriləcək “Avroviziya-2011” mahnı müsabiqəsinin ilkin hazırlıqlarına başlayıb. KƏLAMİNFO müsabiqənin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, “Avroviziya-2011” yarışmasının yarımfinal və final günlərinin tarixi məlum olub. Müsabiqənin ilk yarımfinalları mayın 10-u və 12-də, finalı isə ayın 14-də keçiriləcək.
Sentyabr ayında müsabiqənin keçiriləcəyi məkan məlum olacaq. Bu sırada əsas namizədlər kimi ölkə paytaxtı Berlin və Almaniyanın digər şəhərləri -Hamburq, Hannover və Köln göstərilir.
Qeyd edək ki, Almaniya bu il “Avroviziya-2010” mahnı müsabiqəsinin qalibi olub. Yarışmada Almaniyanı Lena Mayer-Landrut təmsil edib.
|
01.07.10 Məqaləni oxumaq
|
|
|
Dövlət Kamera Orkestri “Expo -2010” beynəlxalq musiqi festivalında iştirak edəcək
|
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Şanxayda keçiriləcək “Expo -2010” beynəlxalq musiqi festivalında iştirak edəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə orkestrin bədii rəhbəri Teymur Göyçayev məlumat verib.
O bildirib ki, cari ilin oktyabr ayında keçiriləcək festivala Azərbaycanın Kamera Orkestri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə qatılacaq. Festivalda iştirak etmək üçün orkestrin 20 nəfərdən ibarət heyəti Şanxaya səfər edəcək. T.Göyçayevin sözlərinə görə, festival üçün xüsusi proqram hazırlanır.
|
01.07.10 Məqaləni oxumaq
|
|
|
Almaniyada “Azərbaycan - Odlar Yurdu” adı altında Mədəniyyət Gecəsi təşkil olunub
|
“İRƏLİ” İctimai Birliyinin Almaniya nümayəndiliyi, Almaniyanın Leypsiq Universiteti və azərbaycanlı tələbələrlə birgə ənənəvi olaraq həyata keçirilən “Kosmopolit Leypsiq!” adlı 16-cı Beynəlxalq Tələbə Həftəsi çərçivəsində “Azərbaycan - Odlar Yurdu” adı altında Mədəniyyət Gecəsi təşkil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ” İctimai Birliyindən veriblər.
1994-cü ildən indiyədək təşkil olunan bu tədbirdə ilk dəfə Azərbaycan mədəniyyəti təmsil olunub. Gecənin təşkil olunmasında “İRƏLİ” İctimai Birliyinin Almaniya nümayəndiliyinə Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Leypsiq Universiteti və Leypsiq şəhərində təhsil alan və yaşayan azərbaycanlılar dəstək gostəriblər.
Tədbiri Azərbaycanın Almaniyadakı səfirliyinin Birinci Katibi Fikrət Axundov açıb. F.Axundov Azərbaycanın keçdiyi inkişaf yolları, Azərbaycan-Almaniya əlaqələri haqqında dinləyicilərə geniş məlumat verib.
|
30.06.10 Məqaləni oxumaq
|
|
|
Ötən il Azərbaycanda lisenziyasız fəaliyyət göstərən 40 otel qapadılıb
|
Bu günə qədər Azərbaycanda fəaliyyət göstərən 70-ə qədər otel ulduz dərəcəsini müəyyənləşdirərək əldə edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.
Ə.Qarayevin sözlərinə görə, ölkə mehmanxanalarının lisenziyalaşdırma prosesi davam edir. Dünən daha üç otel lisenziya əldə edib. Nazir lisenziyalaşdırmanın qanunvericiliyə uyğun olaraq məcburi olduğunu deyib. “Bu qaydalara və tələblərə riayət edə bilməyən otellər nəyə qadir olduqlarının bildiklərinə görə bizə müraciət etmirlər. Ötən il 40-a qədər otel lisenziyasız fəaliyyət göstərdiyi üçün qapadılıb”,-deyən Ə.Qarayev otellərin lisenziyalaşdırılması prosesinin dayandırılmayacağını bəyan edib. Nazir öz işini düzgün qurmayan və xidmətləri düzgün təqdim etməyən şirkətlərin odduğunu və onların nəzarətdə saxlanıldığını bildirib.
Ə.Qarayev həmçinin qeyd edib ki, iyulun 13-də Turizm İnstitutunun ilk buraxılışı olacaq. O, bunun yerlərdə peşəkarlığın səviyyəsinə müəyyən qədər təsir edəcəyinə ümidvar olduğunu vurğulayıb.
|
26.06.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 59 60 61 62 63 64 65 66 67 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
Arxiv
|
|
«
| İyul.2025 | | Ďí. | Âň. | Ńđ. | ×ň. | Ďň. | Ńá. | Âń. | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | | | |
|
|