Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 31 32 33 34 35 36 37 38 39 » #
    Türkmənistan kitabları Milli Kitabxanaya təqdim olundu
    “Azərbaycanın Milli Kitabxanası Türkmənistanın ölkəmizdəki səfirliyi ilə səmərəli əməkdaşlıq edir. Bizi məmnun edən bu əməkdaşlığa səbəb iki ölkə prezidentlərinin və xalqlarının tarixi dostluq əlaqəsi, eyni zamanda iki ölkə prezidentlərinin hər sahədə olduğu kimi, mədəni sahələrdə imzaladığı əməkdaşlıq sənədləridir”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri bu gün M.F.Axundov adına Milli Kitabxanada Türkmənistnın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən kitabxanaya hədiyyə edilən Türkmənistanın mədəniyyət, incəsənət və tarixinə aid kitabların sərgisi və təqdimat mərasimində kitabxananın direktoru Kərim Tahirov bildirib. “İki ölkə arasında belə tədbirlərin keçirilməsi hər iki xalqın mədəniyyətini, adət və ənənəsini, müasir dövrdə inkişafını belə gözəl kitabların nəşri daha tez-tez nəzərə çarpdırır və indiki zamanda Milli Kitabxanaya təqdim edilən bu kitablar Azərbaycan oxucuları üçün Türkmənistanı tanımaqda ən yaxşı vasitəçi olacaq”. K.Tahirov üzünü digər səfirlərə tutaraq bu cür əməkdaşlığın onlarla da edilməsinin zəruriliyindən danışıb.
    07.07.11 Məqaləni oxumaq
     
    “Eurovision”a gələcək qonaqlarımız üçün köməkçi atlas hazırlanır
    2012-ci ilin may ayında “Eurovision” mahnı yarışmasını izləmək üçün ölkəmizə gələcək iştirakçılar və qonaqlar Bakıda öz ölkələrindəki kimi hərəkət edəcəklər. “KƏLAMİNFO”nun xəbər verir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ölkəmizə gələcək qonaqların çətinlik çəkməmələri üçün köməkçi atlas hazırlayır. Bu onların Bakıda sərbəst hərəkət etmələri üçün şərait yaradacaq. Xatırladaq ki, sözügedən atlasda paytaxtdakı mədəni-tarixi abidələr, görməli ərazilər, parklar və digər yerlər dəqiqliklə göstəriləcək, Bakı şəhərinin bütün əraziləri haqda geniş məlumat veriləcək.
    07.07.11 Məqaləni oxumaq
     
    Opera və Balet Teatrının simfonik orkestri Münhendə çıxış edəcək
    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri cari ilin avqustun 4-dən 9-dək Münhendə keçiriləcək Beynəlxalq Opera Festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, festivalda Avropa bəstəkarları ilə yanaşı, Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, P.Bülbüloğlunun əsərləri də ifa olunacaq. Qeyd edək ki, bundan əvvəl teatrın simfonik orkestri üç dəfə bu festivalda çıxış edib və festivalın təşkilatçıları, eləcə də musiqi tənqidçiləri və Almaniya kütləvi informasiya vasitələri tərəfindən yüksək qiymətləndirilib. Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq səfərdə orkestrin dirijorluğunu Azərbaycanın xalq artisti, professor Cavanşir Cavanşirov və Münhen festivalının baş dirijoru Korneliya fon Kerssenbrofik edəcək.
    06.07.11 Məqaləni oxumaq
     
    Qəbələdə keçiriləcək III Beynəlxalq Musiqi Festivalına son hazırlıq işləri aparılır
    Bu il Qəbələdə keçiriləcək III Beynəlxalq Musiqi Festivalı və pianoçuların müsabiqəsi geniş miqyaslılığı ilə yadda qalacaq. İyulun 15-dən 22-dək davam edəcək müsabiqədə dünyanın müxtəlif qitələrindən gələn 30-dan artıq gənc pianoçu yarışacaq. “KƏLAMİNFO” xəbər verir ki, festival həm iştirakçıların sayı, həm də əhatə dairəsi ilə seçiləcək. Festivalın qalibinə 30 min dollar pul mükafatının ayrılması nəzərdə tutulub. “Birinci yerin qalibi bundan əlavə Londonda Kral Simfonik Orkestri ilə bərabər konsert də verəcək. O hər bir insana nəsib olmur. Mən ancaq bu son iki ildə Londonda 62 yaşımda konsert verdim. İştirakçılar qalib gəlsə, 18 yaşında orda konsert verəcək”,-deyə Fərhad Bədəlbəyli bildirib. Qeyd edək ki, festivalda Çindən və Rusiyadan bir neçə müsabiqə laureatları və qalibləri də yarışacaqlar. Beynəlxalq müsabiqənin münsiflər kürsüsündə İtaliyadan və İspaniyadan da tanınmış musiqiçilər əyləşəcək. Peşəkar münsiflər heyətinin iştirakı ilə ustad dərsləri də aparılacaq. Festival proqramı janr zənginliyi ilə seçiləcək.
    05.07.11 Məqaləni oxumaq
     
    Leonardo da Vinçinin əsrlərdir axtarılan məşhur əsəri tapılıb
    Məşhur renasans rəssamı Leonardo da Vinçiyə aid olduğu düşünülən və əsrlərdir axtarılan rəsm əsəri tapılıb. Sənət tarix alimləri “Dünyanın xilaskarı” (Savior of the World) olaraq adlandırılan rəsm əsərinin Leonardo da Vinçiyə aid olduğunu təsdiqləyib. Qeyd edək ki, məşhur rəssamın Həzrət İsanın (ə) rəsmini canlandırdığı tablonun ilk sahibi İngiltərə Kralı I Charlesdən II Charlesə keçib. Əsərin XVII-XIX əsrlərdə kimdə olduğu isə hələ də məlum olmayıb. Xatırladaq ki, Leonardo da Vinçinin sözügedən tablosu indi ABŞ-ın Nyu-York şəhərində yerləşən Metropolitan Muzeyində sərgilənən eksponatlar arasındadır.
    04.07.11 Məqaləni oxumaq
     
    Bakı Uşaq Teatrında “Məzəli hadisə” olacaq
    Baki Uşaq Teatrı məşhur holland yazıçısı K.Qaldonin pyesi əsasında “Məzəli hadisə” tamaşasının təqdimatını keçirəcək. Teatrın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, 2 hissəli, komediya janrında olan hadisələr Hollandiyanın Haaqa şəhərində baş verir. Fransız zabitinin Hollandiya tacirinin qızına aşiq olması, qızın zabitə veriləcəyini anlayan gənclərin fırıldağa əl atmaları, qız atasının da fırıldağa uyaraq evlənməyə razılıq verməsi komediyanın remarkasını təşkil edir. Qeyd edək ki, xronometrajı 1 saat 30 dəqiqə olan və yalnız böyük tamaşaçılar üçün nəzərdə tutulan tamaşanın rejissoru Xalq artisti Ağaxan Salmanlıdır. Xatırladaq ki, 5 iyul 2011-ci il saat 12:00-da təqdim olunacaq “Məzəli hadisə” tamaşasındakı rolları Bakı Uşaq Teatrının aktyorları İlhamə Əhmədova, Ruslan Mürsəlov, Könül Şahbazova, Cavanşir Məhərrəmov, Günel Həmidova, Niyaz Qasımov ifa edəcəklər.
    01.07.11 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
    Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra məqsədyönlü işlər həyata keçirir. Nazirlikdən “KƏLAMİNFO”ya verilən xəbərə görə, beynəlxalq əməkdaşlığın genişləndirilməsi çərçivəsində Azərbaycan Turizm İnstitutu, Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Turizm Assosiasiyası bu il Ümumdünya Turizm Təşkilatına “qoşulmuş üzvlər” kimi təsdiq olunub. Qeyd edək ki, 2006-cı ildə yaradılan Azərbaycan Turizm İnstitutunu 2010-cu ildə ilk olaraq 74 nəfər məzun bitirib. Bunlardan 14-ü isə, eyni zamanda, Avstriyanın Krems Universitetinin müvafiq diplomlarını əldə ediblər. Bu ali təhsil ocağının yaradılmasında məqsəd, ilk növbədə ölkəmizdə turizm sahəsində kadr probleminin həllinə nail olmaqdır. Xatırladaq ki, Bakı Turizm İnformasiya Mərkəzi respublikada yaradılan ilk belə Mərkəzlərdəndir. Bakı şəhərinə səfər edən çoxsaylı xarici turistlərə ölkəmiz və paytaxtımız haqqında dolğun informasiyanın çatdırılması, turistlərin müxtəlif növ reklam-çap məhsulları ilə təmin edilməsi və bir sıra beynəlxalq sərgilərdə Azərbaycanın mövcud turizm imkanlarının təbliğ edilməsi adıçəkilən Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindəndir.
    30.06.11 Məqaləni oxumaq
     
    Bakıda “Muzeylərin müasir durumu və perspektivləri” beynəlxalq elmi konfransı keçirilir
    “Hər bir xalqın tarixində muzeylər böyük əhəmiyyət kəsb edir. Elə bu səbəbdən də ölkəmizdə olan muzeylərə və onlarda saxlanılan eksponatlara qayğı ilə yanaşmaq bizim hər birimizin vətəndaşlıq borcumuzdur”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri Bakıda “Muzeylərin müasir durumu və perspektivləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda AMEA-nın vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı konfransın açılış mərasimində söyləyib. “Konfrans çərçivəsində mədəni irsin qorunmasında muzeylər, müasir muzeylərdə konservasiya və bərpa məsələləri, muzeylər və mədəni turizm, tarix və mədəniyyətin tədrisi və təbliğində müasir muzeylərin rolu, muzeylərdə informasiya texnologiyalarının tətbiqi, muzey menecmentinin problemləri mövzularında müzakirələr olacaq”.
    29.06.11 Məqaləni oxumaq
     
    “Mozalan” kinojurnalı üçün ssenari müsabiqəsinin qalibləri müəyyənləşib
    “Mozalan” kinojurnalı üçün ssenari müsabiqəsinin qalibləri bəlli olub. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müsabiqənin əsas məqsədi “Mozalan” kinojurnalına ictimai diqqəti artırmaq, onun süjetlərini müasir həyatın tələblərinə cavab verən mövzularla zənginləşdirmək və kino-dramaturgiyanın bu növünə yeni qüvvələr cəlb etmək olub. Xatırladaq ki, nazirliyin 2011-ci il mayın 1-dək keçirdiyi müsabiqədə professional kino-dramaturqların və digər müəlliflərin müasir həyatımızın problemlərini əks etdirən, 2-4 dəqiqəlik bədii süjet üçün nəzərdə tutulan ssenariləri təqdim olunub. Müsabiqəsinin münsiflər heyətinin qərarına əsasən “Mozalan” kinojurnalı üçün ssenari müsabiqəsinin üç qalib ssenarisi təsdiq edilib. 1-ci yerə Rüfət Məlikovun yazdığı “Ağıllı” və ya “Nağdsız haqq-hesab”, 2-ci yerə Elçin Musaoğlunun “Lift”, 3-cü yerə isə Lalə Abbasovanın qələmə aldığı “Heyvanlar aləminə səyahət” ssenariləri layiq görülüb. Qeyd edək ki, Münsiflər Heyətinin müəyyən etdiyi qalib ssenarilər “Mozalan studiyasında çəkildikdən sonra onların müəlliflərinə mükafat olaraq qonarar veriləcək.
    28.06.11 Məqaləni oxumaq
     
    Azərbaycan “Montreux Jazz Festival-2011”-ə qatılacaq
    Hər il İsveçrədə ənənəvi olaraq keçirilən Montre Caz Festivalının açılışı üçün son tamamlama işləri aparılır. “KƏLAMİNFO”nun xəbərinə görə, Azərbaycanın da qatılacağı dünyanın ən məşhur caz festivallarından olan “Montreux Jazz Festival-2011”-də “Ən yaxşı pianoçu” nominasiyası üzrə Emil Əfrasiyaboğlu mübarizə aparacaq. Fesival iyulun 1-dən 16-dək keçiriləcək. Qeyd edək ki, ötən il də sözügedən festivalda ölkəmizə qalibiyyəti cazmen İsfar Sarabski gətirib.
    24.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 31 32 33 34 35 36 37 38 39 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2025»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « İyul.2025
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031