|
Səhifələr : # « 29 30 31 32 33 34 35 36 37 » #
Azərbaycan kinosu tarixinin səhifələrinə “Dolu” da düşəcək
|
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yazıçı Aqil Abbasın “Dolu” romanı əsasında eyniadlı bədii filmin çəkilişlərinə başlanılıb. Kinostudiyadan “KƏLAMİNFO”ya verilən məlumata görə, çəkilişlərin ilkin mərhələsi İsmayıllı rayonunda aparılır. Dövlət sifarişi ilə çəkilən bu filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı xalq artisti Polad Bülbüloğludur.
Qeyd edək ki, digər epizodların Mingəçevir və Sumqayıtda, pavilyon çəkilişlərinin isə Bakıda lentə alınması planlaşdırılan “Dolu”da əsas rolları xalq artisti Fuad Poladov, Əməkdar artistlər Məmməd Səfa, Şamil Süleymanov, Pərviz Bağırov, Fərhad İsrafilov, aktyorlar Rza Rzayev, Elvin Əhmədov, Vaqif Səmədzadə, Vüsal Murtuzəliyev, Gülzar Cəfərova ifa edəcək.
|
06.08.11 Məqaləni oxumaq
|
|
|
“İlin ən yaxşı bədəninə” 66 yaşlı kino ulduzu Helen Mirren sahibdir
|
Los-Ancelesdə keçirilən gözəllik müsabiqəsində “İlin ən yaxşı bədəninə” nominasiyasının qalibi bəlli olub. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “The Queen” (“Kraliça”) filmində yaratdığı obraza görə 2010-cu ildə “Oskar”la mükafatlandırılmış amerikalı kino ulduzu Helen Mirren 66 yaşı olmasına baxmayaraq, gözəllik müsabiqəsində “İlin ən yaxşı bədəninə” malik olduğu üçün elə bu nominasiyada da təltif olunub. İncə görünüşü ilə özündən yaşca balacaları qabaqlayan Mirren 17.65 faiz səs toplayaraq “Qadın bədəni” ləqəbli Elle Makferson, Kerl Kole və Kelli Brouku da geridə qoyub.
|
05.08.11 Məqaləni oxumaq
|
|
|
84-cü “Oskar” mükafatını almaqda iddialı olan filmlər bəlli olur
|
Növbəti ilin “Oskar” mükafatını almaqda iddialı olan filmlərdən bir neçəsinin adı artıq açıqlanıb. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu filmlər sırasında 64-cü Kann Film Festivalında mükafatlandırılan türkiyəli rejissor Nuri Bilge Ceylanın çəkdiyi “Bir zamanlar Anadoluda” filmidir. Kənd həkiminin cinayət işini aparan hakimin 12 saatlıq hekayəsindən bəhs edən film “Oskar”ın “Xarici dildə ən yaxşı film” nominasiyasında iştirak edəcək.
84-cü dəfə keçiriləcək “Oskar” film müsabiqəsinə iddialı olan 2-ci film isə məşhur amerikalı müğənni Modonnanın rejissorluğu ilə Hollivud aktyorları Ebbi Korniş, Ceyms Darsi və Andrea Rayzboronun baş rol aldıqları “Biz sevgiyə inanırıq” filmidir. Qeyd edək ki, hələlik bu iki filmin adı açıqlanıb.
Xatırladaq ki, 84-cü “Oskar” mükafatı gələn ilin fevralın sonu və ya martın əvvəllərində Los-Anceles şəhərində təqdim ediləcək.
|
05.08.11 Məqaləni oxumaq
|
|
|
“Xarici ölkələrin kino həftələri” çərçivəsində işlər davam etdirilir
|
Cari ilin noyabr ayında ölkəmizdə xarici ölkələrin film həftələrinə start veriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan kinoteatrlarında nümayiş olunacaq xarici filmlər Azərbaycan dilinə dublyaj olunaraq göstəriləcək.
Qeyd edək ki, ilk olaraq Rusiya kino həftəsinin keçirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırda həmin ölkə ilə danışıqlar aparılır.
Xatırladaq ki, xarici ölkələrin kino həftələri çərçivəsində nümayiş etdiriləcək filmlərin mətnləri əvvəlcədən ölkəmizə göndəriləcək. Tərcümələr başa çatdıqdan sonra isə “Xarici ölkələrin kino həftələri”nə start veriləcək.
|
05.08.11 Məqaləni oxumaq
|
|
|
Tarixi filmlərimizdəki geyimlərin muzeyi yaradılacaq
|
“Nizami” kinoteatrının təmiri başa çatdıqdan və fəaliyyətə başladığı ilk həftənin müəyyən bir günü yeni çəkilən Azərbaycan filmləri nümayiş olunacaq”. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu fikiri nazirliyin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov bildirib.
M.Hətəmov həmçinin, C.Cabbarlı adına “Azərbaycanfilm” dövlət kinostudiyasının təmiri başa çatdıqdan sonra kinostudiyanın nəzdində Azərbaycanın tarixi filmlərdəki geyimlərindən ibarət muzeyin də yaradılacağının planlaşdırıldığını bildirib: “Biz bu barədə düşünürük. Gərək həmin paltarlar elə vəziyyətdə saxlanılsın ki, gənclər, uşaqlar həmin geyimləri rahatlıqla seyr edə bilsinlər. Burada da iki əsas məqsədimiz var. Bunlardan birincisi bu kimi geyimlərin qorunub saxlanılması, ikincisi, isə uşaqlar üçün tərbiyəvi əhəmiyyət daşımasıdır”.
|
04.08.11 Məqaləni oxumaq
|
|
|
Kitab yazmaq üçün aeroportda yaşayacaq
|
İnsanlararası münasibətlər, düzgün interaksiya və emosional mübarizə yolları ilə bağlı çox sayda kitabın müəllifi kimi tanınan məşhur yazıçı Toni Parson daha bir maraqlı addımı ilə gündəmə gəlib. “KƏLAMİNFO” “The İndependent”ə istinadən xəbər verir ki, Parson yeni romanı üçün Londonun “Heatrou” aeroportunda yaşayacaq. Onun əsas məqsədi ayrılan və qovuşan insanları, yolasalma və qarşılama zamanı yaranan emosional vəziyyəti incələməkdir. Parsonun aeroportdakı müşahidələr əsasında qısa hekayələrdən ibarət kitabı noyabr ayında 5 min tirajla nəşr olunub, aeroport işçilərinə və müştərilərə paylanacaq.
|
03.08.11 Məqaləni oxumaq
|
|
|
Rumıniyanın mədəniyyət naziri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
|
Azərbaycanda səfərdə olan Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi qoyub. “KƏLAMİNFO” xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər Xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb.
Qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
|
29.07.11 Məqaləni oxumaq
|
|
|
Gürcüstanda III Elat Mədəniyyəti günləri keçirilib
|
“Borçalı” İctimai Cəmiyyətinin təşkilatçılığı ilə Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylasında III Elat Mədəniyyəti günləri keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, “Borçalı türklərinin elat mədəniyyəti günü” mövzusunda keçirilən tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstan ziyalıları iştirak edib.
Tədbirdə çıxış edən “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli xatırladıb ki, Armudlu yaylasında 2009 və 2010-cu illərdə də eyni bayram təşkil edilib. Cəmiyyət sədri vurğulayıb ki, Gürcüstanla Azərbaycan tarix yaranandan və bu millətlər mövcud olandan bir-biri ilə qonşudurlar. Onun sözlərinə görə, bu illər ərzində hər iki xalq bir-birinə sevgi və sayğı şəraitində yaşayıb, həmçinin bütün zamanların ağrı-acılarına bərabər sinə gəriblər: “Bu gün Gürcüstan və Azərbaycan müstəqil dövlətdir. Hər iki ölkənin müstəqilliyinin əbədiləşdirilməsində, hər iki xalqın layiq olduğu daha firavan həyata qovuşmasında bu dostluğun əsas amil olduğunu düzgün dərk edən və bunu yüksək qiymətləndirən “Borçalı” İctimai Cəmiyyəti bu xalqların bir-birinə daha da yaxınlaşması yolunda çox uğurlu addımlar atır”.
|
29.07.11 Məqaləni oxumaq
|
|
|
“Bu meydan, bu ekran - 2011”-in qalibləri bəlli olub
|
“Bu meydan, bu ekran - 2011” kino layihələri müsabiqəsinin münsiflər heyətinin qərarına əsasən, qalib gələn kino layihələri təsdiqlənib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, əsas məqsədi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək, kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, həmçinin audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, onların fəaliyyəti üçün stimul yaratmaq olan «Bu meydan, bu ekran-2011» kino layihələri müsabiqəsinin yekununda münsiflər heyəti “Orman prodakşn” şirkətinin “Mayak”, “Art Qlobal prodakşn” şirkətinin â€śİşığa doğru”, “EXA prodakşn” prodüser mərkəzinin “Paralel həyat”, “Butafilm” kino şirkətinin “Qaranquş yuvası” layihəsini qalib kino layihələri olaraq təsdiq edib.
|
27.07.11 Məqaləni oxumaq
|
|
|
Milli Kino Gününün son hazırlıq işləri aparılır
|
Avqustun 2-si Azərbaycanda Milli Kino Günü kimi qeyd olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsindən Yusif Şeyxovun “KƏLAMİNFO”ya verdiyi məlumata görə, Milli Kino Gününün açılışı gələn ayın 2-si Gənc Tamaşaçılar Teatrının foyesində və qarşısında axşam saatlarında baş tutacaq və son hazırlıq işləri aparılır.
“Təntənəli açılışdan sonra tədbir iştirakçıları nümayiş olunacaq sərgi ilə tanış ola biləcəklər” - deyə vurğulayan Y.Şeyxov digər maraqlı görüntülərin də sərgilənəcəyini bildirib: “Sərgidə müxtəlif illərdə çəkilmiş kinofilmlərdə istifadə edilən iri və kiçik həcmli rekvizitlər – tanklar, toplar, müxtəlif silah növləri, məişət əşyaları və s. təqdim olunacaq. Bundan başqa, bayram axşamı “Milli kinomuzda geyimlər” bölməsində tamaşçılar bu vaxta qədər milli kino tariximizdə aktyorlarımızın müxtəlif rollar üzrə istifadə etdikləri geyimləri canlı görüb, hətta onlara toxuna biləcəklər ki, düşünürəm bu da iştirakçıların zövqünü oxşamaqla tədbirə xüsusi rəng qatacaq”.
|
26.07.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 29 30 31 32 33 34 35 36 37 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
Arxiv
|
|
«
| İyul.2025 | | Ďí. | Âň. | Ńđ. | ×ň. | Ďň. | Ńá. | Âń. | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | | | |
|
|