|
Səhifələr : # « 19 20 21 22 23 24 25 26 27 » #
Əmlak Komitəsi turizm obyektlərinin özəlləşdirilməsi ilə bağlı seminar keçirib
|
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən turizm obyektlərinin özəlləşdirilməsi sahəsində xarici təcrübəyə dair seminarlar keçirilib. Komitədən “KƏLAMİNFO”ya verilən məlumata görə, “Turizm ili” çərçivəsində turizm sahəsinə investisiya qoyuluşlarının daha da artırılması məqsədi ilə özəlləşdirilməyə açıq elan edilmiş turizm obyektlərinin özəlləşdirilməsinin sürətləndirilməsi və bu sahədə inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsinə, habelə onun müsbət cəhətlərinin tətbiqinə xüsusi diqqət yetirilir. Belə ki, bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 21 noyabr 2011-ci il tarixində Quba, 23 noyabr 2011-ci il tarixində isə Şəkidə “Turizm obyektlərinin özəlləşdirilməsi sahəsində xarici təcrübə” mövzusunda seminar keçirilib. Hər iki tədbir komitənin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Tədbirə həmçinin Almaniyanın federal dövlət əmlakının özəlləşdirilməsinə məsul olan qurumunun nümayəndələri də dəvət edilib. Seminarlarda komitənin mərkəzi aparatının və müvafiq regionlarda fəaliyyət göstərən ərazi qurumlarının işçiləri iştirak edib.
|
25.11.11 Məqaləni oxumaq
|
|
|
Bakıda turizm statistikası ilə bağlı seminar keçiriləcək
|
Bakıda Ümumdünya Turizm Təşkilatının “Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı” çərçivəsində birinci seminarı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, BMÜTT-nın “2011-2012-ci illər üçün Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı”nın Azərbaycanda keçirilməsinə dair bu ilin 23 mart tarixində İspaniyanın Madrid şəhərində BMÜTT və Mədəniyyət və Turizm Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Bu Memoranduma əsasən Bakıda Ümumdünya Turizm Təşkilatının “Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı” çərçivəsində birinci seminarı keçiriləcək.
Seminarda BMÜTT-yə üzv olan Gürcüstan, Moldova, Qazaxıstan, Rusiya, Tacikistan, Ukrayna və Özbəkistanın rəsmi turizm və statistika üzrə qurumları, həmçinin Mərkəzi Bankın nümayəndələri, BMÜTT-nın məsul əməkdaşları və statistika sahəsində ekspertlərinin iştirakı nəzərdə tutulur.
|
23.11.11 Məqaləni oxumaq
|
|
|
Əbülfəs Qarayev: “Eurovision”adək 500 bələdçi sertifikat almalıdır
|
Azərbaycanda keçiriləcək “Eurovision” mahnı müsabiqəsinədək bütün bələdçilər sertifikat almalıdır.
“KƏLAMİNFO” xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm İnstitutunda ilk milli bələdçilərə sertifikatların verilməsi mərasimində deyib.
Nazir bildirib ki, müsabiqəyə gələn qonaqları qarşılayıb yola salmaq üçün ayrılacaq bütün bələdçilər sertifikat almalıdırlar: “Artıq bununla bağlı turizm şirkətlərinə müraciət edilib. Bu müddət ərzində 500 bələdçiyə sertifikat verilməlidir”.
|
22.11.11 Məqaləni oxumaq
|
|
|
II Qara Dəniz Turizm və Səyahət Sərgisində Azərbaycanı MİRAS təmsil edəcək
|
Noyabrın 24-dən 27-dək Türkiyənin Trabzon şəhərində keçiriləcək II Qara Dəniz Turizm və Səyahət Sərgisində 100-dən çox firma və agentlik arasında Azərbaycanı MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi təmsil edəcək. Birlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, sərgidə MİRAS-ın təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası tərəfindən 2010-2011-ci illərdə Orta əsr Ağsu şəhər yerində genişmiqyaslı arxeoloji tədqiqatlar nəticəsində tapılan XVIII əsrə aid tikinti qalıqları, zəngin maddi-mədəniyyət nümunələri, numizmatik materiallar, nadir sənət nümunələri, habelə Ağsu şəhərinin dünyanın bir sıra ölkələri və şəhərləri ilə olan ticarət və mədəni əlaqələrindən xəbər verən digər materiallar nümayiş etdiriləcək. Eləcə də “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi çərçivəsində görülmüş işlərin nəticələri, Azərbaycanın arxeoloji irsi, “Azərbaycan inciləri” bukleti və “Azərbaycan abidələr diyarıdır” filminin də nümayiş etdirilməsi nəzərdə tutulur.
|
21.11.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanla Mərakeşin mədəniyyət və turizm sahəsində yeni layihələr gözlənilir
|
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mərakeşin Xarici Əlaqələr üzrə Dövlət katibi Lətifə Axerbaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüş zamanı həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Ə.Qarayev bu ay Azərbaycanda keçirilən Mərakeş Mədəniyyət Günlərini xatırlayaraq növbəti ildən etibarən hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi üçün razılıq əldə olunduğunu qonağın diqqətinə çatdırıb.
Söhbət əsnasında həmçinin Azərbaycan Prezidenti tərəfindən əsası qoyulmuş Bakı Prosesinin əhəmiyyətindən söz açılıb. Xanım L.Axerbaş öz ölkəsi üzrə Sivilizasiyalar Alyansının əlaqələndiricisi olduğunu qeyd edərək, Bakı Prosesini dəstəklədiklərini və Azərbaycanın bu prosesdə rolunun dünya üçün vacib olduğunu diqqətə çatdırıb.
|
17.11.11 Məqaləni oxumaq
|
|
|
Mustafa Topçubaşov haqqında film hazırdır
|
“Mustafa Topçubaşov. Əsrin fonunda portret” sənədli filmi təqdimata hazırdır. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, yeni sənədli filmin təqdimatı noyabr ayının 18-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. “Yaddaşâ€ť sənədli filmlər studiyasında dövlət sifarişi ilə çəkilən film Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri akademik Mustafa bəy Topçubaşovun həyatı və fəaliyyətindən bəhs edir.
Qeyd edək ki, “Mustafa Topçubaşov. Əsrin fonunda portret” sənədli filminin rejissoru Xalq artisti Yalçın Əfəndiyevdir.
|
17.11.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycan folkloru Avropada tanıdılır
|
Dekabrın 21-i AMEA Folklor İnstitutunda “Azərbaycan folkloru Avropa sivilizasiyası kontekstində” mövzusunda elmi-praktiki konfrans keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA Folklor İnstitutundan veriblər.
Konfransın keçirilməsində məqsəd Azərbaycan folklorunun Avropa sivilizasiyası kontekstinə çıxarılması məsələsinin müəyyənləşdirilməsi, nəzəri və praktiki tərəflərin aşkarlanması, folklorumuzun tanıdılmasının genişləndirilməsindən ibarətdir.
|
16.11.11 Məqaləni oxumaq
|
|
|
Alim Qasımov və qızı növbəti səfərə hazırlaşır
|
Xalq artisti Alim Qasımov və onun qızı Əməkdar artist Fərqanə Qasımova növbəti qastrol səfərinə hazırlaşır. Fərqanə Qasımovanın “KƏLAMİNFO”ya verdiyi açıqlamasında gələn ay bir neçə konsert proqramı ilə çıxış edəcəklərini bildirdi: “Hər ay xaricə səfərlərimiz olduğu üçün onları yadımda saxlaya bilmirəm. Amma dekabr ayında Türkiyədə, fevralda isə ABŞ-da 4 konsertimiz təşkil ediləcək. Türkiyənin İstanbul şəhərində məhz bizim xüsusi konsert proqramımızdır”.
|
15.11.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanı Beynəlxalq festivalda təmsil edən tələbələr Qran-pri qazanıblar
|
Azərbaycanlı tələbələr Beynəlxalq Tələbə Tamaşaları Festivalının Qran-Pri mükafatını qazanıblar. “KƏLAMİNFO” xəbər verir ki, Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs estrada rejissorları fakültəsinin tələbələri Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr edilmiş beynəlxalq festivalın baş mükafatı olan Qran-Pri-ni qazanıblar. Kiçik həyat əhvalatlarından ibarət olub və bütün əhvalatlar etüd vasitəsilə nümayiş etdirilən “Adi əhvalatlar” adlı tamaşa ilə çıxış edən azərbaycanlı tələbələrdən 3-ü festival çərçivəsində həmçinin münsiflər heyətinin yekdil qərarı ilə aktyorluq və rejissorluq işinə görə xüsusi sertifikatlarla mükafatlandırılıblar.
|
15.11.11 Məqaləni oxumaq
|
|
|
Daha bir filmimiz bərpa olunub
|
Daha bir filmimiz bərpa olunub. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, ssenari müəllifi Maqsud İbrahimbəyov, quruluşçu rejissoru Arif Babayev, bəstəkarı Polad Bülbüloğlu olan “Uşaqlığın son gecəsi” bədii filmi Dövlət Film Fondu və Rusiya Dövlət Film Fondunun birgə təşəbbüsü ilə bərpa olunub. Süjet xəttində gənclərin şəxsiyyət kimi formalaşmasından, həyata yenicə atılan gəncin çətinliklərindən, həyatdakı mənəvi təzadlarla qarşılaşmasından, gənc yaşlarından əsl insan, prinsipial və məsuliyyətli vətəndaş olmağın zəruriliyindən danışılan filmin bərpası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Qeyd edək ki, 1968-ci ildə görkəmli rejissor, Əməkdar incəsənət xadimi Arif Babayevin lentə aldığı filmdə əsas rolları Ənvər Həsənov (Murad), Səyavuş Şəfiyev (Rüstəm), Ətayə Əliyeva (Mənsurə), Törəxanım Zeynalova (nənə), Tofiq Mirzəyev (Rüfət), Megi Kejeradze (Elya), Qorxmaz Atakişiyev (Zaur), Məmmədsadıq Nuriyev (Davud), Səməndər Rzayev (milis işçisi) canlandırıblar.
|
11.11.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 19 20 21 22 23 24 25 26 27 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
Arxiv
|
|
«
| İyul.2025 | | Ďí. | Âň. | Ńđ. | ×ň. | Ďň. | Ńá. | Âń. | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | | | |
|
|