Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 59 60 61 62 63 64 65 66 67 » #
    Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı 200-dən çox normativ-hüquqi akt imzalanıb
    Son 20 ildə daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı 200-dən çox fərman və sərəncam imzalanıb, nazirliyin təşkilati strukturu təsdiqlənib, bir sıra qanunlar, əsasnamələr qəbul edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirlər daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəsmi mətbuatda dərc edilən yazısında əks edilib. Qeyd edilib ki, beynəlxalq ekspertlərin yüksək dəyərləndirdiyi həmin normativ-hüquqi aktların effektli tətbiqi ixtisaslı kadrların hazırlanmasını tələb etdiyindən bu sahədə də görülən işlər məqsədyönlü və davamlı olub. Ötən 20 ildə orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 58,3 faizdən 90 faizədək, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33,3 faizdən 76,4 faizədək yüksəlib.
    20.10.11 Məqaləni oxumaq
     
    Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu
    Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, 19.10.2011-ci il tarixində endokrinologiya, psixiatriya və şüa diaqnostikası ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 103 həkim iştirak edib. Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 94 nəfər uğurlu nəticələr əldə edib. Növbəti test imtahanları fizioterapiya və terapiya ixtisasları üzrə 26.10.2011-ci il tarixində keçiriləcək.
    20.10.11 Məqaləni oxumaq
     
    Bakıda MDB və Şərqi Avropada analoqu olmayan təyyarə trenajor mərkəzi açılıb
    Bu gündən etibarən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) Milli Aviasiya Akademiyası və “Boeing” şirkəti “Boeing – 757”, “Boeing – 767”, “Airbus -319”, “Airbus -320”, “ATR – 42-500” və “ATR – 72-500” tipli uçuş trenajorlarının birgə istismarına başlayır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya “AZAL”dan veriblər. Təqdim edilən trenajorlar beynəlxalq standartlar və tələb olunan bütün texniki xarakteristikalara uyğundur. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) tələblərinə cavab verən yüksək səviyyəli bu hazırlıq mərkəzi indi nəinki regionda, hətta MDB məkanında və Şərqi Avropa ölkələrində analoqu olmayan trenajor mərkəzidir. Bu mərkəz dünya standartları səviyyəsində fəaliyyətə başlamaqla yanaşı, burada həmçinin “Boeing – 757”, “Boeing – 767”, “Airbus -319”, “Airbus -320”, “ATR – 42-500” və “ATR – 72-500” trenajorlarına texniki xidmət göstəriləcək.
    20.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanın Müstəqillik Günü Bolqarıstanda da qeyd olunub
    Azərbaycan Respulikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü Bolqarıstanda da qeyd olunub. Azərbaycanın Bolqarıstandakı səfirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfirlik tərəfindən Sofiyada keçirilən 400 nəfərlik rəsmi tədbirdə Bolqarıstan hökuməti, Prezident Administrasiyası, Xalq Məclisi, yerli icra və özünüidarə etmə orqanlarının məsul işçiləri, Azərbaycan-Bolqarıstan Parlamentlərarası dostluq qrupunun üzvüləri, KİV rəhbərləri və digər mötəbər şəxslər iştirak edib. Səfir Emil Kərimov “Müstəqillik Günü”nün tarixininin ilk illərini xatırladarkən o vaxt ölkəmizin çətin və iqtisadi vəziyyətinin ağır olmasından, əhalinin ağır və acınacaqlı durumundan, eləcə də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüzü nəticəsində 20% torpaqlarının işğal olunmasından, 1 milyondan çox soydaşımızın qaçqın düşməsindən danışıb. Səfir belə bir çətin anlarda xalqın bu durumdan ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra nicat tapmasını və hal-hazırda İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində ölkənin güclü iqtisadi inkişaf mərhələsində olduğunu bildirib.
    20.10.11 Məqaləni oxumaq
     
    Fazil Mustafa: Azərbaycan xalqının yalnız bir hissəsi müstəqilliyə nail olub
    Bu gün dünya üzrə Azərbaycan xalqının yalnız bir hissəsi müstəqilliyə nail olub, 35 milyonluq Azərbaycan xalqının bir hissəsi isə hələ də cənubda əsarətdədir. “KƏLAMİNFO” xəbər verir ki, bunları Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fazil Mustafa bildirib. O, qeyd edib ki, bu gün o vaxt müstəqilliyə səs verənlərlə səs verməyənləri bir-birindən ayırmaq lazım deyil. “Eyni zamanda çox yaxşı olardı ki, o zaman müstəqilliyin əldə olunmasında əziyyəti olanlara, onların ailələrinə prezident təqaüdü ayrılsın”,-deyə F.Mustafa vurğulayıb. O, həmçinin deyib ki, bu gün müstəqillik tarixindən danışarkən, 1918-20-ci illərdəki hadisələrdən bəhs edərkən Nuru Paşa məsələsinə həssas yanaşmaq lazımdır. “O, Azərbaycanın müstəqilliyinin əsasının qoyulmasında xüsusi çəkisi olan insandır. Ona layiqli qiymət vermək lazımdır”,-deyə o, əlavə edib.
    19.10.11 Məqaləni oxumaq
     
    “Microsoft Azərbaycan” nümayəndəliyinin rəhbəri dəyişib
    “Microsoft”un Gürcüstan nümayəndəliyinin rəhbəri David Asatiani korporasiyanın Azərbaycan ofisini müvəqqəti idarə edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. Bundan əvvəl Azərbaycan ofisinə rəhbərlik edən Teymur Axundov hazırda “Microsoft”un Kanada ofisində yeni vəzifəyə keçib. T.Axundovun yeni vəzifəsi haqqında məlumat verilmir.
    18.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanın ABŞ-dakı səfirliyi xatirə medalı təsis edib
    Azərbaycanın ABŞ-dakı səfirliyi Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş xatirə medalı təsis edib. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, bürüncdən nəfis tərtibatla hazırlanmış medalın üz tərəfində Azərbaycanın gerbi və ingilis dilində “Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü – 1991-2011” sözləri, digər üzündə isə ölkəmizin xəritəsi və “Azərbaycanın ABŞ-dakı səfirliyi” sözləri əks olunub.
    18.10.11 Məqaləni oxumaq
     
    ABŞ-da ümummilli lider Heydər Əliyevin büstü açılıb
    Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə oktyabrın 17-də Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin büstü açılıb. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, bürüncdən hazırlanmış bu incəsənət əsərinin müəllifi məşhur heykəltəraş, Beynəlxalq Olimpiya Komitəsinin laureatı Sergey Eylanbekovdur. Açılış mərasimdə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev çıxış edərək, Azərbaycanın dövlətçiliyinin və müstəqilliyinin möhkəmlənməsində, iqtisadiyyatının hərtərəfli inkişafında və dünya birliyində layiqli yer tutmasında Heydər Əliyevin göstərdiyi böyük xidmətlərdən bəhs edib və onun əziz xatirəsinin qəlblərimizdə daim yaşayacağını bildirib. Mərasimdə ABŞ ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun fəalları və ölkəmizin ABŞ-dakı səfirliyinin əməkdaşları iştirak ediblər.
    18.10.11 Məqaləni oxumaq
     
    Hərbçilərimiz bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər
    Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Müdafiə Nazirliyinin nümayəndələri oktyabrın 17-dən 20-dək Cenevrədə SNT təlim və tədris mərkəzlərinin rəislərinin 12-ci illik konfransına, Azərbaycan-Çexiya İkitərəfli əməkdaşlıq planına əsasən oktyabrın 17-dən 21-dək Praqada Silahlandırma və hərbi texnologiyalar üzrə ekspertlərin işçi görüşünə, həmçinin kütləvi qırğın silahlarından müdafiə məsələləri üzrə ekspertlərin işçi görüşünə qatılacaqlar.
    18.10.11 Məqaləni oxumaq
     
    Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq konfrans keçirilir
    Bu gün Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq konfrans öz işinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, konfransda baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya, BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsinin direktoru Yuri Fedotovun iştirak edirlər.
    17.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 59 60 61 62 63 64 65 66 67 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2025»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « İyul.2025
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031