Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 22 23 24 25 26 27 28 29 30 » #
    Azərbaycan Gənclər Parlamentinə imtahan verən namizədlərin adları açıqlanıb
    Azərbaycan Gənclər Parlamentinə imtahan verən namizədlərdən növbəti mərhələyə keçənlərin adları açıqlanıb. “KƏLAMİNFO” xəbər verir ki, yekun olaraq daxil olan 1187 ərizədən 809 ərizə təsdiqlənərək namizədlər imtahana dəvət olunub. İmtahanlar Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən (www.dqmk.az) 23, 24, 25 iyul və 1, 2 avqust 2012-ci il tarixlərində keçirilib. İmtahanlarda ümumilikdə 543 namizəd iştirak edib və ən yüksək nəticə toplayan 208 nəfər növbəti mərhələyə keçmək şansı əldə edib. Siyahı tam olaraq Azərbaycan Gənclər Parlamentinin rəsmi saytında www.agp.az yerləşdirilib. Müsahibə mərhələsinin tarixi və vaxtı ilə bağlı məlumatlar yaxın vaxtlarda açıqlanacaq.
    06.08.12 Məqaləni oxumaq
     
    “Gənc məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsi start götürüb
    Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi “Cəzaçəkmə müəssisələrindən azad olan gənc məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsinin icrasına start verib. Mərkəzdən “KƏLAMİNFO”ya verilən məlumata görə, layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin keçirilməsində əsas məqsəd maarifləndirmə işinin aparılması ilə azadlığa çıxmağa hazırlaşan gənclərin öz hüquqlarını bilməsinə, azadlıqda olduqda özlərinin sosial problemlərinin həll olunmasına və müxtəlif xidmətlərdən istifadə etməsinə kömək etməkdir. Layihə Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, habelə bu sahədə ixtisaslaşmış ictimai təşkilatlarla, “Cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək Mərkəzi” ilə sıx əməkdaşlıq etmək niyyətindədir.
    04.08.12 Məqaləni oxumaq
     
    “İRƏLİ” İB “XXI əsrin liderləri” beynəlxalq yay düşərgəsinə yollanacaq
    Rusiyanın Rostov şəhərində Rusiya Gənclər İttifaqı tərəfindən “XXI əsrin liderləri” yay düşərgəsi keçiriləcək. “KƏLAMİNFO”nun məlumatına görə, Azərbaycanı bu tədbirdə “İRƏLİ” İctimai Birliyinin üzvlərindən ibarət 20 nəfərlik nümayəndə heyəti təmsil edəcək. Qeyd edək ki, düşərgənin keçirilməsində əsas məqsəd dünyanın gənc liderlərini gənclərlə bağlı müxtəlif mövzularda fikir mübadiləsi aparmaq, eyni zamanda yeni əməkdaşlıqların qurulmasıdır. Düşərgə müddətində gənclərə müxtəlif mövzularda seminar, təlim və praktiki çalışmalar keçiriləcək. Yay düşərgəsi 5-11 avqust 2012-ci il tarixində keçiriləcək.
    03.08.12 Məqaləni oxumaq
     
    Azərbaycanda son 6 ayda 5,4 min boşanma halı qeydə alınıb
    Bu ilin 6 ayı ərzində Azərbaycanda 40,4 min nikah və 5,4 min boşanma halı qeydə alınıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Dövlət Statistika Komitəsindən veriblər. Ötən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfəri hesabı ilə nikah və boşanmaların sayı eyni səviyyədə (8,9 faiz və 1,2 faiz) qalıb.
    03.08.12 Məqaləni oxumaq
     
    Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisi açılıb
    Bu gün Mingəçevirdə Gənclər üçün Təhsil Mərkəzinin yeni Regional Ofisi açılıb. Mərkəzin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, ofisin rəhbəri Tural Kərimov yeni məkanın açılması zərurətindən danışarkən bildirib ki, yeni məkan əsasən gənclərin tələbatını ödəmək üçün yaradılıb və burada gənclərin asudə vaxtının səmərəli keçməsi üçün hər bir şərait mövcuddur. Mərkəzin təsisçisi Vüsal Quliyev isə Mingəçevir şəhərində gənclərin daha da fəal olmasında maraqlı olduqlarını və belə ofislərinin ölkənin bir çox şəhərlərində yaradılacağını dilə gətirib. Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Ramiz Əliyev isə gənclərə hər zaman dəstək olacaqlarını vurğulayıb. Yeni Regional Ofisdə gənclər üçün kompüter, internet, xarici dil kursları, maraq kursları, idman, mədəniyyət, musiqi və s. klubları fəaliyyət göstərir.
    02.08.12 Məqaləni oxumaq
     
    Lisenziya alan poçt şöbələrinin sayı minə çatıb
    “Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində lisenziya alan poçt şöbələrinin sayı minə çatıb. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidmətinə “Azərpoçt” MMC-nin Hüquq şöbəsinin müdiri Yaşar Əhmədov bildirib. Y.Əhmədovun sözlərinə görə, bəzi texniki işlər həyata keçirildikdən sonra belə şöbələrin sayı daha çox olacaq. Şöbə müdiri eyni zamanda şəbəkənin daha da genişləndirilməsi ilə nağdsız ödəniş sisteminin inkişaf etdiriləcəyini qeyd edib.
    02.08.12 Məqaləni oxumaq
     
    Ermənistanda əsir düşən azərbaycanlı əsgər ilə görüş olub
    Ermənistandakı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndəliyinin əməkdaşları bu ölkədə əsirlikdə saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya BQXK-nin Azərbaycan nümayəndəliyindən veriblər. İyulun 31-də təşkilatın nümayəndələri azərbaycanlı əsirə baş çəkiblər. Ona ailəsindən 1 qızıl xaç məktubu çatdırılıb, ondan isə 2 qızıl xaç məktubu alınıb. Qeyd edək ki, iyulun 26-da Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq Ermənistan silahlı bölmələrinə əsir düşüb.
    01.08.12 Məqaləni oxumaq
     
    Əmanətlərin qaytarılmasına indiyədək 147 milyon manat xərclənib
    İyulun 30-na olan məlumata görə, “Kapital Bank”ın xidmət məntəqələrinə 449 min 69 müraciət daxil olub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Elmar Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu müraciətlərdən 393 min 16-sı məntəqələrdən mərkəzə təqdim edilib. Bu dövr ərzində 263 min 215 əmanətçiyə ümumilikdə 147 131 879,60 manatlıq vəsait ödənilib: “Bildiyiniz kimi, fərdi birdəfəlik ödəmələrin verilməsi 65-i Bakı şəhərində, 78-i respublikamızın digər regionlarında olmaqla “Kapital Bank” tərəfindən ölkə üzrə yaradılmış 143 xidmət məntəqəsində həyata keçirilir”.
    01.08.12 Məqaləni oxumaq
     
    Səttar Mehbalıyev: Azərbaycanda işsiz vətəndaşların sayı 250 mindən çoxdur
    Bu gün Azərbaycanda işsiz vətəndaşların sayı 250 mindən çoxdur. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə “Həmkarlar İttifaqları və gənclərin məşğulluğu: qlobal çağırışlar və yeni yanaşma” mövzusunda subregional konfransda çıxışı zamanı Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib.

    O qeyd edib ki, Ermənistanın Azərbaycana təcavüzü işsiz gənclərin sayının artmasına səbəb olub: â€śİşğal nəticəsində Azərbaycan vətəndaşlarının 300 mini iş yerindən məhrum olub. Azərbaycanda gənclərin sayı sürətlə artır. Bu gün əhalinin 35 faizi 16-35 yaş arasında olan gənclərdir. Ölkədə iqtisadi fəal əhalinin 27 faizini, məşğul əhalinin isə 25,5 faizini gənclər təşkil edir”.
    S.Mehbalıyev MDB ölkələrindəki işsizlik vəziyyəti barədə də danışaraq deyib ki, bir çox ölkədə gənclər arasında işsizlik yaşlılara nisbətən 2-3 dəfə çoxdur: “Bəzi MDB ölkələrində isə işsizlərin ümumi sayının 40 faizini gənclər təşkil edir”.
    01.08.12 Məqaləni oxumaq
     
    Hər il 150-dən çox azərbaycanlı müəllimin Türkiyədə istirahəti təşkil olunur
    “Hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Türkiyənin Həmkarlar İttifaqı konfederasiyalarından biri ilə (Türkiye Devrimcin Sendikaları Konfederasiyonu) iki ölkə vətəndaşlarının qarşılıqlı istirahətinin təşkil edilməsi işinin genişləndirilməsi ilə bağlı danışıqlar aparır”. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında Türkiye Devrimcin Sendikaları Konfederasiyonunun Beynəlxalq əlaqələr idarəsinin müdiri Kıvanc Eliaçık bildirib.
    31.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 22 23 24 25 26 27 28 29 30 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2026»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Apr.2026
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930