|
Mətbuat Şurası jurnalistlər üçün təlim kurslarına başlayacaq
|
Noyabrın 15-dən etibarən Azərbaycan Mətbuat Şurası (MŞ) jurnalistlər üçün təlim kurslarına başlayacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya MŞ-dən veriblər. Şuranın Prezident Yanında Kütləvi İnofrmasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Jurnalist peşəkarlığının artırılması: tədris proqramının hazırlanması və kursların təşkili” layihəsi çərçivəsində baş tutacaq tədbir MŞ-nin tərtib etdiyi tədris planı əsasında keçiriləcək. Təlimlər medianın müxtəlif sahələrini əhatə etməklə özündə ümumilikdə on iki mövzunu birləşdirəcək. İştirakçılara KİV-hakimiyyət münasibətləri, KİV-in iqtisadi tənzimlənməsi, menecment və marketinq, diffamasiya, internet media, pablik rileyşnz, KİV və ekstremal şərait, KİV-də əqli mülkiyyət məsələləri, KİV-ə dövlət yardımı və digər məsələlərlə bağlı məruzələr oxunacaq, praktik situasiyalar ətrafında fikir mübadilələri aparılacaq. Kurslar tanınmış media ekspertləri, müxtəlif sahələrin mütəxəssisləri tərəfindən keçiriləcək. Kurslar ayrı-ayrı qruplarda noyabrın 15-dən dekabrın 25-dək hər həftənin ilk iki günü olmaqla keçiriləcək. Müdavimlərə Şuranın müvafiq sertifikatları təqdim olunacaq.
|
11.11.09 Məqaləni oxumaq
|
|
|
“İrəli” İctimai Birliyi bələdiyyə seçkiləri ilə bağlı Bərdə və Samuxda növbəti təlimlərə başlayıb
|
Bu gün “İrəli” İctimai Birliyi və Bələdiyyələrin Milli Asosasiyaları vətəndaşların hüquqi biliklərini və seçkilərə marağını artırmaq məqsədilə Bərdə və Samuxda təlimlərə başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İrəli” İctimai Birliyindən veriblər. Xatırladaq ki, respublikanın bütün şəhər və rayonlarında gənc fəallar üçün “Bələdiyyələrin statusu” və “Seçkiqabağı təşviqatın təşkili” mövzuları üzrə keçirilməsi nəzərdə tutulan təlimlərdə müasir kompüter texnologiyasından istifadə olunmaqla təqdimatlar və interaktiv müzakirələr aparılacaq. Birliyin təlimlərində klassik musiqi konsertlərinin təşkili planlaşdırılıb.
|
11.11.09 Məqaləni oxumaq
|
|
|
Qoruyucu maskaların qiymətləri niyə artıb?
|
Ölkədə yayılan A(H1N1) qripi ilə əlaqədar apteklərdə qoruyucu maskaların qiymətlərinin süni şəkildə qaldırılması və qıtlığı halları tezliklə aradan qaldırılacaq. Bu barədə məlumatı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdüri Pərviz Əzizbəyov verib.
Onun sözlərinə görə, bu cür vasitələrin apteklərdə satışı özəl biznes olduğundan təmsil etdiyi qurum birbaşa olaraq bunun satışına müdaxilə edə bilmir. Hazırda Səhiyyə Nazirliyinin qoruyucu masakaların apteklərdə satışını təşkil edən şirkətlərlə ciddi danışıqlar apardığını diqqətə çatdıran P.Əzizbəyov qeyd edib ki, qiymət artımı son günlər ölkədə ona yaranan ehtiyacla əlaqədar bəzi iş adamları tərəfindən yaradılıb. “Dövlət qurumu olaraq biz bu prosesdə tövsiyyə xarakterli səlahiyyətə malik olduğumuz üçün birbaşa o apteklərin işinə müdaxilə edə bilmirik. Lakin hazırda apteklərdə maskaların satışını təşkil edən şirkətlərlə apardığımız danışıqlar nəticəsində çox yaxın zamanda onlar öz əvvəlki qiymətlərinə - 8 və ya 10 qəpiyə endiriləcək”-deyə P.Əzizbəyov bildirib.
|
11.11.09 Məqaləni oxumaq
|
|
|
Monitorinq insidensiz başa çatıb
|
Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Füzuli-Horadiz yolunun yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Vladimir Çontulov keçirib.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə prosesi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik və onun səhra köməkçiləri İrci Aberle, Piter Ki və Caslan Nurtazin izləyiblər.
|
10.11.09 Məqaləni oxumaq
|
|
|
Pul kütləsinin həcmi artıb
|
Dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) artaraq 5 222,4 mln. manat təşkil edib. Bu barədə məlumatı Mərkəzi Bankdan veriblər.
Cari il oktyabrın 1-nə olan pul kütləsinin 3620,1 mln. manatı nağd pul vəsaitləri, 829,1 mln. manatı tələb edilənədək vəsaitlər, 773,2 mln. manatı isə müddətli depozitlərin payına düşüb.
|
10.11.09 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda A(H1N1) virusuna yoluxan daha 8 nəfərdən biri xaricdə yoluxub gələn əcnəbi vətəndaşdır
|
Azərbaycanda A(H1N1) virusuna daha 8 nəfər yoluxub. Bunlardan biri isə bu günlərdə ölkəmizə yoluxub gələn İngiltərə vətəndaşıdır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Xəstələrdən digər üçü Ukraynadan, biri Türkiyədən yoluxub gəlmiş Azərbaycan vətəndaşlarıdır. Üçü isə əvvəl Ukraynadan yoluxub gəlmiş xəstələrlə təmas nəticəsində yoluxan Bakı şəhər sakinləridir. Qeyd edək ki, yoluxan 8 nəfərdən ikisi Ağciyər Xəstəlikləri İnstitutunda, digərləri isə ev şəraitində ciddi şəkildə müalicə alırlar. Xatırladaq ki, Ağçiyər Xəstəlikləri İnstitutunda əvvəlcədən müalicə alan iki nəfərdən biri Kürdəmir şəhər sakini müalicə olunaraq artıq evə buraxılıb.
|
10.11.09 Məqaləni oxumaq
|
|
|
Milli Parkda arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçirilir
|
Bu gün Bakıda, dənizkənarı Milli Parkda arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası açılıb. Yarmarkada 52 rayondan 510 arıçı qatılıb.
Sərgi-satış yarmarkası münasibətlə keçirilən mərasimdə kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov çıxış edərək bildirib ki, arıçılığın inkişafı həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Nazir müavini qeyd edib ki, yarmarkasının keçirilməsindən məqsəd arıçılığı təbliğ etmək, müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının diqqətini sahənin inkişafının vacibliyinə yönəltmək, arıçıları maarifləndirməkdən ibarətdir.
Qeyd edək ki, sərgi-satış yarmarkası noyabrın 19-dək davam edəcəkdir.
|
09.11.09 Məqaləni oxumaq
|
|
|
Bakıda “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxışâ€ť adlı beynəlxalq elmi konfrans keçiriləcək
|
Azərbaycanın Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası İslam Konfransı Təşkilatı (İKT) Baş katibliyi ilə birgə İKT-nin yaradılmasının 40 illik yubileyi münasibətilə 11-12 noyabr 2009-cu il tarixlərində Bakıda “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxışâ€ť adlı beynəlxalq elmi konfrans keçirəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xaric İşlər Nazirliyindən veriblər. Konfransda İKT-nn Baş katibi Ekmələddin İhsanoğlunun, həmçinin 41 ölkədən və 3 beynəlxalq təşkilatdan 200 yaxın xarici və yerli elm xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və bir sıra ölkələrin yüksək səviyyəli dövlət məmurlarının iştirakı nəzərdə tutulub. Konfransda dini və mədəni müxtəliflik, bu sahədə Azərbaycanın təcrübəsi, dinlərarası dialoqun qarşılaşdığı problemlər və İslam geosiyasəti kimi mövzular üzrə elmi müzakirələr aparılacaq. Konfransın ikinci günü Diplomatik Akademiya tərəfindən təşkil olunmuş xaricdən gələn qonaqların iştirakı ilə ənənəvi “Etiqadlararası dialoqa dair” mövzulu “ADA Məclisi” televiziya ictimai forum keçiriləcək.
|
09.11.09 Məqaləni oxumaq
|
|
|
Van Bayburt: “Mən azərbyacanlılarla ermənilərin barışığına inanıram”
|
Gürcüstan prezidentinin məsləhətçisi Van Bayburt azərbaycanlıların, erməni və gürcülərin Cənubi Qafqazın əsl sahibləri olduğunu söyləyib. KƏLAMİNFO xəbər verir ki, məsləhətçi öz çıxışında “Azərbaycanlılar, erməni və gürcülər- budur Cənubi Qafqazın əsl sahibləri və Allah özü istəyir ki, onlar dostluq və barışıq şəraitində yaşasın”,-deyə bildirib. Bu xalqlar arasında olan problemlər həll edilərsə Cənubi Qafqazın ən güclü region olacağını söyləyən V.Bayburt azərbaycanlılar və ermənilərin müdrik xalq olduqlarını və onların barışığına inandığını vurğulayıb.
|
06.11.09 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda quş qripi ilə əlaqədar monitorinqlərə başlanılacaq
|
Azərbaycanda quş qripi ilə əlaqədar olaraq noyabırın 16-dan etibarən monitorinqlərə başlanılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə vzkevfns Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov verib.
Onun sözlərinə görə, Azərbaycanda 6500-7000 yaxın donuz saxlanılır ki, onların da hamısı nəzarət altındadır.
O, həmçinin heyvanlarda quduzluğa qarşı peyvəndləmə işlərinin aparıldığını da bildirib.
İ.Həsənov respublikada epizotik vəziyyətin stabil olduğunu, narahatçılıq üçün heç bir əsas olmadığını qeyd edib.
|
06.11.09 Məqaləni oxumaq
|
|
|
|
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
Arxiv
|
|
«
| İyul.2025 | | Ďí. | Âň. | Ńđ. | ×ň. | Ďň. | Ńá. | Âń. | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | | | |
|
|