Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 143 144 145 146 147 148 149 150 151 » #
    Ombudsman Ağstafa və Qazaxda ictimai dinləmələr keçirib
    Ombudsman Elmira Süleymanovanın iştirakı ilə insan hüquqları üzrə Milli Fəaliyyət Planının (MFP) icra vəziyyəti ilə əlaqədar növbəti ictimai dinləmələr Ağstafa və Qazax rayonlarında keçirilib. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirlərdə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, seçki dairəsi, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər. İctimai dinləmədə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq həyata keçirilən quruculuq işlərindən danışılıb, MFP üzrə rayonda görülən işlər haqqında məlumat verilib. E.Süleymanova uğurla icra olunan MFP-nin məqsədləri, prioritetləri və tətbiqi vəziyyəti barədə danışıb, bu sənədin insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli və daha etibarlı təmini baxımından əhəmiyyət kəsb etdiyini bildirib.
    05.08.10 Məqaləni oxumaq
     
    “Fikir” informasiya bülleteninin ilk sayı işıq üzü görüb
    Naxçıvan Dövlət Universitetinin (NDU) nəşri olan “Fikir” informasiya bülleteninin 2010-cu ildə ilk sayı işıq üzü görüb. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, jurnalın bu sayı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova NDU-nun Fəxri Doktoru diplomunun təqdim edilməsi, “Elektron Naxçıvan-5” layihəsinin vəzifə və nəticələri, Böyük Britaniyanın Azərbaycandakı səfirinin Naxçıvana səfəri çərçivəsində NDU-da keçirdiyi görüşlərdən bəhs edir. Qeyd edək ki, informasiya bülleteninin baş redaktoru NDU-nun rektoru, akademik İ.Həbibbəylidir.
    04.08.10 Məqaləni oxumaq
     
    Hərbiçilərimiz Türkiyədə keçirilən tədbirlərdə iştirak edəcək
    Avqustun 9-dan 13-dək Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən hərbçilərimiz Türkiyənin Eyirdir qəsəbəsində və İsparta şəhərində “Xüsusi maneəli marşrut üzrə komando kursu”nda iştirak edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyi mətbuat xidmətindən veriblər. Fərdi Tərəfdaşlıq Planına əlavə olaraq hərbiçilərimiz avqustun 9-dan 2011-ci il iyunun 17-dək Estoniyanın Tartu şəhərində Birləşmiş Komandanlıq və Baş Qərargah Kursunda iştirak edəcəklər. Bundan başqa avqustun 9-dan 12-dək Çexiya Silahlı Qüvvələrinin hərbi attaşesi Bakıda səfərdə olacaq.
    03.08.10 Məqaləni oxumaq
     
    DSMF-yə daxil olan müraciətlərin sayı 76 faiz artıb
    Cari ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) əhali tərəfindən ünvanlanan müraciətlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 76 faiz çoxalıb. Bu barədə məlumatı DSMF-nin İctimaiyyətlə əlaqələr mərkəzindən veriblər. Elektron poçt vasitəsilə göndərilən suallarda toxunulan məsələlər ümumilikdə maarifləndirici xarakter daşıyıb. Göndərilən hər bir sual Fondun müvafiq şöbələri tərəfindən cavablandırılıb və həmin cavablar saytın “Sual-cavab” altqrupundakı müvafiq bölmələrdə yerləşdirilib. Bu ilin ilk yarısında sayta göndərilən 1270 sualın 43,7 faizi əmək pensiyaları ilə bağlı olub. Sualların 27 faizi isə sosial sığorta haqları ilə əlaqədar məsələləri əhatə edib.
    02.08.10 Məqaləni oxumaq
     
    Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
    Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi (JAM) “İnsan hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasına yardım” adlı layihənin icrasını başa çatdırıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya JAM-dan veriblər. JAM Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində iyul ayında da ölkədə nəşr olunan 20 gündəlik və həftəlik qəzetin monitorinqi aparılıb. Monitorinq nəticəsində məlum olub ki, Azərbaycanın aparıcı KİV orqanları iyul ayında da insan hüquq və azadlıqlarının müdafiəsinə geniş yer ayırıblar. JAM-ın yaydığı hesabatda həmçinin qeyd olunur ki, iyun ayında olduğu kimi iyul ayında da mətbuat Kürün daşması nəticəsində baş verən təbii fəlakətdən zərər çəkən insanların problemlərinin işıqlandırılmasına daha geniş yer ayırıb. Həmçinin paytaxt çimərliklərindəki vəziyyət, müxtəlif qida məhsullarından zəhərlənmə halları, eləcə də istehlakçıların üzləşdikləri problemlər mətbuatın diqqət mərkəzində olub.
    31.07.10 Məqaləni oxumaq
     
    Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub
    Baş Prokurorluğun Elmi-Tədris Mərkəzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İstanbul Fəaliyyət Planının Azərbaycan üzrə dəyərləndirmə hesabatı dinlənilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Baş Prokurorluqdan veriblər. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları və QHT təmsilçiləri iştirak ediblər. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə artıq 2003-cü ildən əməkdaşlıq edir. Bu müddət ərzində təşkilatın Azərbaycan hökumətinə çox dəyərli tövsiyələr verdiyini diqqətə çatdıran K.Əliyev OECD və Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun tövsiyələrinin prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq Sərəncam və Fərmanlarda öz əksini tapdığını, bu sahədə ardıcıl işlər həyata keçirildiyini vurğulayıb. OECD Katibliyinin antikorrupsiya məsələləri üzrə baş müşaviri Olqa Savran və təşkilatın eksperti Daniel Telesklaf çıxışlarında Azərbaycanda korrupsiyaya qarşı mübarizədə müsbət nəticələr əldə edildiyini vurğulayıblar.
    30.07.10 Məqaləni oxumaq
     
    “Vətəndaş Maarifləndirilməsi” İB sorğu keçirib
    Cari ilin iyun-iyul aylarında “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Bakı şəhəri və Bakı kəndlərində “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği” layihəsi çərçivəsində növbəti sorgusunu həyata keçirib. “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, bu layihə çərçivəsində respondentlərə adət-ənənələrin nə dərəcədə yaşadılmasının öyrənilməsi ilə bağlı bir neçə sual verilib. Ümumilikdə 500 nəfər arasında keçirilən rəy sorğusuna 280 nəfər qadın cəlb edilib ki, bu da ümumi respondentlərin 56%-ni təşkil edib. Sorguda iştirak edən 220 nəfər isə əks tərəfin cinsinə mənsub olub.
    29.07.10 Məqaləni oxumaq
     
    ETSN meşə yanğınları ilə bağlı açıqlama yayıb
    Şabran rayonu Xəlifələr, Düzbilici, Qorğan, Sumağa, Qazma və Pirəbədil kəndləri ərazisindəki torpaq mülkiyyətçiləri tərəfindən taxılı biçilmiş sahələrdə kövşənlər yandırılıb. Küləkli hava şəraiti yanğını şiddətləndirərək onun yayılma ərazisini genişləndirib və hətta sözügedən kəndlərin yanma təhlükəsi yaradıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən veriblər. Yanğin ETSN-nin yerli qurumlarının, Şabran rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyi Şabran rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşlarının, habelə yerli əhalinin səyləri nəticəsində söndürülüb, yanğının meşə fonduna keçməsinin qarşısı alınıb.
    29.07.10 Məqaləni oxumaq
     
    YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
    Azərbaycanda səfərdə olan YUNESKO-nun Baş direktoru xanım İrina Bokova bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
    29.07.10 Məqaləni oxumaq
     
    “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları “İSR-duz istehsalı” MMC-də araşdırma aparıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən veriblər. Müəyyən olunub ki, sexdə yodlaşdırılmış duz istehsalı üçün lazimi şərait olmadığı halda tədarük edilən duz emal olunaraq qablaşdırılır. Mövcud standartın tələbinə uyğun olaraq yodlaşdırılmış duz istehsalı zamanı duzun nəmliyi, suda həll olmayan qalığın kütlə payı və yodun miqdarı istehsalçı tərəfindən hər 7 saatdan bir təyin olunmalıdır. Lakin müəssisənin bu sınaqları aparmaq üçün laboratoriyası mövcud deyil və istehsal olunan duzun sınaqlarının aparılması üçün akkreditasiya olunmuş laboratoriya ilə bağlanmış müqavilə və sınaq protokolları yoxdur.
    29.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 143 144 145 146 147 148 149 150 151 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2025»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « İyul.2025
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031