|
Ölkənin 8 bələdiyyəsində layihə həyata keçiriləcək
|
“Yerli İdarəetməyə Yardım” İctimai Birliyi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə “Cənubi Qafqazda Yerli Özünü İdarəetməyə Dəstək” proqramı çərçivəsində imzalanmış qrant müqaviləsi əsasında “Azərbaycanın Qərb bölgəsi və Gürcüstanla sərhəd ərazilərdə bələdiyyələrin xidmət göstərmə imkanları və bələdiyyələr arasında əməkdaşlığın gücləndirilməsi” adlı layihənin icrasına başlayıb. “Yerli İdarəetməyə Yardım” İctimai Birliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, layihənin fəaliyyət müddəti 12 aydır. Layihə Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarından seçiləcək 8 bələdiyyədə həyata keçiriləcək.
|
13.09.10 Məqaləni oxumaq
|
|
|
Qarabağ İctimai Forumunun toplantısı keçirilib
|
Qarabağ İctimai Forumunun (QİF) rəhbəri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlunun rəhbərliyi ilə qurumun növbəti toplantısı keçirilib. BAMF-dən KƏLAMİNFO-ya verilən məlumata görə, toplantıda Qarabağ problemi ilə bağlı təbliğat işlərinin təkmil forma və metodlarının müəyyən edilməsində vətəndaş cəmiyyətinin rəyini öyrənmək üçün aparılan sorğunun ilkin nəticələri təhlil olunub.
Yekunlaşmaq üzrə olan sorğu ölkəmizdə fəaliyyət göstərən QHT-lər, vətəndaş cəmiyyəti institutları, müstəqil ekspertlər və ayrı-ayrı vətəndaşlar arasında aparılıb.
|
13.09.10 Məqaləni oxumaq
|
|
|
BAMM sədri: “Seçkiqabağı informasiya mübadiləsi güclüdür”
|
Əvvəlki illərdən fərqli olaraq hazırda Azərbaycanda mətbuatın seçkiqabağı informasiya mübadiləsi xeyli dərəcədə güclüdür. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Beynəlxalq Avrasiya Mətbuat Mərkəzinin (BAMM) sədri Umud Rəhimoğlu bildirib.
O, qeyd edib ki, seçki qabağı müxtəlif qəzetlərdə şərhlərin verilməsi, debatların təşkili və bütün bunların əvvəlki illərdən daha aktiv olması buna sübutdur. “Bununla yanaşı, mətbuatda jurnalist etikasına uyğun gəlməyən qeyri-obyektiv hallarda da rast gəlinir. Mən burada daha çox bir məqamı göstəmək istəyirəm.
|
13.09.10 Məqaləni oxumaq
|
|
|
“Qarabağ” bloku 100 dairədən namizəd irəli sürüb
|
“Qarabağ” bloku 100 dairədə namizəd irəli sürüb. Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadənin KƏLAMİNFO-ya verdiyi məlumata görə, partiyanın Ali Məclisi iki dəfə toplantı keçirib və sonda partiyanın namizədləri təsdiq olunub.
Seçki Məcəlləsinin tələblərinə görə, “Qarabağ” blokunda yer alan digər müttəfiq partiyalar da namizədlərini təsdiq etməlidir.
“Qarabağ” blokunun digər nümayəndəsi, ADP-nin sədri Sərdar Cəlaloğlu isə bildirib ki, blok həm MSK-ya, həm də ayrı-ayrı dairələrə lazım olan sənədləri hazırlayıb. “Biz həmin namizədlərə təqdim edəcəyik ki, dairələrə versinlər. Bundan sonra isə imza toplama kampaniyasına start veriləcək”,-deyə S.Cəlaloğlu əlavə edib.
|
13.09.10 Məqaləni oxumaq
|
|
|
“Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi” mövzusunda konfrans keçiriləcək
|
Noyabrın 8-də Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib.
A.Qəribov bildirib ki, üç gün davam edəcək beynəlxalq konfransda 100-ə yaxın məruzə dinləniləcək. Onun sözlərinə görə, ənənəvi olaraq hər il İnstitut tərəfindən təşkil olunan konfransda işgüzar müzakirələr aparılacaq. A.Qəribov konfransa dünyanın ayrı-ayrı ölkələrində çalışan azərbaycanlı alim və mütəxəssislərin də dəvət olunacaqlarını söyləyib.
Beynəlxalq tədbirdə Türkiyə, Rusiya, Avstriya və digər ölkələrin alimləri iştirak edəcəklər.
|
13.09.10 Məqaləni oxumaq
|
|
|
R.Van der Linden ümummilli liderin məzarını ziyarət edib
|
Azərbaycanda səfərdə olan Niderland Krallığı Senatının sədri Rene Van der Linden bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Sonra R.Van der Linden Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Niderland Krallığı Senatının sədrinə Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
R.Van der Linden Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
|
08.09.10 Məqaləni oxumaq
|
|
|
Yeni rabitə obyektləri əhalinin istifadəsinə verilir
|
Müqəddəs Ramazan bayramı münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələri yeni rabitə obyektlərini əhalinin istifadəsinə verir. RİTN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Aztelekom İstehsalat Birliyi tərəfindən bu günlərdə Astara rayonu Səncərədi kəndində, İmişli rayonu Aranlı və Məzrəli kəndlərində, Göyçayın Qaraxıdır kəndində 256/30 nömrə tutumlu yeni elektron tipli ATS quraşdırılaraq əhalinin istifadəsinə verilib.
|
08.09.10 Məqaləni oxumaq
|
|
|
Bütün cəbhə boyu döyüş gedir
|
Ermənilər dünən saat 21.30-dan 22.10-dək Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 20.40-dan 21.05-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.40-dan 21.05-dək Cəbrayıl rayonu Çaxırlı kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.10-dan 17.20-dək, 18.45-dən 19.00-dək, 21.55-dən 22.25-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.45-dən 19.00-dək, sentyabrın 8-də saat 00.30-dan 00.50-dək, və 05.20-dən 05.45-dək Ağdam rayonu Qaraqaşlı, Cəvahirli və Yusifcanlı, saat 00.20-dən 00.40-dək isə Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bu barədə məlumatı KƏLAMİNFO-a Müdafiə Nazirliyi mətbuat xidmətindən veriblər.
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
|
08.09.10 Məqaləni oxumaq
|
|
|
İ.Məmmədov: “Azərbaycanda internetin sürəti yüksək səviyyədədir”
|
Azərbaycanda internetin sürəti yüksək səviyyədədir. KƏLAMİNFO xəbər verir ki, bu barədə rabitə və informasiya texnalogiyaları nazirinin müavini İltimas Məmmədov jurnalistlərə müsahibəsində bildirb.
Onun sözlərinə görə, Azərbaycanda internetin sürəti MBD ölkələri arasında əhalinin sayına görə ən yüksək səviyyədədir. İ.Məmmədov bildirib ki, hazırda respublikamıza gələn intenetin sürəti o qədər yüksəkdir ki, qonşu dövlətlərin də bir neçəsi bundan istifadə edir.
İ.Məmmədov Azərbaycanda internetin sürətinin 10 GB-dan yuxarı olduğunu söyləyib. “Hazırda bunun 12-14 GB çatdırılması üçün iş aparılır. Bu sürət nəyinki ölkəmizdə əhalinin rahat internetdən istifadə etməsinə, hətta qonşu dövlətlərin də bundan yüksək səviyyədə yararlanmasına şərait yaradacaq”,-deyə nazir müavini əlavə edib.
|
08.09.10 Məqaləni oxumaq
|
|
|
MTN rəsmisi: “Kibercinayətkarlıq hallarının artması müşahidə olunur”
|
Son illər Azərbaycanda kibercinayətkarlıq hallarının artma tendensiyası müşahidə olunur. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə “Kibertəhlükəsizliyə hərtərəfli yanaşma” mövzusunda keçirilən seminarda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı Kərim Kərimov söyləyib.
K.Kərimov bildirib ki, nəzarətdən kənar, qanunsuz rabitə kanallarının təşkil edilməsi, kompyüter şəbəkələri vasitəsilə informasiyaların məhvi, təcrid olunması, dezinformasiyaların verilməsi, ideoloji təbliğatın aparılması, pozuculuq mahiyyətli məlumatların verilməsi, bank-maliyyə fırıldaqları, terror barədə bilərəkdən yalan məlumatların verilməsi halları da davam edir. O, bank-maliyyə fırıldaqları ilə üzləşən bəzi zərərçəkmiş şəxslərin bununla bağlı məlumat verməkdən çəkindiklərini də söyləyib və qeyd edib ki, bu da cinayətkarların daha da fəallaşmasına imkan yaradır.
|
07.09.10 Məqaləni oxumaq
|
|
|
|
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
Arxiv
|
|
«
| İyul.2025 | | Ďí. | Âň. | Ńđ. | ×ň. | Ďň. | Ńá. | Âń. | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | | | |
|
|