Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 76 77 78 79 80 81 82 83 84 » #
    Bu gün məktəblərdə “Son zəng” tədbiri keçirilir
    Bu gün Azərbaycanın ümumtəhsil müəssisələrində saat 10:00-dan başlayaraq üç saat müddətində “Son zəng” tədbiri keçirilir. KƏLAMİNFO xəbər verir ki, təhsil naziri Misir Mərdanovun  “Ümumtəhsil məktəblərində “Son zəng” tədbirinin keçirilməsi haqqında” əmrinə əsasən tədbir yalnız ümumtəhsil müəssisələrinin ərazisində keçiriləcək. 
    Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulub. Eyni zamanda əmrdə  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Gəncə şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi  məqsədilə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.
    01.06.10 Məqaləni oxumaq
     
    Ölkə üzrə 109287 abituriyent qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizə doldurub
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə sənəd qəbulu ilə bağlı həftəlik mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda M.Abbaszadə sənəd qəbulunun hazırkı vəziyyəti ilə bağlı məlumat verib. M.Abbaszadənin sözlərinə görə, hazırda sənəd verən abituriyentlərin sayı ötən illə müqayisədə daha intensiv xarakter daşıyır. “Ümumlikdə 109287 abituriyent qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizə doldurub. Bunlardan 97100 nəfər Azərbaycan bölməsi, 12187 nəfər Rus bölməsidir. Ərizə dolduranlardan isə, 103046 nəfər ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirib. Bunlardan da 91263 nəfər Azərbaycan bölməsi, 11783 nəfər isə Rus bölməsinin abituriyentləridir. Xatırladaq ki, sənədlərin qəbulu mayın 31-dək davam edəcək. Sabahkı bayram günü istisna olmaqla abituriyentlər bütün SQK-da ərizələrini mayın 29, 30 və 31 günü təsdiq elətdirə bilərlər”,-deyə TQDK sədri açıqlayıb.
    28.05.10 Məqaləni oxumaq
     
    TQDK-nın keçirdiyi Pretest imtahanlarında 32242 şagird iştirak edib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari ilin aprel-may ayları üçün bir sıra bölgələrdə keçirdiyi Pretest imtahanlarını artıq başa çatdırıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə bildirib. O, qeyd edib ki, bu imtahanlar respublikanın Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəmkir, Göygöl, Tovuz, Qazax, Ağstafa, Göyçay, Şirvan, Şəki, Qəbələ, Qax, Oğuz, İsmayıllı, Şabran, Siyəzən, Lənkəran, Masallı, Cəlilabad, Salyan, Neftçala, Quba və Naxçıvan MR-nın orta məktəblərinin XI sinif şagirdləri arasında aparılıb. “İmtahanlar riyaziyyat və Azərbaycan dili fənləri üzrə keçirilib. Pretest imtahanlarının keçirilməsində məsqsəd TQDK-nın Testlər blnakına daxil olan tapşırıqların keyfiyyət xarakteristkalarını həmin sinif şagirdləri arasında təkmilləşdirmək idi. Nəticə etibarı ilə ümumilikdə 32242 nəfər şagird imtahanlarda iştirak edib. Bunlardan 15302 nəfəri riyaziyyat fənni üzrə, 16940 nəfəri isə, Azərbaycan dili üzrə iştirak edib”,-deyə TQDK sədri vurğulayıb.
    27.05.10 Məqaləni oxumaq
     
    XIV Respublika fənn olimpiadasının yekun turu keçirildi
    Bu gün Azərbaycan Texniki Universitetində Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının yekunu, XV-nin isə açılış turu keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən təhsil nazirinin müavini İradə Hüseynova qeyd etdi ki, ölkəmiz müstəqillik əldə edəndən bu günə qədər 15 olimpiada keçirilib. Ötən il keçirilən XIV olimpiadada 28 ali məktəbdən 544 tələbənin vəsiqə qazandığını xatırladan İ.Hüseynova bildirdi ki, XV fənn olimpiadasının yekun turunda 34 ali məktəbdən 630 tələbə iştirak edəcək. Onun sözlərinə görə, ötən il keçirilən XIV fənn olimpiadasında müxtəlif fənlər üzrə 11 nəfər 1-ci, 22-i 2-ci, 33 nəfəri isə 3-cü yerin qalibi olub. Bundan əlavə 30 nəfər həvəsləndirici mükafatlar qazanıb.
    27.05.10 Məqaləni oxumaq
     
    TQDK rus bölməsi abituriyentləri üçün imtahanın nəticələrini açıqlayıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari il mayın 23-də “Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
    TQDK imtahan nəticələrini təhlil edərək “Azərbaycan dili” imtahanında 12 və daha çox bal toplayan abituriyentlərin “məqbul”la qiymətləndirilməsi barədə qərar qəbul edib. İmtahanda iştirak etmək hüququ olan 11042 abituriyentdən 214 nəfəri imtahana gəlməyib. Abituriyentlərdən 9324 nəfəri qeyd olunan olunan müsabiqə şərtini ödəyib və “məqbul” qiyməti alıblar. İmtahan qaydalarını pozduğuna görə 6 nəfər imtahandan xaric edilib və nəticələri ləğv olunub.
    26.05.10 Məqaləni oxumaq
     
    “İntellekt” İB region əhalisinin məktəbəqədər təhsil imkanlarını araşdırıb
    “İntellekt” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Region əhalisinin sosial-iqtisadi problemlərinin öyrənilməsi və həllinin dəstəklənməsi” layihəsinin icrası çərçivəsində məktəbəqədər təhsil imkanlarını araşdırıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İntellekt” İctimai Birliyindən veriblər.
    Araşdırma zamanı məlum olub ki, hazırda respublika üzrə 103.617 uşağı əhatə edən 1612 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
    25.05.10 Məqaləni oxumaq
     
    Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turu keçiriləcək
    Sabah Azərbaycan Texniki Universitetində Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turu keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər.
    Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadası qalibləri və onları hazırlaşdıran müəllimlərin mükafatlandırılması da nəzərdə tutulub.
    25.05.10 Məqaləni oxumaq
     
    TQDK nəşr etdiyi vəsaitlərin elektron satışına başlayıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) nəşr etdiyi “Abituriyent” jurnallarını, metodiki vəsaitləri qurumun internet saytındakı “TQDK-nın nəşrlərinin satışı sistemi”ndən əldə etmək olar. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs Komissiyanın internet saytında yaradılmış http://tqdk.gov.az/ejurnal bölməsinə daxil olaraq əldə etmək istədiyi vəsaiti seçir və onun hesabından vəsaitin qiymətinə uyğun məbləğ ödənir.
    25.05.10 Məqaləni oxumaq
     
    “Sənətşünaslıq və fəlsəfə: fənlərarası metodologiya” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
    Mayın 25-26-da AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun, Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə “Sənətşünaslıq və fəlsəfə: fənlərarası metodologiya” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, konfransda Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan, Misir və digər ölkələrin alimləri mövzu ilə bağlı fikir mübadiləsi aparacaqlar. Beynəlxalq konfransda “Etika və estetika ümumi əsaslar axtarışında”, “Türkoloji sənətşünaslıq və ənənəçilik fəlsəfəsi”, “Nastolgiya və proqnoz – Qazaxıstan rəngkarlığında milli identiklik təzahürlərinin iki istiqaməti kimi”, “Mədəniyyət sahəsində müqayisə metodu: sistemli informasiya yanaşması”, “Türkmənistan xalq arxitekturasında bədii ənənələr” və digər mövzularda məruzələr dinləniləcək.
    22.05.10 Məqaləni oxumaq
     
    “Dinşünaslıq” ixtisası üzrə tələbə qəbulu elan olunub
    Bakı İslam Universitetinə 2010/2011-ci tədris ili üçün “Dinşünaslıq” ixtisası üzrə tələbə qəbulu elan olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra cari il mayın 31-dək Bakı İslam Universitetində təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün şəxsiyyəti təsdiq edən sənədin əslini, sağlamlıq haqqında arayış, 4 ədəd 3x4 ölçüdə fotoşəkil və təsdiq olunmuş elektron ərizənin surəti tələb olunur.
    22.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 76 77 78 79 80 81 82 83 84 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2025»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « İyul.2025
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031