Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 95 96 97 98 99 100 101 102 103 » #
    Millət vəkili: Böyük Millət Məclisində Azərbaycanlı qardaşlarımızı incidəcək bir qərarın çıxacağına inanmıram
    “Nə indi nə də gələcək z Böyük Millət Məclisində Azərbaycanlı qardaşlarımızı incidəcək hər hansı bir qərarın çıxacağına inanmıram amanda Ermənistanla Türkiyə arasında imzalanmış Sürix protokolunun yenidən ratifikasiya üçün Türkiyə Böyük Millət Məclisinin gündəliyinə çıxacağı mümkün deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan TBMM üzvü Məhərrəm İncə bildirib. O, qeyd edib ki, son vaxtlar bu məsələ ABŞ tərəfindən yenidən gündəmə gətirilsə də TBMM bunu heç vaxt müzakirə etməyəcək. “Türkiyə Böyük Millət Məclisində Azərbaycanlı qardaşlarımızı incidəcək hər hansı bir qərarın çıxacağına inanmıram. Bunu qəti şəkildə bildirirəm”,-deyə o, vurğulayıb.
    03.11.11 Məqaləni oxumaq
     
    Bakıda TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 1-ci iclası keçiriləcək
    Noyabrın 3-ü və 4-ü tarixlərində Bakıda TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 1-ci iclası keçiriləcək. TÜRKPA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Milli Məclisdə keçiriləcək iclasda “TÜRKPA beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri” müzakirəyə çıxarılacaq. Beynəlxalq Əlaqələr Komissiyasının sədri Əhliman Əmiraslanovun, Qazaxıstan, Türkiyə və Qırğızıstandan iştirak edəcək komissiya üzvlərinin məruzələri və çıxışları dinlənəcək, fikir mübadiləsi aparılacaq.
    03.11.11 Məqaləni oxumaq
     
    ATƏT-in baş katibi: “Türkiyə Qarabağ münaqişəsində əhəmiyyətli rol oynaya bilər”
    «Türkiyə Qarabağ münaqişəsinin nizamlanması məsələsində əhəmiyyətli rol oynaya bilər». «KƏLAMİNFO»nun məlumatına görə, bu sözləri «Today's Zaman»a ATƏT-in baş katibi Lamberto Zannier bildirib. Onun sözlərinə görə, Türkiyənin rəsmi səviyyədə bu prosesə cəlb edilməsinə zərurət yoxdur. «Mən danışıqlar prosesində formal roldan danışmıram. Lakin münaqişə tərəflərinin qonşusu olan Türkiyə bu münaqişəyə cəlb edilib» - deyə baş katib vurğulayıb. Zannier istənilən münaqişənin dialoq yolu ilə həllinin vacibliyini deyib: «Mənim şəxsi fikrim budur ki, Türkiyə tərəflər arasında dialoqun inkişaf etdirilməsini yaratmalıdır. Mən demirəm ki, bizdə monopoliyadır, lakin niyə bu, ATƏT formatında olmamalıdır. Bu, təhlükəsizliklə məşğul olan regional təşkilatdır. Belə bir fikir səslənir ki, Qarabağ münaqişəsi digər formata keçirilməlidir.
    03.11.11 Məqaləni oxumaq
     
    Argentinalı nazir: Argentina Azərbaycanla əməkdaşlığın gücləndirilməsində maraqlıdır
    Tezliklə Argentinanın Azərbaycanda səfirliyi açılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranao bildirib. O qeyd edib ki, Argentina Azərbaycanla əməkdaşlığa yeni başlayıb və bunun gücləndirilməsində maraqlıdır. O, Argentinada erməni lobbisinin güclənməsinin Azərbaycanla münasibətlərə təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib ki, ölkəsində ermənilərin say çoxluğuna baxmayaraq bunun Bakı ilə münasibətlərə heç bir təsiri olmayacaq. “Əksinə getdikcə Azərbaycan- Argentina münasibətləri güclənərək yeni mərəhələyə qədəm qoyur. Biz Bakı ilə əməkdaşlığın gücləndirilməsində çox maraqlıyıq”-deyə, o, əlavə edib.
    02.11.11 Məqaləni oxumaq
     
    Prezident Dənizkənarı Milli Parkda yenidənqurma işlərinin gedişi ilə tanış olub
    Prezident İlham Əliyev bu gün Dənizkənarı Milli Parkda “Kiçik Venesiya şəhərciyi” adlanan ərazidə həyata keçirilən əsaslı yenidənqurma və bərpa işlərinin gedişi ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, şəhərciyin yenidənqurmadan sonrakı görüntülərini əks etdirən stendlərlə tanış olan dövlət başçısına məlumat verilib ki, ümumi sahəsi 9740 kvadratmetr olan ərazidə tikinti işlərinə bu ilin iyununda başlanıb. Ümumi uzunluğu 1350, dərinliyi isə 1,3 metr olan kanalın doldurulması üçün 7 min kubmetr su sərf olunacaq. Altı körpü və bir tunelin də inşa olunacağı şəhərciyin ərazisində müasir işıqlandırma sistemi quraşdırılacaq, yaşıllıq zolağı salınacaq. Prezident İlham Əliyevə parkın ərazisində inşa edilən “Şərq” və “İtaliya” restoranlarının binalarında tikinti işlərinin gedişi barədə də məlumat verilib.
    02.11.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Dövlət Mahnı Teatrının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
    Prezident İlham Əliyev bu gün Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısına məlumat verilib ki, teatrın binasında bərpa və yenidənqurma işlərinə 2010-cu ilin sentyabrından başlanıb. Ötən müddətdə binanın fasadı, foyesi əsaslı təmir olunub, qapı-pəncərələr, oturacaqlar yenilənib, xidməti otaqlar, zal, səhnə yenidən qurulub. Teatrın işıq qurğuları İtaliya, səs avadanlığı isə ABŞ istehsalıdır. Burada ən müasir havalandırma sistemi qurulub. Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə dünya şöhrətli korifey sənətkarımız Rəşid Behbudovun təşəbbüsü ilə yaradılıb. Teatrın kollektivi 1988-ci ildən indiki binada fəaliyyət göstərir. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
    01.11.11 Məqaləni oxumaq
     
    Prezident Respublika Uşaq Klinik Xəstəxanasının əsaslı təmirdən sonra açılışında iştirak edib
    Prezident İlham Əliyev bu gün Respublika Uşaq Klinik Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, xəstəxananın foyesində ümummilli lider Heydər Əliyevin, prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotoguşə yaradılıb. Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına xəstəxanada görülmüş işlər barədə məlumat verib. Bildirib ki, xəstəxanada yenidənqurma işlərinə 2010-cu ilin iyunundan başlanıb. Binada yüksək səviyyədə təmir-bərpa işləri görülüb. Müasir avadanlıqla təchiz edilmiş 100 çarpayılıq bu müalicə müəssisəsində xəstələrə 80-ni həkim olmaqla 200-dən çox tibbi heyət xidmət göstərəcək. Prezident İlham Əliyev xəstəxananın şöbələrində və palatalarında yaradılmış şəraitlə tanış olub. Görülmüş işlərdən razılığını bildirən Azərbaycan Prezidenti tapşırıq və tövsiyələrini verib.
    01.11.11 Məqaləni oxumaq
     
    Azərbaycan nümayəndə heyəti Mərakeşdə BMT-nin Korrupsiyaya qarşı sessiyasında iştirak edib
    Mərakeş Krallığının Mərrakeş şəhərində BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının 4-cü sessiyası keçirilib. Konfransda Konvensiyaya tərəf 154 dövləti, həmçinin müşahidəçi statusuna malik dövlətlər, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatlarını təmsil edən 1600-dən çox nümayəndə iştirak edib. Baş Prokurorluqdan “KƏLAMİNFO”ya verilən məlumata görə, sessiyada Azərbaycanı Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, baş prokurorun müavini Namiq Əsgərov, Azərbaycanın Mərakeş Krallığındakı səfiri Sabir Ağabəyov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev təmsil ediblər.
    01.11.11 Məqaləni oxumaq
     
    Musa Qasımlı: “Prezidentlərin razılaşdıra bilmədiyi məsələləri dini liderlərin razılaşdırması inandırıcı deyil”
    “Qarabağ münaqişəsi yaranandan bəri Azərbaycanın və Ermənistanın dini rəhbərləri dəfələrlə görüşüblər. Bu görüşlər münaqişənin həllində hansısa irəliləyişlərə gətirməsə də, müəyyən faydası olub”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində millət vəkili, ekspert Musa Qasımlı bildirib.
    01.11.11 Məqaləni oxumaq
     
    Rasim Musabəyov: “Minsk qrupunun fəaliyyəti ikinci plana keçmir”
    “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü o demək deyil ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT Minsk qrupunun fəaliyyəti ikinci plana keçir. Həmsədr ölkələrin üçü də həmin şuranın daimi üzvləridir və bizim üzvlükdən sonra onlar daha aktiv olmağa məcbur olacaqlar”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində politoloq, millət vəkili Rasim Musabəyov bildirib. O qeyd edib ki, burada bəzi ekspertlərin dediyi kimi Minsk qrupunun hansısa ikinci plana keçməsindən danışmaq olmaz. “Ümumiyyətlə, indi bu hadisədən sonra Azərbaycanın guya bu şurada istədiyi məsələni qoya biləcəyini və istədiyinə nail olacağını gözləmək sadəlövh bir yanaşma olar. Bu şurada 5 daimi üzvün iradəsindən kənar heç bir qərar qəbul olunmayıb və fərz edirəm ki, qəbul olunası da deyil. Ancaq təbii ki, Azərbaycanın böyük siyasətin həll olunduğu yerdə təmsil olunması ona əlavə imkanlar verir. Kimsə burada hansısa istəyini keçirmək istəyirsə, o zaman onlar məcburdurlar Təhlükəsizlik Şurasının ABŞ, Fransa, Rusiya və digər üzvlərinə müraciət etsinlər.
    01.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 95 96 97 98 99 100 101 102 103 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2025»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « İyul.2025
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031