|
Səhifələr : # « 78 79 80 81 82 83 84 85 86 » #
Proxorov Putinin prezidentliyə dövründə baş nazir olmağa razıdır
|
Biznesmen, Rusiya prezidentliyinə namizəd Mixail Proxorov baş nazir Vladimir Putin prezident seçkilərində qalib gələcəyi təqdirdə hökumətə başçılıq etməyə razılıq verib. Lakin o, bunun üçün bir şərt irəli sürüb. «Seçkiqabağı proqramımı reallaşdırmaq imkanı veriləcəyi təqdirdə buna gedəcəm. Əgər mənim dəyişikliklərə səbəb olacaq seçki proqramım qəbul olunarsa, bu qərarı qəbul edərəm». «KƏLAMİNFO» xəbər verir ki, bunu prezidentliyə namizəd «Exo Moskva»ya müsahibəsində deyib. Proxorov Putinin proqramını «stabilləşmə modeli» kimi xarakterizə edib. Yanvarın 19-dan isə özünün seçkiqabağı proqramını dərc etməyə başlayacağını bildirib.
|
18.01.12 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev: Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz
|
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əfsuslar olsun ki, 2011-ci ildə heç bir nəticə olmayıb. Bunun yeganə və başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir, danışıqlarda qeyri-səmimi davranışıdır. Faktiki olaraq danışıqların pozulmasına, yaxud da ki, dondurulmasına Ermənistan tərəfi çox çalışıb. Danışıqlar əlbəttə ki, iki tərəfin iştirakını tələb edir. Bir tərəf əgər danışıqlardan bu və ya digər formada boyun qaçırmaq istəyirsə, digər tərəfin imkanları da məhdudlaşır. Ancaq deyə bilərəm ki, 2011-ci ildə danışıqlar prosesində, bu məsələyə dair beynəlxalq qüvvələrin münasibətində müsbət hallar olub. Biz bunu inkar edə bilmərik. Deyə bilərəm ki, onlardan ən önəmlisi odur ki, üç həmsədr ölkə status-kvonun qəbuledilməz olduğunu bəyan edib. Bu, birinci bəyanatdır, yəni bundan əvvəlki illərdə belə bəyanatlar verilmirdi.
|
18.01.12 Məqaləni oxumaq
|
|
|
Sergey Lavrov MDB-yə üzv dövlətlərin səfirləri ilə görüşüb
|
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun MDB-yə üzv dövlətlərin səfirləri ilə işçi səhər yeməyi formatında görüşü keçirilib. “KƏLAMİNFO” Rusiya XİN-in rəsmi saytına istinadən xəbər verir ki, qeyri-formal şəraitdə keçən görüş zamanı MDB məkanında əməkdaşlığın aktual məsələləri, Birliyin fəaliyyətinin yekunu, AvraAzES, Gömrük İttifaqı və KTMT və inkişafın gələcək perspektivləri müzakirə edilib.
|
18.01.12 Məqaləni oxumaq
|
|
|
“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” BMT-də müzakirəyə təqdim oluna bilər
|
“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM məkanında həlli uzanan münaqişələr” adlı qətnamə layihələri gələn ay BMT-nin Baş Məclisinin 66-cı sessiyası çərçivəsində müzakirəyə təqdim oluna bilər. “KƏLAMİNFO” BMT-nin İnformasiya Mərkəzinə istinadla xəbər verir ki, gündəlikdə 35-ci və 39-cu yerlərdə duran “GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri” və “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” qətnamə layihələri Azərbaycan və GUAM tərəfindən təklif olunub. Müzakirələr 2011-ci il dekabrın 12-nə təyin olunsa da, sonradan başqa tarixə təxirə salınıb.
|
17.01.12 Məqaləni oxumaq
|
|
|
İraq parlamentinin komitə sədri: “Qapılarımız Azərbaycanlı iş adamlarının üzünə daima açıqdır”
|
“Biz Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirik”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Bakıda səfərdə olan İraq parlamentinin xarici əlaqələr komitəsinin sədri Hammam əl Hamidu bildirib.
O qeyd edib ki, Azərbaycanın yaşadığı problemlərdən dolayı İraq daima Azərbaycanın yanındadır. Bu yaxınlarda Kərbəlaya səfər edən Azərbaycanlı zəvvarların səfərinə toxunan əl Hamidu bildirib ki, ildən-ilə İraqdakı müqəddəs yerlərə ziyarət edən Azərbaycanlı zəvvarlarıın sayının artması onları sevindirir. O bildirib ki, İraq Azərbaycandan bu kimi səfərlərin daha da çox olmasını arzulayır. “Bakıya səfərimizin əsas məqsədlərindən biri iki ölkə arasındakı əməkdaşlığı daha da gücləndirmək, rəsmi və ya qeyri-rəsmi əlaqələrin daha da güclənməsinə xidmət edir.
|
17.01.12 Məqaləni oxumaq
|
|
|
Vəfa Quluzadə: “Azərbaycanı ötən sərin 80-90-cı illəri ilə müqayisə etmək olmaz”
|
“İstənilən halda mən Azərbaycanı ərəb ölkələri səviyyəsində hesab etmirəm, bizi onlarla müqayisə eləmək yersizdir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib.
Politoloq deyib ki, ərəb ölkələrində baş verən proseslərin bənzəri müəyyən hallarda Rusiya və Qazaxıstanı çıxmaq şərti ilə keçmiş sovet məkanında baş vermir. “Qazaxıstanda cüzi oldu və hələ də məlum olmadı bu nədir. Yəni ərəb inqilablarına oxşar proseslərin başlanğıcıdır, yoxsa fəhlələrin maaşları ödənincə bitəsi olan təsadüfi bir haldır. Nəticəsi də olmadı. Ona görə bizim region haqqında bu kimi fikir yürüdənlər yanılırlar”,-deyə V.Quluzadə vurğulayıb.
Politoloq deyib ki, Azərbaycanı ötən əsrin 80-90-cı illəri ilə müqayisə etmək olmaz. “Artıq ölkədə kütləvi şəkildə çoxpartiyalılıq var, müxalif qəzetlər çıxır, xalqın açıq rəy söyləmək imkanı var. Yəni inkişaf var və bunu heç vaxt inkar etmək olmaz. Amma çalışmalıyıq ki, bu inkişaf gətirib bizi çiçəklənən Avropa ölkəsinə çevirsin. Vulqar iğtişaşlar bizim cəmiyyətə xas deyil”,-deyə o, əlavə edib.
|
17.01.12 Məqaləni oxumaq
|
|
|
ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək
|
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 17-də Azərbaycanın Xocavənd rayonunun Kuropatkino kəndinin şimal-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Praroy, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas keçirəcəklər.
|
17.01.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü barədə razılıq var
|
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünün keçirilməsi barədə razılıq var. “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib. Onun sözlərinə görə, tərəflər öz qrafiklərini razılaşdırdıqdan sonra görüşün vaxtı və yeri müəyyən olunacaq. Nazir onu da deyib ki, belə formatda görüşlər davam edəcək.
Xatırladaq ki, Rusiya KİV-i üç ölkə prezidentinin yanvarın 23-24-də Soçidə baş tutacağı barədə məlumat yaymışdı.
|
16.01.12 Məqaləni oxumaq
|
|
|
Prezident Koreya Respublikası Milli Assambleyasının sədrini qəbul edib
|
Prezident İlham Əliyev bu gün Koreya Respublikası Milli Assambleyasının sədri Pak Hi Tenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Əlaqələrimizin siyasi sahədə yüksək səviyyədə olduğunu qeyd edən prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığımızın yaxşı nəticələr verdiyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin sürətlə artdığını deyib. Son illər Koreya şirkətlərinin Azərbaycan üçün vacib olan layihələrdə iştirakından məmnunluğunu bildirən dövlət başçısı bu əməkdaşlığın daha da genişləndirilməsində ölkəmizin maraqlı olduğunu deyib.
İkitərəfli münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin önəmini qeyd edən prezident İlham Əliyev Koreya Respublikasının Milli Assambleyasının sədri Pak Hi Tenin ölkəmizə səfərinin uğurlu olacağına və səfər zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı səmərəli danışıqların və müzakirələrin aparılacağına əminliyini bildirib.
|
14.01.12 Məqaləni oxumaq
|
|
|
Əhməd Davudoğlu Naxçıvana səfər edəcək
|
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin yanvarın 17-də keçiriləcək üçtərəfli toplantısında iştirak etmək üçün Naxçıvana səfər edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bununla bağlı jurnalistlərə məlumat verən Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Səlçuk Ünal bildirib ki, toplantıda üç qonşu ölkə arasında əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.
|
14.01.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 78 79 80 81 82 83 84 85 86 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
Arxiv
|
|
«
| İyul.2025 | | Ďí. | Âň. | Ńđ. | ×ň. | Ďň. | Ńá. | Âń. | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | | | |
|
|