Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 46 47 48 49 50 51 52 53 54 » #
    Vladimir Çernov: “Rusiya və Azərbaycan arasında ikitərəfli əlaqələr intensiv inkişaf edir”
    “Bu gün Rusiya və Azərbaycan arasında ikitərəfli əlaqələr intensiv inkişaf edir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda Rusiya-Azərbaycan Regionlararası Forumda çıxış edən Rusiya Prezident Aparatının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarə rəisi Vladimir Çernov bildirib. O qeyd edib ki, iki ölkə arasındakı bu münasibətlərə geniş müqavilə-hüquq bazası və fəal iqtisadi əməkdaşlıq sübutdur. V.Çernov Rusiya ilə Azərbaycan arasında 2011-ci ildə ticarət dövriyyəsinin 3 milyard dollara yaxın olduğunu xatırladaraq deyib ki, bu, hələ son hədd deyil. “Bizim qarşılıqlı olaraq daha yüksək hədəflərimiz var” - deyə o əlavə edib.
    28.06.12 Məqaləni oxumaq
     
    Azərbaycanla Rusiya arasında sənədlər imzalanıb
    Bakıda keçirilən Rusiya-Azərbaycan Regionlararası III Forumu çərçivəsində sənədlər imzalanıb. “KƏLAMİNFO” xəbər verir ki, sənədləri hər iki tərəfdən müvafiq məsul şəxslər imzalayıb. Sənədlər arasında Azərbaycan Dövlət İqtisad Universiteti ilə Sankt-Peterburq Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq haqqında sazişi rektorlar Şəmsəddin Hacıyev və İqor Maksimçev imzalayıblar. Bundan başqa, Krasnodar vilayətində “Mətanət-A” zavodunun tikintisinə dair investisiya sazişinin reallaşdırılması çərçivəsində “Aqasa” şirkətinin Krasnodar vilayəti ərazisində rəsmi diler səlahiyyətlərinin müəyyənləşməsinə dair saziş imzalanıb. Sazişi “Mətanət-A” şirkətinin baş direktoru Elxan Bəşirov və “Aqasa” şirkətinin direktoru Georgi Aqafonov imzalayıblar.
    28.06.12 Məqaləni oxumaq
     
    Qüdrət Qurbanov: “Xəzər dənizində Azərbaycanın sualtı sərhədlərinin pozulması qeyri-mümkündür”
    “Xəzər dənizində Azərbaycanın sualtı sərhədlərinin pozulması qeyri-mümkündür”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov bildirib. O qeyd edib ki, İran mətbuatında onların sualtı qayıqlarının Xəzər sularında üzməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. “Xəzər sularında hər hansı bir ölkənin razılaşdırılmamış sualtı qayıqları ola bilməz, bu cəfəngiyatdır” - deyə o əlavə edib.
    28.06.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Rusiya ilə Azərbaycan arasındakı əlaqələr hər iki xalqın maraqlarına cavab verir”
    “Bakıda keçirilən Rusiya-Azərbaycan III Regionlararası Forumun məqsədi iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin regional aspektlərini müzakirə etmək və bu sahədə mövcud vəziyyəti dəyərləndirmək, gələcək prioritet istiqamətləri müəyyən etməkdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, Rusiya Azərbaycan üçün strateji tərəfdaş ölkədir. “Rusiya postsovet məkanının ən böyük ölkəsidir və Azərbaycanın bu ölkə ilə münasibətlərinin mühüm əhəmiyyəti var. Rusiya ilə Azərbaycan arasındakı əlaqələr həm rus, həm də Azərbaycan xalqının maraqlarına cavab verir.
    28.06.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov: Parisdə münaqişə tərəflərinə yeni təkliflər irəli sürülməyib
    Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri, habelə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri arasında keçirilən görüşdə münaqişə tərəflərinə yeni təkliflər irəli sürülməyib. “KƏLAMİNFO” xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov portuqaliyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib. "Biz danışıqlar prosesini davam etdirəcəyik, lakin böyük sülh sazişinin yekun variantı üzərində işə başlamaq istərdik"-deyə E.Məmmədyarov vurğulayıb. E.Məmmədyarovun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun ortalarında münaqişə tərəfləri ilə danışıqları davam etdirmək üçün regiona səfər edəcəklər.
    28.06.12 Məqaləni oxumaq
     
    Fərhad Məmmədov: “Ermənistan işğalçılıq siyasəti nəticəsində bu vəziyyətə düşüb”
    Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM),“Caucasus International” və “Turkish Policy Quarterly” jurnallarının birgə təşkil etdiyi “Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri” mövzusunda beynəlxalq konfrans keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, konfransda Gürcüstan, Ermənistan, Türkiyə və digər dövlətləri təmsil edən ekspertlər iştirak edir. SAM-ın direktoru Fərhad Məmmədov deyib ki, Cənubi Qafqazda Azərbaycan və Gürcüstan uğurla inkişaf edir. Onların gələcəyə baxışlarını formalaşdırmaq üçün resursları, imkanları var.
    28.06.12 Məqaləni oxumaq
     
    Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü Brüsseldə qeyd edilib
    Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümünün qeyd edilməsi məqsədilə Azərbaycanın NATO yanında Nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi və Belçikadakı səfirliyimiz birgə Brüssel şəhərində rəsmi qəbul keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycanın NATO yanında nümayəndəliyindən veriblər. Tədbirdə dövlətlərin Belçika Krallığı və NATO-dakı səfirləri, bu ölkəyə, NATO və Avropa İttifaqına akkreditə olunmuş diplomatik korpusun digər üzvləri, NATO-nun Beynəlxalq Katibliyi, Hərbi Komitəsi və Beynəlxalq Hərbi Qərargahının nümayəndələri, NATO-nun Hərbi Komitəsinə akkreditə olunmuş ölkələrin Hərbi Nümayəndələri, NATO-nun bir sıra digər komitələrinin üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının hərbi rəsmiləri, Belçika Krallığına akkreditə olunmuş Hərbi Attaşelər və Azərbaycan diasporasının nümayəndələri iştirak edib.
    28.06.12 Məqaləni oxumaq
     
    ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək
    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 28-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəmli kəndinin 2,5 km şərq istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçi Uilyam Prayor və səhra köməkçisi Jiri Aberle, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçirəcəklər.
    28.06.12 Məqaləni oxumaq
     
    Elnur Aslanov: “Yeganə yol odur ki, Ermənistan tutduğu qeyri-konstruktiv mövqedən çəkilsin”
    “İndiki halda Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə yol odur ki, Ermənistan tutduğu qeyri-konstruktiv mövqedən çəkilsin”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov bildirib. O qeyd edib ki, Ermənistanın siyasəti masa arxasından qaçmağa deyil, bölgədə sülhün və sabitliyin yaranmasına istiqamətlənməlidir. “Nə qədər ki, Ermənistan və Ermənistan rəhbərliyi öz xalqının gələcəyi, bu ölkədə yaşayan sadə insanların iqtisadi tərəqqisi naminə bölgədə sülhün və sabitliyin yaranmasında maraqlı olmayacaq, o zamana qədər bu ölkə rəhbərliyi ilə danışıq aparmaq çox çətin olacaq” - deyə PA rəsmisi vurğulayıb.
    27.06.12 Məqaləni oxumaq
     
    Portuqaliyanın xarici işlər naziri Azərbaycanda rəsmi səfərdədir
    Portuqaliyanın dövlət naziri və xarici işlər naziri Paulo Sakadura Kabral Portas Azərbaycanda rəsmi səfərdədir. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı Paulo Sakadura Kabral Portasın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, həmçinin, xarici işlər naziri Elmar Məmmədyarovla, iqtisadi inkişaf naziri Şahin Mustafayevlə, nəqliyyat naziri Ziya Məmmədovla, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla və Dövlət Neft Şirkətinin Vitse-Prezidenti Elşad Nəsirovla görüşləri nəzərdə tutulur. İyulun 28-də isə Paulo Sakadura Kabral Portas Xarici İşlər Nazirliyində səfərin yekunlarına dair mətbuat konfransı keçirəcək.
    27.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 46 47 48 49 50 51 52 53 54 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2025»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « İyul.2025
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031