Prezident Çili-Azərbaycan dostluq qrupunun rəhbərini qəbul edib
|
Prezident İlham Əliyev bu gün Çilinin Deputatlar Palatasının yoxsulluqla mübarizə, planlaşdırma və sosial inkişaf daimi komissiyasının sədri, Çili-Azərbaycan dostluq qrupunun rəhbəri Enrike Akkorsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Çili Deputatlar Palatasının komissiya sədri, Çili-Azərbaycan dostluq qrupunun rəhbəri Enrike Akkorsinin başçılıq etdiyi nümayəndə heyətinin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd edib. Səfərin ikitərəfli münasibətlərimizin inkişafı baxımından əhəmiyyətini vurğulayan prezident İlham Əliyev əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. Dövlət başçısı parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafındakı rolunu vurğulayıb.
|
06.10.12 Məqaləni oxumaq
|
|
|
Avropa Parlamentinin üzvü: “Çoxmədəniyyətliliyi müzakirə etmək təqdirəlayiqdir”
|
“Bakıda keçirilən II Bakı Beynəlxalq Humanitar Forumda dünyanın müxtəlif ölkələrindən mütəxəssislərin dəvət olunması və onların xüsusən də çoxmədəniyyətliliyi müzakirə etməsi təqdirəlayiqdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə forumun iştirakçısı olan Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci ərazisinin meri Rəşidə Dati Milli Məclisdə keçirdiyi mətbuat konfransında bildirib
O qeyd edib ki, bu forum iştirakçı dövlətlər üçün də bir fürsətdir: “Mənim birbaşa aidiyyəti olduğum çoxmədəniyyətlilik forum çərçivəsində geniş müzakirə olundu. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə böyük təcrübəsi var və iştirakçı ölkələrin nümayəndələri bu praktikadan böyük məmnuniyyətlə yararlanırlar”.
|
05.10.12 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov Yunanıstanın keçmiş xarici işlər nazirini qəbul edib
|
Elmar Məmmədyarov Yunanıstanın keçmiş xarici işlər naziri, Yunanıstan parlamentinin üzvü xanım Dora Bakoyannisi qəbul edib. XİN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Elmar Məmmədyarov qonağı ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib. Azərbaycan-Yunanıstan ikitərəfli münasibətlərinə toxunan Elmar Məmmədyarov iki ölkə arasında münasibətlərin genişlənməsi üçün potensialın olduğunu, xüsusilə də enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarının mövcud olduğunu nəzərə çatdırıb.
Xanım Dora Bakoyannis Bakıda növbəti dəfə olmağından məmnun olduğunu bildirib və bu günlərdə keçirilən 2-ci Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, həmçinin ölkəsi ilə Azərbaycan arasında mövcud münasibətlərin yüksək səviyyədə olduğunu və əlaqələrin gələcək inkişafı üçün potensialın olduğunu diqqətə çatdırıb.
|
04.10.12 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov İSESKO-nun baş direktoru ilə görüşüb
|
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər.
E.Məmmədyarov Azərbaycan və İSESKO arasında yüksək səviyyəli əməkdaşlığın mövcud olduğunu qeyd edib və dövlətimizin təşkilatla münasibətlərə verdiyi önəmi vurğulayıb.
İSESKO-nun baş direktoru Azərbaycana səfərindən məmnunluğunu diqqətə çatdırıb və 2-ci Bakı Beynəlxalq Humanitar Forumunun mədəniyyətlərarası dialoq və qlobal humanitar məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyətini qeyd edib. Azərbaycanın mədəniyyətlər arasında dialoqun aparılması üçün uğurlu ölkə olduğunu vurğulayıb və ölkəmizin bu istiqamətdə göstərdiyi fəaliyyətə görə öz təşəkürünü bildirib.
|
04.10.12 Məqaləni oxumaq
|
|
|
Azərbaycanlı deputat MDB PA-nın komissiyasında sədr müavini olacaq
|
Oktyabrın 6-da Moldovanın Kişinyov şəhərində MDB Parlamentlərarası Assambleyasının Hüquq məsələləri üzrə daimi komissiyasının iclası keçiriləcək. İclasda Azərbaycan Milli Məclisin deputatı Hacı Salayev bu komissiyanın sədr müavini kimi iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Tədbirdə “Firma adları haqqında”, “Ticarət sirri haqqında”, “MDB iştirakçısı olan ölkələrin Dünya Ticarət Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətinin hüquqi təminatı haqqında” və “Mübahisələrin məhkəmədən kənar həlli haqqında” model qanun layihələri müzakirə olunacaq.
İclasda Hacı Salayev çıxış edəcək, müzakirə olunan qanun layihələrinə münasibət bildirəcək.
|
04.10.12 Məqaləni oxumaq
|
|
|
Prezident Roza Otunbayevanı qəbul edib
|
Prezident İlham Əliyev Qırğız Respublikasının keçmiş prezidenti Roza Otunbayevanı qəbul edib. ‘KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edilib.
Azərbaycanda bir neçə dəfə səfərdə olduğunu vurğulayan xanım Roza Otunbayeva Bakıda, Gəncədə və respublikamızın digər regionlarında böyük infrastruktur layihələrinin həyata keçirilməsinin şahidi olduğunu deyib, ötən dövr ərzində ölkəmizin əldə etdiyi iqtisadi uğurların onda dərin təəssürat yaratdığını qeyd edib.
|
03.10.12 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov Kubanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
|
Xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Omar Senon Medina Kinteronu qəbul edib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Elmar Məmmədyarov kubalı səfiri ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir əmin olduğunu bildirib ki, yeni səfirin fəaliyyəti iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verəcək.
Görüşdə Azərbaycan-Kuba münasibətlərinin inkişafı üçün potensialın olduğu və bu baxımdan qarşılıqlı səfərlərin təşkil olunmasının əhəmiyyəti qeyd olunub. Həmçinin iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılmasının vacibliyi vurğulanıb.
Kubanın yeni səfiri Omar Kinetoro ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu diqqətə çatdırıb və ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək əzmində olduğunu bildirib.
|
03.10.12 Məqaləni oxumaq
|
|
|
“Euronews”in baş direktoru: “Qafqaz və Orta Asiya ölkələri barədə geniş məlumatlar yayılmır”
|
“Yaxın gələcəkdə “Euronews” telekanalı Azərbaycan haqqında daha çox məlumatlar vermək niyyətindədir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) telekörpü zamanı “Euronews” telekanalının baş direktoru Maykl Peters bildirib.
“Ümid edirəm ki, Azərbaycanın “İctimai” televiziyası ilə əməkdaşlıq nəticəsində bu ölkə haqqında daha çox məlumatların verilməsinə nail olunacaq. M.Peters azərbaycanlı jurnalistləri Qafqaz regionu barədə kifayət qədər məlumatların yayılmaması ilə bağlı iradı ilə razılaşaraq qeyd edib ki, hazırda Qafqaz və Orta Asiya ölkələri barədə geniş məlumatlar yayılmır”.
|
03.10.12 Məqaləni oxumaq
|
|
|
Prezident BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisini qəbul edib
|
Prezident İlham Əliyev bu gün BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Fikrət Akçuranı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, BMT-nin rezident əlaqələndiricisi Fikrət Akçuranın ölkəmizlə BMT arasında əməkdaşlığın genişləndirilməsi işindəki xidmətlərini vurğulayan dövlət başçısı onun Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
F.Akçura ölkəmizdə gedən davamlı inkişaf proseslərinin önəmini vurğulayıb, Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluğunu ifadə edib.
|
03.10.12 Məqaləni oxumaq
|
|
|
Bahar Muradova ATƏT PA-nın payız sessiyasına gedir
|
Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti qurumun payız sessiyasının işində iştirak etmək üçün oktyabrın 3-dən 8-dək Albaniyanın Tirana şəhərinə səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və deputat Azay Quliyev daxildirlər. Sessiya çərçivəsində əvvəlcə “ATƏT: sabitlik və təhlükəsizlik əsasında idarəetmə və inteqrasiyanın təşviqi” mövzusunda parlament konfransının keçirilməsi nəzərdə tutulur. Sonra sessiyada ATƏT regionunda milli-mədəni dəyərlərin müdafiəsi, maliyyə böhranına qarşı mübarizə, inkişafın stimullaşdırılmasında sərt iqtisadi siyasətin rolu və digər məsələlər müzakirə ediləcək. Nümayəndə heyətimizin üzvləri müzakirə edilən mövzularla əlaqədar öz fikirlərini bildirəcəklər.
|
03.10.12 Məqaləni oxumaq
|
|
|
|