|
Səhifələr : # « 26 27 28 29 30 31 32 33 34 » #
Ramil Usubov: “Türkiyənin yeni səfiri Alper Coşkunla görüşdü”
|
Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Türkiyənin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alper Coşkunu qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər.
Görüşdə nazir dost, qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. General-polkovnik Ramil Usubov səfirə müstəqilliyin ilk illərində respublikamızın üzləşdiyi çətinliklər, keçilən çətin və eyni zamanda, şərəfli yol barədə məlumat vermişdir. Nazir deyib ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmini sahəsində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilmiş, kriminogen durum nəzarətə götürülüb.
|
18.10.12 Məqaləni oxumaq
|
|
|
Zahid Oruc: “Azərbaycanda indi partiyalar və pul fenomeni açıq müstəviyə çıxır”
|
“Artıq 2013-cü ildən başlayaraq Azərbaycanda dövlət partiyaların maliyyə buxovlarından azad olunmasına və yeni sistemin formalaşmasına, əvvəlki qərarlaşmış şəraitin dəyişməsinə doğru mühüm addım atacaq. Lakin bu, heç bir halda onunla ölçülə bilməz ki, partiyaların bu millət qarşısında xidməti və sosial-iqtisadi faydasının ölçüsü büdcədən ayrılan 2 milyon vəsaitə bərabərdir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc bildirib.
Onun sözlərinə görə, əsas məsələ partiyaların şəffaf idarəçiliyə qədəm qoyması, vəsaitlərin bölgüsü, güclü kadrların formalaşması və partiyaların idarəçiliyinə demokratiyanın gəlməsidir: “İndi hər kəs apardığı mübarizənin o təşkilata hansı faydaları qazandırdığının maddi ekvivalentini biləcək və partiyalar içərisindəki köləlik sisteminə son qoyulacaq. Hətta sadəcə dolu beyni və siyasi fəhmi ilə bir təşkilatın gücünü artıran simaların iqtisadi faydasını ölçən meyar ortaya qoyulacaq”. Deputat deyir ki, xalq qarşısında hər bir vəsaitin hesabatını istəyənlər cəmi bir il sonra Hesablama Palatası qarşısında dayanacaq: “Onda həqiqi partiyalaşmanın səviyyəsindən daha dolğun şəklidə bəhs etmək mümkündür.
|
17.10.12 Məqaləni oxumaq
|
|
|
İtaliyanın müdafiə naziri: Qarabağ münaqişəsinin nizamlanması Avropa üçün strateji əhəmiyyət kəsb edir
|
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nəinki region, eləcə də bütövlükdə Avropa üçün strateji əhəmiyyət kəsb edir. “KƏLAMİNFO” erməni saytlarına istinadən xəbər verir ki, bu sözləri Yerevanda İtaliyanın müdafiə naziri Cammpaolo Di Paola keçirdiyi mətbuat konfransında bildirib. O İtaliyanın Qarabağ münaqişəsinin nizamlanmasına böyük önəm verdiyini vurğulayıb və əlavə edib ki, İtaliya ATƏT-in Minsk qrupunun üzvüdür. İtaliyalı nazir münaqişə tərəflərini qarşılıqlı etimada söykənən, Helsinki yekun aktına əsaslanan münasibətlər qurmağa çağırıb.
|
17.10.12 Məqaləni oxumaq
|
|
|
İlham Əliyev: “Azərbaycan ECO-ya üzv dövlətlərin maraqlarının beynəlxalq təşkilatlarda qorunmasında səylərini göstərir”
|
Azərbaycan Prezident İlham Əliyev bu gün Bakıda keçirilən ECO-nun 12-ci sammitində çıxış edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident çıxışında bildirib ki, ECO-ya üzv ölkələr ilə Azərbaycanın çox geniş əməkdaşlığı var. Onun sözlərinə görə, yeni sədr olan Azərbaycan bu sahədə fəaliyyətinin genişləndirilməsi üçün əlindən gələni edəcək: “Hazırkı sammit çox əlamətdar tarix ərəfəsində baş verir. 1992-ci ilin noyabrında ECO-ya 7 yeni üzv daxil olub ki, onlardan biri də Azərbaycan idi. Azərbaycan öz fəaliyyətində ECO-ya daim böyük önəm verib. Bizi həm ortaq tarix, həm də siyasi və iqtisadi maraqlar birləşdirir. Hesab edirəm ki, təşkilatımızın bu tarixi irs üzərində formalaşması böyük ənənədir. Biz çalışırıq ki, islam mədəniyyətinin təbliği istiqamətində fəaliyyətimizi gücləndirək”.
Prezident qeyd edib ki, ECO-a üzv ölkələri ümumi dəyərlər, o cümlədən İslam dini birləşdirir. “Biz bu dəyərlərə daim sadiqik”. O xatırladıb ki, ötən illərin birində Bakı İslam mədəniyyəti paytaxtı elan edilmişdi: “2018-ci ildə bu status Azərbaycanın digər qədim şəhəri olan Naxçıvana veriləcək. Hesab edirəm ki, bu bizə olan etimadın göstəricisidir”.
|
17.10.12 Məqaləni oxumaq
|
|
|
Ərdoğan: “Azərbaycanın ECO-ya baxışı daha geniş perspektiv olaraq qurulub”
|
Türkiyənin İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) sədrlik etdiyi dövrdə hazırlanan “2015-ci il üçün ECO-ya Baxış Sənədi”ndə gələcək fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda keçirilən ECO-nun 12-ci sammitində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, Türkiyə sədrlik etdiyi dövrdə öhdəsinə düşən bütün işləri görüb və kifayət qədər təcrübə də əldə edib: “Biz bu təcrübəni qardaş Azərbaycanla bölüşməyə hazırıq”. O, həmçinin təklif edib ki, bütün iştirakçılar bu təşkilatın bütün güc və resurslarından istifadə etsinlər: “Yeni sədrlik etməyə başlayan Azərbaycanın ECO-ya baxışı daha geniş perspektiv olaraq qurulub və daha ümidvericidir. Biz Azərbaycan kimi ölkələrlə əməkdaşlığı daha çox genişləndiririk”.
Qeyd edək ki, bu gün ECO-ya sədrlik Azərbaycana keçib.
|
16.10.12 Məqaləni oxumaq
|
|
|
Mahmud Əhmədinejad: “ECO-nun Siyasi Forumu yaradılmalıdır”
|
“Dünyada böyük nüfuzu olan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Siyasi Forumu yaradılmalıdır. Bu, təşkilata üzv olan İslam ölkələri üçün də mütərəqqi addım olar”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda keçirilən ECO-nun 12-ci sammitindəki çıxışı zamanı İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad bildirib.
O qeyd edib ki, bu, İslam ölkələrinin dünya miqyasında daha güclü söz sahibi olması üçün də vacibdir: “Siyasi əməkdaşlığı, regional təşkilatlarda əməkdaşlığı davam etdirmək çox vacibdir”. O həmçinin deyib ki, iqtisadi sahədə əməkdaşlığa nail olmaq, gömrük qanunvericiliyinin yaradılması, su, quru, hava və dəmir yolu nəqliyyat xətlərinin inkişafı layihələrinin həyata keçirilməsi, ədalətli iqtisadiyyat prinsiplərinin yaradılması, milli valyutaların ticarət dövriyyələrində istifadəsi kimi işlərin həyata keçirilməsi vacibdir: “Kapitalist sistemi və köləlik, müstəmləkəçilik tərəfdarları öz tarixlərinin sonuna gəlib çıxıblar. Biz artıq yeni sistemin qurulması ərəfəsindəyik. Biz ruhani inanclar və qardaşlıq hisslərinə əsaslanaraq böyük işlər görə bilərik. Biz güclərimizi birləşdirərək indiki dünya sisteminin dəyişdirilməsinə, xalqlarımızın sülh və rifah içində yaşamasına xidmət edə bilərik”.
|
16.10.12 Məqaləni oxumaq
|
|
|
İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu olmayıb və ola da bilməz”
|
“Ermənistanın törətdiyi Dağlıq Qarabağ münaqişəsi nəticəsində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən ECO-nun 12-ci sammitində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Ermənistan BMT-nin məlum qətnamələrini yerinə yetirmir: “1992-ci ildə ermənilər tərəfindən Xocalı soyqırımı törədilib. Artıq üç dövlət bu soyqırımını rəsmən tanıyıb və onlardan biri ECO-ya üzv ölkə Pakistandır. Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu olmayıb və ola da bilməz”.
|
16.10.12 Məqaləni oxumaq
|
|
|
Ərdoğan: “Dünya qaydalarını müəyyən edən ölkələr, təşkilatlar düşüncə tərzlərini dəyişməlidirlər”
|
“İqtisadi Əməkdaşlıq Təşkilatı daxilində (ECO) dəyişikliklər bizə imkan verir ki, siyasi transformasiyalar baş versin”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən ECO-nun 12-ci sammitindəki çıxışı zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, bu, təşkilata üzv ölkələrə imkan verir ki, həm demokratiya axtarışları ilə məşğul olsular, həm də var-dövlətin ədalətli bölünməsi məsələsi həll edilsin: “İndi dünyada baş verən hadisələr göstərir ki, II Dünya müharibəsindən sonra yaradılan sistem artıq dəyişməlidir. Yeni sistem yaradılmalıdır. Artıq xalqlar belə yaşamaq istəmirlər. Dünya qaydalarını müəyyən edən ölkələr, təşkilatlar düşüncə tərzlərini dəyişməlidirlər. Bu olmasa, qlobal dəyişikliklərə nail ola bilməyəcəyik. Dünyada maliyyə böhranı göstərdi ki, mədəni, iqtisadi əməkdaşlığa ehtiyac var”.
|
16.10.12 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov Əhməd Davudoğlu ilə görüşüb
|
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər.
Nazir qonağı salamlayıb və ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlərdən məmnunluq ifadə edib.
Əhməd Davudoğlu Azərbaycana səfərindən məmnunluq bildirib və iki dost və qardaş ölkə arasında yüksək səviyyəli münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Görüş zamanı nazirlər Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
|
16.10.12 Məqaləni oxumaq
|
|
|
İran XİN: “Azərbaycan və İran arasında münasibətlərin genişləndirilməsi üçün potensial var”
|
Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər.
E.Məmmədyarov qonağı Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib. Nazir Azərbaycan-İran ikitərəfli əlaqələrinin inkişaf etdiyini qeyd edib.
Əli Əkbər Salehi öz növbəsində Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirakından məmnunluğunu bildirib. O, Azərbaycan və İran arasında münasibətlərin genişləndirilməsi üçün potensialın olduğunu vurğulayıb.
Görüş zamanı nazirlər ikitərəfli münasibətlərin müxtəlif aspektləri və regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
|
16.10.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 26 27 28 29 30 31 32 33 34 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
Arxiv
|
|
«
| İyul.2025 | | Ďí. | Âň. | Ńđ. | ×ň. | Ďň. | Ńá. | Âń. | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | | | |
|
|