|
Səhifələr : # « 21 22 23 24 25 26 27 28 29 » #
Elmar Məmmədyarov: “Azərbaycan Suriyadakı vəziyyətdən dərin narahatlıq keçirir”
|
“Bu gün İslam Ümməti çoxsaylı çağırış və əngəllərlə üzləşib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu Sessiyasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Yaxın Şərq regionunda son hadisələr qlobal siyasətin əsas və həlli təcili olan məsələlərdən birinə çevrilib. Təəssüflər olsun ki, davam edən münaqişələr və müharibələr insanların ağrı-acılarını daha da dərinləşdirir və nəticədə minlərlə mülki vətəndaş həlak olur və çoxsaylı insanlar öz doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalır: “Bu istiqamətdə, biz Azərbaycanda Suriyadakı vəziyyətdən dərin narahatlıq keçiririk.
|
16.11.12 Məqaləni oxumaq
|
|
|
Ramzan Kadırov Heydər Əliyev Fondunda olub
|
Ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub. “KƏLAMİNFO” xəbər verir ki, qonaqlara ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib.
Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Qonaqlar ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olublar.
|
16.11.12 Məqaləni oxumaq
|
|
|
Bütün Qafqazın Şeyxi: Azərbaycan dünya üçün tolerantlıq beşiyi ola bilər
|
“Azərbaycanda olan tolerantlıq, dövlət-din münasibətləri çox yüksək səviyyədədir ”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri AMEA İnsan Hüquqları İnstitutunda “Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər” mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
Şeyx deyib ki, Azərbaycandakı bu cür tolerantlığı təkcə özü yox, başqa ölkələrin rəhbərləri, ictimai-siyasi xadimləri də deyir: “Bu da onu göstərir ki, bizim getdiyimiz yol düzgün yoldur. Bu yolda bəzi maneələr, çətinliklər də var. Ancaq buna baxmayaraq, düzgün yolumuzu davam etdiririk.”
|
15.11.12 Məqaləni oxumaq
|
|
|
AŞ-nin Monitorinq Komitəsində əksəriyyət Nazirlər Komitəsi ilə qeyri-rəsmi əməkdaşlığın tərəfdarıdır
|
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi Parisdə “Nazirlər Komitəsi ilə mütərəqqi əməkdaşlıq üçün mümkün vasitələr”ə dair Memorandumu müzakirə edib.
Müzakirələrdə millət vəkili, AŞPA Monitorinq Komitəsinin üzvü Elxan Süleymanov iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, E.Süleymanov bildirib ki, Monitorinq Komitəsinin sədri, Estoniyadan olan cənab Andres Herkelin (EPP) rəhbərliyi ilə Katiblik tərəfindən hazırlanmış bu memorandum gələcəkdə hər dəfə Assambleyada monitorinq məruzələri müzakirə olunarkən qətnamə layihəsi ilə birgə sistemli tövsiyə layihəsinin təqdim edilməsini, beləliklə, məruzəni hazırda olduğundan daha ciddi və rəsmi etməyi təklif edib.
|
15.11.12 Məqaləni oxumaq
|
|
|
Elşad İskəndərov: “Bəzi dini cərəyanların arxasınca getsək, milli kimliyimizdən imtina etməli olarıq”
|
“Bəzi dini cərəyanların arxasınca getsək, milli kimliyimizdən imtina etməli olarıq. Əgər bu cərəyanların diktəsi ilə getsək və onların dediklərini etsək, Nizami Gəncəvi, Füzuli, Nəsimi və Novruz Bayramı və digər milli atributlarımız da bizə yad olmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri “Dini və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.
Onun sözlərinə görə, Azərbaycan milli kimliyinin formalaşması müstəqillik dövründən sonra inkişaf etməyə başlayıb: “Dini amillərin bu milli kimliyin formalaşmasında böyük rolu var. Ancaq bu gün bir tərəfdən etiqad azadlığına çağırılır, digər tərəfdən isə ölkədə milli kimliyimizi itirilməsinə yönələn qurumlar, cərəyanlar fəaliyyət göstərir”. E.İskəndərov qeyd edib ki, hazırda dünyada insan azadlıqlarını şübhə altına alan cərəyanlar var.
|
14.11.12 Məqaləni oxumaq
|
|
|
Prezident “Balakən” və “Bərdə” gəmi-bərələrinin istismara verilməsi mərasimində iştirak edib
|
Prezident İlham Əliyev bu gün Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Balakən” və “Bərdə” gəmi-bərələrinin istismara verilməsi mərasimində iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, ən gəmi kapitanı Rasim Nəzərov gəmi-bərələrin istismara hazır olması barədə Prezident İlham Əliyevə raport verib.
Dövlət başçısı “Balakən” gəmi-bərəsi ilə yaxından tanış olub.
Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov gəmiçiliyin nəqliyyat donanmasının yenilənməsi ilə bağlı görülən işlər barədə Prezidentə məlumat verib. Bildirilib ki, istismara hazır olan gəmi-bərələr ötən ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilib.
|
14.11.12 Məqaləni oxumaq
|
|
|
Prezident Almaniya Xarici İşlər Nazirliyinin dövlət nazirini qəbul edib
|
Prezident İlham Əliyev bu gün Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri xanım Karolina Piperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, xanım Karolina Piper Almaniyanın xarici işlər naziri Guido Vestervellenin salamlarını dövlət başçısına çatdırıb.
Karolina Piper Azərbaycan müstəqillik əldə etdikdən sonra Almaniyanın ölkəmizi daim dəstəklədiyini vurğulayıb. Azərbaycana ilk dəfə səfər etdiyini deyən qonaq səfər zamanı Alman-Azərbaycan Xarici Ticarət Palatasının yaradılmasından məmnunluğunu ifadə edib. O, Almaniyanın xarici ticarət palatasının regionda ilk dəfə Azərbaycanda açılmasının əhəmiyyətini yüksək qiymətləndirib.
|
14.11.12 Məqaləni oxumaq
|
|
|
Prezident Avropa Olimpiya Komitəsinin prezidentini qəbul edib
|
Prezident İlham Əliyev bu gün Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə ölkəmizdə idmanın bütün sahələrinin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyəti vurğulanıb, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, o cümlədən London Yay Olimpiya Oyunlarında əldə etdiyi uğurlar yüksək qiymətləndirilib, ölkəmizin müvafiq qurumları ilə Avropa Olimpiya Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|
14.11.12 Məqaləni oxumaq
|
|
|
Əli Əhmədov nazirlərə irad tutdu
|
Milli Məclisin bu gün keçirilən iclasında gələn ilin dövlət büdcəsinin müzakirələri zamanı Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov bir sıra nazirləri tənqid edib. “KƏLAMİNFO” xəbər verir ki, Ə.Əhmədov bəzi nazirlərin müzakirəyə qatılmamasına kəskin etiraz edib: “Onlar bununla dövlət büdcəsinə və parlamentə hörmətsizlik edirlər. Gəlsinlər, otursunlar, dinləsinlər. Burada deyilənlər qulaqlarına girsin, beyinlərinə girsin. Mümkün olan şeylər nəzərə alınsın. Amma ilk növbədə onların burada iştirak etməsi vacibdir”.
|
13.11.12 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov Cibutiyə səfər edəcək
|
Cari ilin 15-16 noyabr tarixlərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının “Davamlı inkişaf üçün həmrəylik” adlı 39-cu sessiyasında iştirak etmək məqsədi ilə Cibuti Respublikasına səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”a Xarici İşlər Nazirliyindən veriblər.
Tədbirdə “Beynəlxalq münasibətlər və dinlərarası dialoqa İslami yanaşma” mövzusu ətrafında müzakirələrin aparılması planlaşdırılır.
Həmçinin tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
|
13.11.12 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 21 22 23 24 25 26 27 28 29 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
Arxiv
|
|
«
| İyul.2025 | | Ďí. | Âň. | Ńđ. | ×ň. | Ďň. | Ńá. | Âń. | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | | | |
|
|