|
İsveç parlamenti qondarma “erməni soyqırımı”nı müzakirə edəcək
|
Bu gün İsveç parlamentində qondarma “erməni soyqırımı” iddiasına baxılacaq. KƏLAMİNFO xəbər verir ki, müxtəlif partiyalardan olan millət vəkillərinin tələbi üzərinə ermənilərin iddia etdikləri və “ermənilərə qarşı soyqırım” kimi adlandırdıqları 1915-ci il hadisələri İsveç parlamentində müzakirə ediləcək.
Qeyd edək ki, 2 mart 2010-cu il tarixində sözügedən müzakirələr İsveç parlamentinin Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılsa da bunun həqiqətə uyğun olmadığı qənaətinə gəlinib və rədd edilib.
|
11.03.10 Məqaləni oxumaq
|
|
|
ABŞ-ın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağrıldı
|
Bu gün səhər ABŞ-ın Ankaradakı səfiri James Jaffrey Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb. KƏLAMİNFO xəbər verir ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu səfirlə ABŞ Konqresinin Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsində qəbul olunan qondarma “erməni soyqrımı” ilə bağlı qəbul olunan sənədi müzakirə edib.
Ə.Davudoğlu qəbul olunan sənədlə bağlı Türkiyənin narahatlığını səfir vasitəsilə Ağ Evə çatdırıb.
Qeyd edək ki, Ə.Davudoğlu bu gün keçirdiyi mətbuat konfransında qəbul olunan qətnamə ilə bağlı həm hökumət, həm də Türkiyə prezidenti Abdullah Gül tərəfindən lazımı açıqlamaların verildiyini bildirib.
|
06.03.10 Məqaləni oxumaq
|
|
|
Türkiyədə 4,4 bal gücündə zəlzələ olub
|
Qırğızıstan və Filipindən sonra bu gecə Türkiyədə də zəlzələ baş verib. KƏLAMİNFO Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir ki, Kütahya vilayətinin Simav ilçəsində 16 dəqiqə içində 4,4 və 4,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Zəlzələ nəticəsində insan tələfatı və dağıntı baş verməyib.
Qeyd edək ki, Çilidə meydana gələn 8,8 böyüklüyündəki zəlzələnin ardından Qırğızıstanın Narın əyalətində 6, Filipində isə 6,1 bal gücündə zəlzələ baş verib.
|
03.03.10 Məqaləni oxumaq
|
|
|
Serj Sarkisyan Gürcüstanda səfərdədir
|
Ermənistan prezidenti Serj Sarkisyan Gürcüstana iki günlük səfərə gedib. KƏLAMİNFO gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstan prezidenti Mixail Saakaşvili həmkarını Batumidə qarşılayıb. Prezidentlərin görüşündə ikitərəfli münasibətlərə və Gürcüstan-Rusiya sərhəddinin açılması məsələsi müzakirə olunub.
M.Saakaşvili Gürcüstanda xeyli sayda erməninin yaşadığını bildirib və onların Gürcüstanın tamhüquqlu vətəndaşları olduğunu qeyd edib. M.Saakaşvili iki ölkə arasında əlaqələrin dinamik inkişaf dövrü yaşadığını dilə gətirib və ölkəsinin Ermənistanın uğurlarına sevindiyini vurğulayıb.
S.Sarkisyan isə iki ölkə arasında əlaqələrin inkişaf edəcəyini vurğulayıb. “Min illər ərzində biz qardaş xalqlar olmuşuq, bu qardaşlıq bundan sonra da yaşayacaq”,-deyə Sarkisyan vurğulayıb.
|
02.03.10 Məqaləni oxumaq
|
|
|
Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq etdi
|
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, ABŞ Nümayəndələr Palatasının xarici münasibətlər komitəsində müzakirə ediləcək qondarma erməni soyqrımı layihəsi ilə bağlı ABŞ və Ermənistana xəbərdarlıq edib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş nazir məsələ ilə bağlı təmaslarının davam etdiyini bildirib.
R.T.Ərdoğan qeyd edib ki, ABŞ-a son səfərində də bu məsələni müzakirə edib. “Hazırda bir qrup millət vəkili ABŞ-dadır. Bu proses davam edir. Bizim mövqeyimiz bəllidir. İsveçrədən başlayan bir proses var və bu iş davam edir. Qarşılıqlı olaraq yaxşı niyyət göstərilsə, nəticə olacağına inanıram. Əgər 4 martda, 24 apreldə səhv addım atılsa, bu, prosesi baltayar. Elə zənn edirəm ki, konqres üzvləri bu məsələyə həssaslıq nümayiş etidrəcəklər",-deyə R. T.Ərdoğan əlavə edib.
|
01.03.10 Məqaləni oxumaq
|
|
|
R.T.Ərdoğana ayaqqabı atan şəxs sərxoş vəziyyətdə olub
|
İspaniyada bir nəfər Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana ayaqqabı atıb. KƏLAMİNFO xəbər verir ki, hadisə baş nazirə “NODO” mədəniyyətlərarası mükafatı veriləndən sonra baş verib. Hadisə Sevilla Bələdiyyəsi binasının çıxışında baş verib.
Ayaqqabını atan şəxs Türkiyənin Baş nazirini binanın girişində gözləyən nümayişçilərin arasında olub. O, ayaqqabını R.T.Ərdoğana avtomobilə oturanda atıb. Lakin ayaqqabı Ərdoğana dəyməyib.
Təxribatçı İspaniya polisi tərəfindən həbs edilib və dindirilib. Məlum olub ki, ayaqqabı atan şəxs 1989-cu il təvəllüdlü Suriya vətəndaşıdır. Bu arada məlum olub ki, həmin şəxs həddindən artıq sərxoş vəziyyətində olub.
|
24.02.10 Məqaləni oxumaq
|
|
|
Türkiyədə erməni kilsələri yenidən qurulacaq
|
Türkiyədə bir vaxtlar fəaliyyətini dayandırmış erməni kilsələri yenidən qurulacaq. KƏLAMİNFO türk mətbuatına istinadən xəbər verir ki, Van valiliyi erməni kilsələrinin bərpa olunması üzrə xüsusi proqram hazırlayıb. Proqrama əsasən Van gölündəki Çarpanak və Yuxarıbakraçalı kəndində olan erməni kilsələri təmir olunacaq.
Van valisinin müavini Xəlil Berk Akdamar adasındakı erməni kilsəsinin muzeyə çevrilməsindən sonra ötən il Hoşap və Van qalalarında bərpa işləri aparıldığını, bu il də Çarpanak və Yuxarıbakraçalı kəndindəki kilsələrin təmir olunacağını bildirib. O, bərpa işləri ilə əlaqədar hazırda erməni kilsələrində lazer vasitəsilə fotoqrametrik qiymətləldirmə aparıldığını söyləyib.
|
23.02.10 Məqaləni oxumaq
|
|
|
Qeyri-normal hava şəraiti Qış Olimpiadasının işində problemlər yaradıb
|
Qeyri-normal hava şəraiti ölkəmizin də qatılıdığı Kanadada keçirilən Qış Olimpiadasının işinə əngəl olub. Olimpiadanın təşkilatçıları 20 minədək biletin satışını dayandırıb və yaxud da biletlərin qiymətlərini geri ödəməli olublar. KƏLAMİNFO xəbər verir ki, mövsüm üçün qeyri-adi yüksək temperatur oyunların təşkilatçılarına həftələrdir ki, çətinlik yaradır.
Xizək üzrə yarışların keçiriləcəyi Kipr Dağının ətəyində qarın səviyyəsi o qədər aşağı olub ki, çıxışları keçirmək üçün əlavə qar gətirmək məcburiyyəti yaranıb. Lakin gətirilən qar belə yağışlar nəticəsində əriyib. Olimpiada təşkilatçıları yarışların bilavasitə keçirilməsi təhlükəsinin olmadığını bildiriblər.
|
18.02.10 Məqaləni oxumaq
|
|
|
Əhməd Davudoğlu İrana səfər edib
|
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İrana səfər edib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Ə.Davudoğlunun İran rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə İranın nüvə proqramı, ikitərəfli və regional məsələlər müzakirə olunacaq. Ə.Davudoğlu İran tərəfinə ABŞ Dövlət katibi Hillari Klintonla Qətərdə keçirilən görüşlərdən əldə edilən təəssüratlarını çatdıracaq.
Danışıqlarda uranın dəyişdirilməsi üçün Türkiyə ərazisindən istifadə edilməsi təklifi ilə bağlı bəzi təfərrüatların müzakirəsi də planlaşdırılır. Səfər ərəfəsində Ə.Davudoğlu ilə Manüçöhr Mottaki arasında telefon danışığı da olub.
Ə.Davudoğlu nüvə proqramlarının Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin prinsiplərinə uyğun həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
|
16.02.10 Məqaləni oxumaq
|
|
|
Maqomedsalam Maqomedov Dağıstan prezidenti seçilib
|
Maqomedsalam Maqomedov Dağıstan prezidenti seçilib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Dağıstan parlamenti Maqomedsalam Maqomedovun prezident postuna namizədliyini yekdilliklə təsdiqləyib.
Qeyd edək ki, Dağıstanın sabiq prezidenti Maqomedali Maqomedovun oğlu Maqomedsalam Maqomedovun prezidentliyə namizədliyini Rusiyanın dövlət başçısı Dmitri Medvedyev irəli sürüb. Açıq yolla keçirilən səsverməyə qatılan 69 millət vəkilinin hamısı onun lehinə səs veriblər.
Xatırladaq ki, hazırkı prezident Muxu Əliyevin səlahiyyət müddəti fevralın 20-də başa çatır.
|
11.02.10 Məqaləni oxumaq
|
|
|
|
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
Arxiv
|
|
«
| Sen.2025 | | Ďí. | Âň. | Ńđ. | ×ň. | Ďň. | Ńá. | Âń. | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | | | | | |
|
|