Erməni ordu generalı: “Qarabağda müharibənin yenidən başlanması təhlükəsi çox yaxındadır”
|
Yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həllində dəyişikliklərin olacağı inanılmazıdr, bu müharibəin yenidən başlanması təhlükəsinin çox yaxında olması ilə bağlıdır. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ordu generalı Qurgen Delibaltayan açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycan əgər super dövlətlərin qənaətini nəzərə alarsa bu təhlükə sovuşacaq. “Hazırda Azərbaycan maddi-texniki mənada müharibəyə hazırdır, amma digər mənalarda yox. Çünki, azərbaycanlılar bundan əvvəlki müharibədə itirdikləri üzündən hələ də özlərinə gəlməyiblər. Onlar biz ermənilərin Azərilərə nə edə biləcəyimizi çox yaxşı bilirlər”,-deyə erməni general vəhşiliyini gizlətməyib.
|
10.12.10 Məqaləni oxumaq
|
|
|
İranın nüvə problemi üzrə növbəti danışıqlar 2011-ci ilin yanvarının sonunda İstanbulda keçiriləcək
|
İranın nüvə problemi üzrə növbəti danışıqlar 2011-ci ilin yanvarının sonunda İstanbulda keçiriləcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumatı İranın Milli Təhlükəsizlik məsələləri üzrə Ali Şurasının katibi Səid Cəlili verib. Onun sözlərinə görə, İran bütün tərəflərin qarşılıqlı razılığı əsasında növbəti görüşü keçirməyi təklif edib. Danışıqların növbəti mərhələsində əməkdaşlıq müzakirənin əsas predmeti olacaq.
Avropa komissiyasının vitse-prezidenti Ketrin Eşton İranın nüvə problemi üzrə danışıqların növbəti mərhələsinin keçiriləcəyi haqda informasiyanı təsdiq eidb.
"Biz İranın hüquqlarına hörmət edirik, amma eyni zamanda İrandan öhdəliklərin əməl etməsinə təkid edirik.Bu problemi nizama salmağa həmişə hazırıq”, -deyə K.Eşton vurğulayıb.
|
09.12.10 Məqaləni oxumaq
|
|
|
Fransa Hindistan ilə 15 mlrd. avroluq müqavilə imzaladı
|
Hindistanda rəsmi səfərdə olan Fransa prezidenti Nikola Sarkozi ölkədə keçirdiyi görüşlərin birində Hindistanın Fransanın əsas strateji tərəfdaşlarından biri olduğunu və onunla 15 mlrd. avro məbləğində müqavilə bağlandığını bəyan edib.
KƏLAMİNFO xəbər verir ki, beynəlxlaq və iqtisadi sahədə əməkdaşlığa dair bağlanmış müqavilədə Fransanın Hindistanda dinc məqsədlər üçün bir neçə nüvə reaktorunun tikilməsi, hind ordusunu müasirləşdirmək məqsədi ilə 51 „Miraj-2000“ təyyarəsinin satışı və digər ticarət məsələləri nəzərdə tutulub.
|
08.12.10 Məqaləni oxumaq
|
|
|
Qriqol Vaşadze: “Biz hələ bilmirik ki, Rusiya kimi gözləyir”
|
Rusiya hakimiyyəti Tiflislə dialoq qurmağa məcbur ediləcək. KƏLAMİNFO Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze deyib.
Onun sözlərinə görə, Rusiya beynəlxalq təzyiq qarşısında danışıqlar stolunun arxasına keçəcək. “Danışıqların formatı və iştirakçıların sayı bizi maraqlandırmır, kim istəyirsə vasitəçi ola bilər”,- deyə Gürcüstan Q.Vaşadze əlavə edib.
Q.Vaşadze vurğulayıb ki, Rusiya danışıqlara tez də başlaya bilərdi, biz hələ bilmirik ki, o kimi gözləyir.
|
07.12.10 Məqaləni oxumaq
|
|
|
Bu gün D.Medvedev Polşaya səfər edəcək
|
Bu gün Rusiya prezidenti Dmitri Medvedev Polşaya səfər edəcək. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, paytaxt Varşavada Rusiya prezidentini həmkarı Bronislav Komorovski və baş nazir Donald Tuskom qarşılayacaq.
Polşa mətbuatına müsahibədə D.Medvedev Rusiya-Polşa münasibətlərində əsas problem Polşanın mərhum prezidenti Lex Kaçinskinin faciəvi şəkildə ölümü olduğunu bildirib. Ekspertlər bildirir ki, Medvedevin Polşaya səfəri Rusiya-Polşa arasında olan soyuq buzları əridəcək.
|
07.12.10 Məqaləni oxumaq
|
|
|
|
Türkiyəli diplomat ATƏT-in Baş katibi postuna ən real namizəddir
|
Türkiyəli diplomat Ersin Erçin ATƏT-inin Baş katibi postuna real namizəddir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, , türkiyəli diplomat təşkilata üzv olan 52 ölkədən 25-nin dəstəyini qazanıb.
ATƏT-in Baş katibi postuna seçkilər isə 2011-ci ilin yaz aylarında baş tutacaq.
Qeyd edək ki, hazırda ATƏT-in baş katibi Mark Perren de Brişambodur.
|
06.12.10 Məqaləni oxumaq
|
|
|
ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq
|
Dekabrın 11-də ABŞ Konqresində Amerikada yaşayan Azərbaycanlılar Şəbəkəsi (USAN) seminar keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya USAN-nın mətbuat xidmətindən veriblər. “Amerika-Azərbaycan əlaqələrində Qarabağ amili və Azərbaycan diasporasının rolu” mövzuları müzakirə olunacaq seminarda Azərbaycandan bir sıra millət vəkillərinin iştirakı gözlənilir. ABŞ Konqresində həmçinin azərbaycanlı qadınlar yaradıcılıq qrupu tərəfindən çəkilmiş film də nümayiş olunacaq.
|
04.12.10 Məqaləni oxumaq
|
|
|
“Wikileaks” saytına hücum olub
|
Son günlərin ən çox müzakirə obyekti olan “Wikileaks” saytına giriş dayandırılıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, sayt haker hücumuna məruz qalıb. EveryDNS şirkəti wikileaks.org ünvanının çox sayda DDOS kiber hücumuna hədəf olduğunu bildirib. EveryDNS.net təkcə “Wikileaks”-ə deyil, 500 min sayta xidmət edir və artıq sayta daxil olmaq qeyri-mümkündür. Artıq ABŞ və dünyanın bir sıra mətbuat orqanlarında bu hadisənin amerikalılar tərəfindən edildiyi və “amerikalılar “Wikileaks”-i öldürdü” başlıqlı məlumatlar yayımlayıblar.
|
03.12.10 Məqaləni oxumaq
|
|
|
Ermənistan prezidenti eks həmkarı R. Köçəryanın kadrlarından qurtulmaq istəyir
|
Ermənistan prezidenti Serj Sarkisyan eks prezident Robert Köçəryanın yaxınlarını ətrafından təmizləmək istəyir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, hazırda Baş nazirin müavini, R.Köçəryanın ən sadiq kadrlarından biri Armen Qevorkyanın yaxın zamanlarda vəzifəsindən azad ediləcəyi bildirilir. Onun yerinə isə Ermənistan polisinin rəhbəri Alik Sarkisyan gətiriləcək. Ermənistanın eks prezidenti R.Köçəryan isə S.Sarkisyanın yaxın ətrafı ilə iş aparır. Xüsusilə S.Sarksiyandan narazı olan oliqarx və məmurların R.Köçəryanın ətrafında birləşiblər. R.Köçəryan prezidentin ətrafını əmin edir ki, S.Sarkisyan Türkiyə-Ermənistan münasibətlərində olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həllində də istənilən an istənilən sənədi imzalaya və Qarabağı verə bilər.
|
03.12.10 Məqaləni oxumaq
|
|
|
|