|
Qar Ermənistanı iflic vəziyyətə saldı
|
Bu gün Ermənistana yağan güclü qar yolların bağlanmasına səbəb olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ermənistanın nəqliyyat nazirliyi məlumat yayıb.
Qar nəqliyyatın dayanmasına səbəb olub, gediş-gəliş dondurulub. Ermənistanın Şirak rayonu ilə Araqason tamamilə xizək sürmə meydanına bənzəyib. Qarla əlaqədar Ermənistanın bəzi mərkəz yerləri və rayonları qaranlığa qərq olub. Qazların kəskin azalması isə ölkə əhalisini dondurur.
|
01.02.11 Məqaləni oxumaq
|
|
|
Türkiyə-İran sərhədində silahlı insident baş verib
|
Ötən gün Türkiyə- İran sərhədində silahlı insident baş verib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vanın Özalp mahalına yaxın Yuxarıtulgalı kəndində yaşayan və yanacaq qaçaqmalçılığı ilə məşğul olan Rəcəb Dağgəzən və Altın Cüməli İrandan qeyri-qanuni yolla Türkiyəyə daxil olarkən silahlı hücuma məruz qalıb.
Silahlı hücuma məruz qalan iki qaçaqmalçının biri ölüb, digəri isə ağır yaralanıb. A.Cüməli Özalp Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin tibbi yardımından sonra o, Vana göndərilib. Özalp mahalının rəhbəri hadisənin baş verdiyi əraziyə gedib, İranın hərbi zabitləri ilə görüşüb. Hazırda hadisə ilə bağlı ərazidə araşdırmalar aparılır.
Qeyd edək ki, hadisə baş verən vaxt qaçaqmalçıların yaxınlığındakı 9 baş atın da atəş nəticəsində tələf olduğu bildirilir.
|
01.02.11 Məqaləni oxumaq
|
|
|
Erməni sosioloq: “Ermənistan özünü ləğv edə bilər”
|
Tunis, Misir və Afrika Ermənistan üçün nümunə ola bilər. KƏLAMİNFO xəbər verir ki, Bu barədə Ermənistan Sosiologiya Assosiasiyasının rəhbəri professor Gevorg Poqosyan deyib. Onun sözlərinə əsasən, Ermənistan destruktiv proseslərlə iğtişaşlı ölkəkər sırasına özünü daxil edəcək.
Sosioloq qeyd edib ki, Ermənistan 21-ci əsrdə özünüləğ edən, təsviyyə edən ölkəyə cevrilə bilər. “21-ci əsrdə bir çox ölkələr iqtisadi və siyasi cəhətdən beynəlxalq təşkilatlardan asılı qalaraq, müstəqilliyini saxlaya bilmədi. Təəsuf ki, mənfi tendensiyalar göstərir ki, Ermənistan da bu ölkələr sırasına daxil ola bilər”,- deyə sosioloq vurğulayıb.
|
31.01.11 Məqaləni oxumaq
|
|
|
Gürcüstanda H1N1 virusundan 3 nəfər dünyasını dəyişib
|
Gürcüstanda 85 nəfərdə H1N1 virusuna yoluxma halı qeydə alınıb. KƏLAMİNFO Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Gürcüstan Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzindən bildiriblər ki, virusdan 3 nəfər dünyasını dəyişib. Daha bir nəfərin isə vəziyyəti ağır olaraq qalır.
|
29.01.11 Məqaləni oxumaq
|
|
|
Serj Sarkisyan: "Azərbaycan istənilən sayda hərbi sursat almaq iqtidarındadır”
|
Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış humanitar problemlərin çözümü yalnız konflikt siyasi həllini tapdıqdan sonra mümkündür. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan bildirib.
Onun sözlərinə görə, indiki zamanda humanitar məsələlərin həllində mühüm nəticələr gözləmək olduqca çətindir. "Mən uzunmüddətli sülh barədə danışanda insanların psixoloji hallarını da nəzərə alıram. Azərbaycanda elə bir antierməni ab-hava yaranıb ki, hətta “bütün ermənilərə ölüm” ifadəsi onlarda terminə çevrilib",- deyə S.Sarkisyan vurğulayıb. Humanitar məsələlərə gəlincə isə erməni prezident bildirib ki, bunu 1995-ci ildə həll etsəydik, daha düzgün olardı və 1994- cü ildəki dərdimizi unutmaq üçün daha əlverişli addım sayılardı. “Lakin təəssüf ki, Azərbaycan rəhbərliyi başqa yolu seçdi. Onlar bunu fasilə kimi qəbul edib neftin daha çox fontan vurmasını gözlədi”,-deyə S.Sarkisyan bəyan edib. O həmçinin bugün Azərbaycanın vəsaiti çox olduğunu, hərbi məsələni həll etmək üçün istənilən sayda hərbi sursat almaq iqtidarında ola biləcəyini də təsdiqləyib.
|
28.01.11 Məqaləni oxumaq
|
|
|
|
Barak Obama Rusiya xalqına baş sağlığı verib
|
ABŞ prezidenti Barak Obama Moskvanın "Domodedovo" aeroportunda baş vermiş terror aktını pisləyib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Barak Obama bunun Rusiya əhalisinə qarşı terror aktı olduğunu bildirib.
B.Obama eyni zamanda partlayış nəticəsində ölənlərin ailələrinə və Rusiya xalqına başsağlığı verib. B.Obama ABŞ-ın Rusiyaya bu hadisə ilə əlaqədar yardımı etməyə hazır olduğunu vurğulayıb.
Xatırladaq ki, dünən Domodedovo aeroportunda baş verən partlayış nəticəsində 35 nəfər ölüb, 180 nəfər yaralanıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında qeyd olunur ki, həlak olan 35 nəfərdən bəzilərinin şəxsiyyəti dəqiqləşdirilərək hansı ölkənin vətəndaşları olduğu da müəyyənləşdirilib. Həmin şəxslərin Rusiya, Özbəkistan, Böyük Britaniya, Ukrayna, Tacikistan, Almaniya vətandaşlarının olduğu qeyd edilir.
|
26.01.11 Məqaləni oxumaq
|
|
|
D.Medvedev Davos İqtisadi Forumuna qatılmayacaq
|
Rusiya prezidenti Dimitri Medvedev Domodedovadakı terror aktının baş vermə səbəbini təhlükəsizlik sistemindəki boşluqların olmasıyla əsaslandırıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, D.Medvedev qeyd edib ki, baş verən hadisənin qabaqcadan planlaşdırılmış şəkildə həyata keçirilən terror olması aşkardır.
D.Medvedev terrorun baş verməsində mühafizə sektorunun işini də zəif qiymətləndirib. O, ictimai yerlerdə mühafizə işinin gücləndiriləcəyini bildirib. Bu tədbirlərlə bağlı Rusiya Prezidenti Davosdakı İqtisadi Foruma qatılmayacağını da bəyan edib.
|
25.01.11 Məqaləni oxumaq
|
|
|
S.Lavrov: “Rusiya və Türkiyə əmtəə dövriyyəsini 100 mlrd. dollara qədər qaldırmaq niyyətindədir”
|
Rusiya və Türkiyə bu il əmtəə dövriyyəsini 100 milyard dollara qədər qaldırmaq niyyətindədir. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı İstanbulda Birgə Strateji Planlaşdırma Qrupunun ilk toplantısında iştirak edən xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Rusiya və Türkiyə böyük layihələrdə bir-birilə əməkdaşlıq edir. Bunlar Türkiyədə tikiləcək atom elektrik stansiyası və Bakı-Tbilisi-Ceyhan neft kəməridir.
Sergey Lavrov həmçinin son 10 il ərzində Rusiya bazarında türk şirkətlərinin yüksək fəallığını qeyd edib. Rusiyada türk iş adamları 20 mlrd. dollara yaxın məbləğdə partnyorlarla müqavilələr bağlayıblar. Nazir vurğulayıb ki, son illərdə 3 milyondan çox rusiyalı türk sanatoriyalarında dincəlib.
|
22.01.11 Məqaləni oxumaq
|
|
|
“Google”un həmtəsisçisi Larri Peydj icraçı direktor olacaq
|
“Google” şirkətinin təsisçilərindən biri olan Larri Peydj onun icraçı direktoru olacaq. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, 37-yaşlı Peydj 2011-ci il aprelin 4-dən Erik Şmiti əvəzliyərək vəzifəsinə başlayacaq.
Qeyd edək ki, 55-yaşlı Erik Şmit 2001-ci ildən şirkətin baş direktorudur. O, idarə sədri kimi “Google”da qalacaq.
Xatırladaq ki, “Google” axtarış sistemini 1998-ci ilin ilk yarısında Larri Peydj və Sergey Brinom terabyte ölçüsündəki ucuz disklərləri götürərək “Google.com”un ilk məlumat mərkəzini Larrinin yurddakı otağında qurublar. “Google” axtarış sistemi aya 41 milyarddan çox sorğu emal edir.
|
21.01.11 Məqaləni oxumaq
|
|
|
|
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
Arxiv
|
|
«
| İyul.2025 | | Ďí. | Âň. | Ńđ. | ×ň. | Ďň. | Ńá. | Âń. | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | | | |
|
|