Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Aygün oxusun
02.10.13 23:54

Gözəl səs  deyirlər ruha səfadır,
Ürəyin məlhəmi şirin sədadır,
Nə fərqi mahurdur, şurdur, nəvadır,
Təki xoş səsilə Aygün oxusun.

Qovuşsun muğama söz gözəlliyi,
Ahəngi yaratsın yüz gözəlliyi,
Gözəl ləhni bir də öz gözəlliyi,
Eşqi həvəsilə Aygün oxusun.

Yetişsin ehzazə sevən könüllər
Sevinsin çəməndə çiçəklər, güllər
Qoy xəcalət  çəkib sussun bülbüllər
Sevgi nəğməsilə Aygün oxusun

×atıb fələklərə qəmgin segahi,
Qədəm qoyub bəzmə gözəllər şahi,
Bu nə xoş avazdır, səsdir İlahi,
Haqqın töhfəsilə Aygün oxusun

Məğrur bir Leylidir həyata vurğun
Eşq aləmin etdi özünə məftun,
Eylədi hüsnilə dünyanı məcnun,
Şəkkər nəfəsilə Aygün oxusun

Səsinə vurğundur bu Əziz Pünhan,
Avazı gələndə kimdə qalar can,
Həyata bağlanır səsilə insan,
Yaşatsın hər kəsi Aygün oxusun.

Əziz PÜNHAN
URL / WWW
http://www.kelam.az/article/a-8114.html