Müəllif hüququ
© WWW :
Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Məqələlər
»
Dövlət və din
» Vasim Məmmədəliyev: Prezident seçkiləri Azərbaycan xalqının həyatında taleyüklü məsələdir
19.09.13 17:02
Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Bakıda respublikanın din xadimlərinin iştirakı ilə konfrans keçirilir. Trend-in məlumatına görə, konfrans oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlıdır. QMİ Elmi-Dini Şurasının sədri Vasim Məmmədəliyev tədbiri açıq elan edərək bildirib ki, prezident seçkiləri Azərbaycan xalqının həyatında taleyüklü məsələdir: "Xalq öz taleyini kimə tapşırmağı düşünür, dindarlar da öz növbəsində istəyirlər ki, buna öz münasibətini bildirsinlər".
V.Məmmədəliyev qeyd edib ki, son illər Azərbaycanın əldə etdiyi nailiyyətlər göz qabağındadır.
O çışıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, inkişafının təməlinin qoyulmasında olan əvəzsiz xidmətlərindən bəhs edib. V.Məmmədəliyev daha sonra Prezident İlham Əliyevin son 10 ildə əldə etdiyi nailiyyətlərdən danışıb: "Azərbaycan çox böyük templə inkişaf edir. 150-dən artıq dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilib, neft sektorunun inkişafı, qeyri-neft sektorunun genişlənməsi, təhsil, səhiyyə sistemindəki inkişaf göz qabağındadır".
URL / WWW
http://www.kelam.az/article/a-8102.html