Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Fuad Muradov: “Milli ayrı seçkilik cəhdləri heç kimə baş ucalığı gətirmir”
31.05.13 20:48

“Dünyada müşahidə olunan  ksenofobiya cəhdləri heç kimə baş ucalığı gətirmir. İnterqasiyanın vüsət aldığı qloballaşma dövründə bu cəhdlər çox bəsit səbəblərdir”.  Bu sözləri Bakıda keçirilən Mədəniyyətlərarası dialoq üzrə II Beynəlxalq Forum çərçivəsində BMT-nin “Sivilizasiyalararası Alyans” Təşkilatı tərəfindən “Vətəndaş cəmiyyətlərinin gücləndirilməsi” mövzusunda keçirilən panel müzakirələrdə çıxış edən Milli Məclisin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov bildirib. 
Dünyada mədəni müxtəlifliyə toxunan deputat bunun mühüm olduğunu vurğulayıb və vətəndaş cəmiyyəti təşkilatlarının bu dəyərlərin təbliğində rolunun vacib olduğunu deyib.
 Azərbaycanın mədəniyyətlərarası  inteqrasiya prosesinə böyük töhfələr verdiyini  vurğulayan F.Muradovun  sözlərinə görə, ötən il Bakıda 25 ölkənin iştirakı ilə yaradılmış “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı müxtəlif mədəniyyətlərə malik gəncləri bir araya gətirib. “Rəhbərlik etdiyim gənclər təşkilatı bu mühüm missiyanı üzərinə götürərək tarixi “İpək yolu” üzərində yerləşmiş 27 ölkədə davam etdirir. 
Biz təkcə coğrafi deyil, dünyanın paylaşdığı ümumi dəyərlər əsasında birləşməyin tərəfdarıyıq. Bu baxımdan mədəniyyətlərarası dialoq prinsiplərinin təbliğində vətəndaş cəmiyyəti təşkilatları çox böyük imkanlara malikdir” - deyən F.Muradov  bildirib.  Azərbaycanın çox mühüm bir regionda yerləşdiyini bildirən deputat  dövlətin mədəni müxtəlifliyin və əməkdaşlığın yaradılması üçün dünyanın qəbul etdiyi prinsiplərə sadiq olduğunu vurğulayıb. 

URL / WWW
http://www.kelam.az/article/a-8005.html