Müəllif hüququ
© WWW :
Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Məqələlər
»
Dövlət və din
» Orxan Mansurzadə: Bibiheybət məscidində heç bir oğurluq hadisəsi baş verməyib
05.03.13 19:05
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “İslamazeri.az” saytının baş redaktoru Ramin Bayramovun və saytın əməkdaşı Pərvin Zeynalovun polis bölməsinə aparılmasının Bibiheybət məscidində oğurluq baş verməsi ilə əlaqədar olduğunu təkzib edib. Polisə aparılmalarını da, bunun Bibiheybət məscidində baş vermiş oğurluqla əlaqədar olduğunu da “Media forum”a Pərvin Zeynalov demişdi.
Martın 4-də “Media forum” saytına açıqlamasında Orxan Mansurzadə bildirib ki, Bibiheybət məscidində heç bir oğurluq hadisəsi baş verməyib: “Martın 2-də məsciddə iki nəfər özünü şübhəli apardığına görə kompleksin mühafizə xidməti polis əməkdaşlarına müraciət edib. Müraciət əsasında həmin iki nəfər 8 saylı polis bölməsinə gətirilib. Dedikləri kimi 2 saat yox, 20-25 dəqiqə dindiriliblər, şəxsiyyətləri müəyyən edildikdən sonra buraxılıblar. Məsciddə oğurluq faktına gəlincə, bununla bağlı məscidin istər rəhbərliyindən, istərsə də digər nümayəndələrindən heç bir şikayət daxil olmayıb”.
Orxan Mansurzadə “İslamazeri.az” saytında çalışan jurnalistlərin yenidən polis bölməsinə çağırılmasının texniki xarakter daşıya biləcəyini deyib: “Jurnalistlər 8 saylı polis bölməsinin rəhbərliyi tərəfindən çağırılmayıb”.
URL / WWW
http://www.kelam.az/article/a-7828.html