Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev: Öz prinsipial mövqeyimizdən bir addım belə geri çəkilməyəcəyik
28.12.12 17:25

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Əminəm ki, Azərbaycan xalqında da bu barədə şübhə yoxdur. Sadəcə olaraq biz çalışırıq ki, bunu tezliklə edək. Bu gün işğal altında olan torpaqlara vətəndaşlarımız tezliklə qayıtsın. Tezliklə o şəhərləri biz yenidən tikək, yenidən quraq, bərpa edək”. Bu barədə açıqlama ilə Müşviqabadda qaçqınlar qarşısında çıxışı zamanı Prezident İlham Əliyev çıxış edib. Prezident bildirib ki, işğal edilmiş torpaqlarda hər şey dağıdılıb: “Erməni quldurları, erməni vəhşiləri tərəfindən bizim bütün tarixi abidələrimiz dağıdılıb. Məktəbin idman zalında indi nümayiş etdirilən eksponatlar bizim tarixi sərvətimizdir. Ancaq bizim o muzeylərdə saxlanılan, əsas maddi irsimizin nümunələri artıq ermənilər tərəfindən talan edilib, dağıdılıb, yandırılıb. Bizim məscidlərimiz, qəbirlərimiz dağıdılıb. Bunu ermənilər ediblər, erməni faşistləri ediblər. Bu vəziyyətlə bu gün hələ də barışan beynəlxalq birlik hesab edirəm ki, çox ciddi nəticələr çıxarmalıdır. Çünki Azərbaycanın imkanları, ordumuzun gücü artır. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaqdır. Biz bütün imkanlardan istifadə edib ərazi bütövlüyümüzü bərpa edəcəyik. Münaqişəyə nə qədər tez son qoyulsa, hər kəs üçün də o qədər yaxşı olar”. Prezident əlavə edib ki, biz öz siyasətimizi davam etdirəcəyik: “Öz prinsipial mövqeyimizdən bir addım belə geri çəkilməyəcəyik. Çünki həm beynəlxalq hüquq, həm tarixi ədalət bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, bundan sonra da Azərbaycan torpağı kimi qalacaqdır. Dünya birliyi qondarma Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaqdır. Dağlıq Qarabağda keçirilən bütün saxta seçkilər beynəlxalq birlik tərəfindən tənqid edilir. O saxta seçkilərin nəticələri tanınmayıb”.
URL / WWW
http://www.kelam.az/article/a-7653.html