Müəllif hüququ
© WWW :
Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Məqələlər
»
Dövlət və din
» İran viza rejiminin ləğvi üçün Azərbaycanla danışıqlar aparır
27.12.12 20:49
İran viza rejiminin ləğv olunması üçün bəzi ölkələrlə, o cümlədən Azərbaycan və İraqla danışıqlar aparır. APA-nın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib. Nazir həmçinin Suriyadakı böhrana da toxunub: āİran Suriyadakı böhranın xarici müdaxilə yolu ilə həll edilməsinə icazə verməyəcək.
Bu problemin həlli asan deyil. Amma İran böhranın Suriya daxilindəki qüvvələrin uzlaşması nəticəsində həll olunması və kənar variantlara əl atılmaması üçün tədbirli davranır. Yəni Suriyadakı böhran yalnız suriyalılar tərəfindən həll olunacaq. İranın təklif etdiyi 6 maddəlik plan isə problemin nizamlanması üçün ən yaxşı həll yoludur. Suriya üçün İran təklifindən başqa heç bir həll təklif keçərli omayacaq. Artıq təklifimiz böyük bir dəstək görüb. Planla bağlı hər səviyyədə görüşməyə hazırıq və hər cür konstruktiv tənqid və ya təklifə də açığıqā.
Ə.Salehi İranın nüvə alimlərinin terrora məruz qalması məsələsinin hüquqi müstəvidə araşdırılması üçün beynəlxalq konvensiyanın yaradılmasının məqsədəuyğun saydıqlarını deyib: āİran təklif edir ki, diplomatlar kimi, alimlər üçün də beynəlxalq konvensiya yaradılsın və terrorçular bu cür təxribatlara yol verdikləri zaman həmin sənədə uyğun davranılsınā.
Qeyd edək ki, Ə. Salehi İranın Suriyadakı böhranın həlli üçün irəli sürdüyü 6 maddəlik planı dünən axşam xarici ölkələrin Tehranda akkreditə olunmuş səfirləri və ölkə nümayəndələri ilə müzakirə edib.
URL / WWW
http://www.kelam.az/article/a-7650.html