Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Ey xəyal
14.05.12 19:16

Qapına gəlmişəm ümidçün, ey xəyal

Əlimi tut, gözüm aç
O eşqə, o yara

Gözüm ac

O gözlər gözümdən uzaqda

O əllər əl çatmaz

Boşluq un yetməz

Səs yetməz

O gəlməz, bu getməz

Qapına gəlmişəm ey xəyal

O keçən günlərin adına

Yandığım həsrətin oduna

Qızındır

Barındır

Bu zəif könlümü

Bu həsrət selində

Qalmışam

İncitmə əlində

Bu soyuq, kimsəsiz

Bu qərib, bu səssiz

Bu zülmət işıqsız

Bu yarsız, aşiqsiz

Dünyanı neynirəm

Gedirəm

Xəyalla yan-yana gedirəm

Sevgilim yaşayan

Ünvana gedirəm.
URL / WWW
http://www.kelam.az/article/a-6306.html