Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » "Dəmbəlo şikəstəsi" - Masallı simfoniyası
10.01.12 16:18

Onun müəllifi SARƏNG böyük bəstəkarımız Üzeyir bəy Hacıbəylinin tələbəsi olub

Ədəbi təxəllüsü Sarəng olan təbib-alim, bəstəçi- şair Mir Kazım Aslanlını kim tanımır ki?! Görünür, bu təxəllüs də "Dəmbəlo şikəstəsi" kimi yarımçıq qalmış ömrünün qismət payı imiş! Deyilənlərə görə, əfsa-nəvi Səməndər quşu timsallı sarəng adlı balaca nəğməkar bir quş olub; Dəmbəlo dağının döşündən pər-vazlanıb, İstisuda yuyunub, Yanardağda pak vücudu ilə odlara tutuşub və yanaraq nəsli kəsilib...
Sarəng tək alış, yan, alovun ərşə ucalsın, Can atəşinə qoy isinən millətin olsun!Bu, Mir Kazım ömrünün qayəsi-kredosu idi. Bir mənası da "yüz rəng" olan Sarəng təxəllüsünün sahi-binə tanrı bir neçə istedad bəxş eləmişdi. Belə nadir insanlara dünyada həmişə təsadüf olunmur. Bir neçə sənətin mahir bilicisi olan Sarəngi öz zəmanəsində müasirləri çox yaxşı tanıyırdılar. O, görkəmli alim, cəfakeş həkim, pedaqoq, şair, tərcüməçi, bəstəkar, musiqişünas olaraq geniş şöhrət qazanmış-dı. Elə Sarəng ömrünün davamı da onun parlaq istedadından yadigar qalan könül əmanətləridir.
Sox təəssüflər olsun ki, sağlığında olduğu kimi, ölümündən sonara bir müddət elimizin-obamızın bu mənəvi ZİRVƏSİ görməməzliyə vurulub.
Bəli, ötən əsrin sərt döngələrini, keşməkeşlərini yaşamış Sarəng - M. K. Aslanlı əhatəsində ömür sü-rən adamlardan - hətta həmkarlarından, yaxınlarından ağır məhrumiyyətlər görmüş, haqsız sıxışdırılmış, in-cidilmişdir. Sanki dünyanın on iki millətinin və xalqının dilini bilən bu insani, böyük MİLLƏT AŞİQİNİ öz doğma dilində anlamaq, başa düşmək istəməmişdilər.
Düzdür, şəxsiyyətə pərəstiş dövrünün evlər yıxıb, qapılar bağladığı vədələrdə bəy oğlu Mir Kazım As-lanlının başının üstünü almış qorxunc buludları dahi bəstəkarımız Üzeyir Hacıbəyli dağıtmış, onu müdafiə etmişdir. Ancaq həmişə fitri istedadına paxıllıq, qısqanclıq edənlər dünyasını dəyişən günəcən onu işləmiş, ömrünü qayçılamışdır.
Otuzuncu illərin tamamında Üzeyir bəylə ünsiyyəti M.Aslanlının konservatoriyada təhsil alması, bəstə-çilik və ifaçılıq sənətinə yiyələnməsiylə sonuclanır. Buna qədər isə o, iki ali məktəb - Azərbaycan Kənd Tə-sərrüfatı və N.Nərimanov adına Dövlət Tibb İnstitutunu bitirmişdi. Tibb institutunda dərs deyir, Azərbaycan Dövlət Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunda müalicə metodları ilə məşğul olurdu.
Üzeyir bəy hətta ona - Mir Kazım bəyə piano da bağışlamışdı. Mir Kazım bəyin evində tar, ud, setar, rü-bab, vialino, qopuz kimi musiqi alətləri varvə o bu alətlərdə çox gözəl ifa edərmiş. Onun "Aşiqin son nəğ-məsi", "Sarı bülbül fantaziyası", "Müxəmməs", "Masallı masallan", kimi əsərləri bu gün də Azərbaycan ra-diosunun qızıl fondunda saxlanılır.
... Mir Kazım bəyin ən çox ülfət bağladığı, sevdiyi musiqi aləti skripka olub. Bəlkə elə bu üzdəndir ki, tə-ləbəlik illərindən xatirə qalan yeganə şəkli də bu alətlə çəkilib. Deyilənlərə görə skripkanı özü ilə gəzdirər-miş. Və ən maraqlısı odur ki, Azərbaycan radiosunun Qızıl Fondunda saxlanılan lent yazılarının çoxu da skripka ilə ifa etdiyi melodiyalardan ibarətdir. "Muğam-Bayatı", "İntizar", "Uca dağlar", fantaziyası və s. Mir Kazım bəyin musiqi dünyasından soraq verir.
M.Aslanlının arxivində Üzeyir Hacıbəylinin anadan olmasının 80 illlinə ithaf etdiyi bir əsər də var: "Azər-baycan xalq musiqi dilində dörddəbir ton ölçülü səslər və onların nota yazılması işarələri". 1965-ci ildə ta-mamladığı bu əlyazmanın giriş hissəsindən məlum olurki, müəllif uzun müddət Azərbaycan musiqisini də-rindən öyrənməyə, xalq havalarını, muğamları təhlili yolla mənimsəməyə vaxt sərf etdikdən sonra bu ma-raqlı elmi əsəri ərsəyə gətirib.
Ən maraqlı cəhətlərdən biri də budur ki, M.Aslanlı bu əsəri əski və kiril əlifbası ilə ana dilində, eyni za-manda rus dilində qələmə almışdır.
2 sentyabr 1988-ci il tarixli "Ədəbiyyat və incəsənət" qəzetinin 36-cı sayında filologiya elmlər namizədi, şair Dəmir Gədəbəyli yazırdı:
"Həyatdan vaxtsız köçmüş tibb elmləri namizədi, dosent Kazım Aslanlının həm də musiqi ixtisası vardı. O, böyük bəstəkarımız Üzeyir Hacıbəylinin tələbəsi olmuş, gözəl skripka, piano çalırdı, musiqi bəstələyir-di. Skripkada "Baş müxəmməsi" çalanda könülləri titrədərdi... Kazım Aslanlı bizim musiqidə - Şərq musiqi-sində nota almaq işini asanlaşdıran səslər barədə elmi iş yazmışdı... Ancaq bəzi bəstəkarlarımız ona bu məsələni "açıb-ağartmamağı" tövsiyə etmişdi. Çünki Avropa musiqisində 1/4 səslərin yazılışı yoxdu. O vaxtlar K.Aslanlı Fizika institutunda laboratoriya şəraitində həmin səsləri ölçdürmüş və mövcud olmasını təsdiq edən sənəd də gətirib əsərinə əlavə etmişdi. O, həmin səslərə uyğun yeni pianinonun sxemini də vermişdi. Ancaq çox təəssüf ki, alimin işinə əhəmiyyət verən olmadı..."
Yeri gəlmişkən, bu əsərə iki rəy də verilib. Onlardan biri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konser-vatoriyasının müəllimi, bəstəkar B.İ.Yermolayevə, digəri o vaxtlar Sumqayıt musiqi məktəbinin baş müəlli-mi, bəstəkar Oqtay Kazımova məxsusdur. Hər iki rəy rus dilində yazılıb və elmi iş haqqında yüksək fikirlər söylənilib.
50-ci illərdə Mir Kazım bəyin bəstələdiyi "Pambıqçı qız" mahnısını tanınmış müğənnilərimizdən Töhfə Əliyeva, Fatma Mehrəliyeva ifa ediblər. Bundan başqa Mir Kazım bəyin "Oxu mənə nazlı gözəl", "Misirli qız" bəstələri, "Hindli dostuma", "Sarı bülbül" fantaziyaları "Nə gözəldir bu cahan" romansı və digər musiqi əsərləri var.
Ölümündən qabaq Mir Kazım bəyin üzərində işlədiyi simfonik muğamı isə yarımıçıq qalıb. "Dəmbəlo şi-kəstəsi" adlandırdığı bu simfoniya müəllifin digər əlyazmaları kimi "yoxa" çıxıb. Tək-tük qalan əlyazmaların arasında V.Şekspir, Oskar Uayld, R.Taqordan etdiyi tərcümələri, "Tomris" adlı mənzum dramı gözəl və poetik dillə qələmə alınıb.
Bəli, doğma yurdunun dahi sənətkarlarını böyük məhəbbətlə sevən, şerlərində təbiət gözəlliklərini tərənnüm edən bu cəfakeş, incə qəlbli insanın özünəməxsus musiqi dünyası olub.
Şer ilə musiqini sevməyə məhkum olalı, Ayrılıq atəşi Sarəngi də pərgar elədi.
Mir Kazım bəy Azərbaycan muğamlarına da çox yaxşı bələd idi. Yazdığı melodiyaların əksəriyyəti məhz muğam üstündə köklənib. "Sözün yeri könül, ismarlandığı yer düşüncədir, meydana çıxaran dildir" - Həz-rət Əli (ə) belə buyurmuşdu. Mir Kazım bəyin aləmində poeziya ruhun musiqisi, musiqi də qəlbin poeziya-sı anlamıyla səslənir.
Söz var musiqidir ruhun qidası, Qəlbin məlhəmidir, eşqin sədası. ... Ey həkim, olsaydım yerində sənin, Musiqi olardı adı nüsxəmin. Birinə yazardım mən "Şəbi-Hicran", Birinə yazardım "Sevgili canan"...
Həkim-şairin vəsfində musiqi xəstəni sağlamlaşdıran əvəzsiz bir nemətdir:
... Dərdi əridərdim, tez qocaldardım, Xəstəmi çalğıyla mən sağaldarım.
Deyilənlərə görə, öz disstertasiyasını tarda ifa etdiyi muğamın sədası altında müdafiə edib! Sarəngin tə-ləbəsi Paşa Qəlbinur deyir ki, auditoriyada ən şıltaq tələbəni şeirlə, musiqiylə ram edib ovsunlayardı... Tələbələr Sarəngin şirin söhbətlərini dinləmək üçün onu evinə qədər ötürərlərmiş. Xalq şairi S. Rüstəm-xanlı, Xalq yazıçısı M. Süleymanlı, professor Aqşin Babayev, şair Məhəmməd Baharlı, yazıçı Nahid Ha-cızadə, masallılı akademik B. Tağıyev, professorlar F.Saqıqov, Z. Ağayev, M.Quluzadə, tənqidçi-alim V. Yusifli və onlarca görkəmli elm adamlarının, yüzlərlə tələbəsinin Sarənglə bağlı maraqlı xatirələri var.
Şerlərində, qəzəllərində, rübailərində Sarəng öz dərdini yazan el aşığına bənzəyir, elə ifa elədiyi melo-diyaları da sanki EŞQİN və QƏMİN üstündə kökləyirdi...
Bənövşə carçıdır sevda dəmindən, Üzündə möhrü var hicran qəmindən. Üstündə gördüyün şeh damcıları, Yəqin göz yaşıdır yar sitəmindən.
"Dağlar, sizə gəldim deməyə dərdimi, dağlar!"- deyən şairin qəlbinin fərəhi də, dərdinin məlhəmi də özü-nə, sənətə, haqqa və Vətənə inamı idi:
Sarəng, həqiqətə, haqqa sən yar ol, Nakəsdən, alçaqdan, çalış kənarol. Ey sənət, ey Vətən, ey haqq sən var ol, Yalan zəlalətə düşməyə bilməz!..
Ancaq həyatı başa düşməklə insanları tanımaq ayrı-ayrı şeylərdi. Nakəsdən, alçaqdan uzaqlaşmaq Sa-rəng üçün də çətin olub. Və əgər belələrinə ürcah olmasaydı, Dəmbəlo dağının döşündə indi həqiqətən də Gülüstan adlı dünyaşöhrətli bir kurort şəhəri olacaqdı! Çox işıqlı arzuları kimi bu niyyətinin üstündən qara xətt çəkənlərsə az deyildi:
Sarəng rəqiblərin qüwətli çıxdı,
... Tikdiyin sarayı dostların yıxdı.
El sözü dedilər şerlərinə,
Səni bu böhtanlar yamanca sıxdı.
Bu şer də üstünə saysız-hesabsız uydurmaların hücum çəkdiyi Mir Kazım bəyin avtoportretidi. Təbii ki, hər dövrün vəfasız "dostlan" olur.
Sarəngin süfrəsinin başında oturan, bir elmi müəssisədə çalışdığı üzdəniraq alimlər belə onu dədə-ba-basının bəy olduğuna, özününsə kommunist partiyasının üzvü olmamasına görə qınayır, əslində isə dedi-yimiz kimi, fitri istedadına paxıllıq edirdilər.
Aşıb-daşacaqdır ellər qəlbində, Mənim gövhərlərim vaxtı gələndə...
Bu da Mir Kazım bəyin uzaqgörənliyindən soran verən könül təranəsidir. Ona görə - ÖLÜM ömrün so-nu deyil, mənzilbaşıdır:
Ölüm yoxdur bu aləmdə, cismim cismə təbəddüldür.
- deyəndə də Sarəng öz RUHUNUN əbədiyaşarlığına inanırdı.
...Onun əziz ruhunun şad və yad olunmağa böyük haqqı var.
1992-ci ildə Sarəngin 80 illik yubileyi Masallıda adına layiq qeyd olundu. Lakin 2002-ci ildə 90 illik yu-bileyinin keçirmək təklifinə məhəl qoyan olmadı. Söz yox ki, Sarəngin zəngin ədəbi irsinin öyrənilməsi da-vam etdirilir. 1996-cı ildə 85 illik yubileyi ərəfəsində oxuculara onun "Elə baxma, lalə" şer və qəzəllərdən ibarət kitabını təqdim etmişdik. Həyat və yaradıcılığına həsr olunmuş "Yarımçıq qalmış şikəstə" monoqra-fiyası çox az - 300 tirajla olsa da 95 illik yubileyi ərəfəsində Sarəngsevərlə hədiyyə edildi. Əminəm ki, Masallıda bu il keçiriləcək ədəbi-bədii XATİRƏ gecəsi Sarəngin 100 illiyinə ən gözəl töhvə olacaqdir.
REDAKSİYADAN: Bu günlərdə dinləyicilərə Azərbaycan Radiosunda "Sarəng ömrünün hekayətələri" adlı bir saatlıq maraqlı veriliş təqdim olundu. Həmin verilişin araya-ərsəyə gəlməsində müstəsna xidməti olan yazıçı-jurnalist Nurəddin Ədiloğlunun ƏN BÖYÜK ARZUSU SARƏNGİN - Mir Kazım Aslanlının 100 yubileyini Azərbaycan Dövlət Flarmoniyasinda keçirməkdir.
URL / WWW
http://www.kelam.az/article/a-5608.html