Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Akademik Milli Dram Teatrı diploma layiq görülüb
28.10.11 02:36

Dövlət Akademik Milli Dram Teatrı diploma layiq görülüb. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, diplom teatr kollektivinə Daşkənddə keçirilən “Theatre.UZ/2011” Beynəlxalq Teatr Festivalında verilib. Beynəlxalq Teatr Festivalının təşəbbüskarları Özbəkistanın Mədəniyyət və İdman İşləri Nazirliyi, "Mədəniyyət və incəsənət Forumu" Fondu və "Özbəkteatr" Birliyi olub. Bildirilir ki, Almaniya, Böyük Britaniya, İsrail, Ukrayna və başqa ölkələrin teatr kollektivlərinin iştirak etdiyi teatr bayramında səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, aktyor və rejissorlar, tələbələr, jurnalistlər də iştirak ediblər. Xatırladaq ki, Dövlət Akademik Milli Dram Teatrı festivalda fransız dramaturqu Jan Koktonun "İnsan səsi" tamaşası ilə təmsil olunub.
URL / WWW
http://www.kelam.az/article/a-5079.html