Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Pan Ki Mun Beynəlxalq Miqrantlar Günü münasibətilə müraciət ünvanlayıb
17.12.09 20:33

BMT-nin Baş katibi Pan Ki Munun Beynəlxalq Miqrantlar Günü münasibəti ilə dünya əhalisinə müraciəti olub. Müraciət Beynəlxalq Miqrantlar Gününün onuncu ildönümü ilə əlaqədar ünvanlanıb. Baş katib müraciətində cari ilin qiymətləndirilməsinə görə təxminən 200 milyon insan və yaxud dünya əhalisinin 3 faizinin anadan olduğu ölkənin hüdudlarından kənarda yaşadığını vurğulayıb. “Miqrasiya – miqrantların özləri, eləcə də mənşə və qəbul edən ölkələrin cəmiyyətləri üçün müsbət və imkanlar yaradan təcrübə ola bilər. Amma bir çox miqrantlar üçün reallıq ayrı-seçkilik, istismar və təhqirdir. Onlar tez-tez nifrət dolu nitqin, təcavüzün və zorakılığın hədəfi olurlar. Miqrantlar haqsız olaraq cinayət və iqtisadi çətinliklərin səbəbi kimi günahlandırlır və geniş yayılmış ayrı-seçkiliyə məruz qalırlar”. Qlobal iqtisadi və maliyyə böhranının miqrantları daha da zəiflətdiyini söyləyən Pan Ki Mun bir çox ölkələrin miqrasiyaya dair məhdudiyyətləri gücləndirdiyini və tənzimlənməyən miqrasiya ilə mübarizə aparmaq üçün daha möhkəm tədbirlər qəbul etdiyini qeyd edib. O, belə tədbirlərin istismar və təhqir riskini qaldıra biləcəyini, həmçinin anti-immiqrant və ksenofobiya xarakterli fikirlərin yaranmasında qismən miqrantların günahı olması təəsüratını da gücləndirə bildiyini söyləyib.
URL / WWW
http://www.kelam.az/article/a-484.html