Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbərlərinin adları açıqlanıb
29.04.11 21:03

ABŞ prezidenti Barak Obama Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbərlərinin adlarını açıqlayıb. ABŞ müdafiə idarəsinə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Leon Panetta rəhbərlik edəcək. Onun yerini isə NATO-nun Əfqanıstandakı qüvvələrinin komandanı Devid Petreus tutacaq. «KƏLAMİNFO»nun «Associated Press»ə istinadən yaydığı məlumata görə, Panetta öz səlahiyyətlərinin icrasına yayda başlayacaq. Məhz o zaman Pentaqonun indiki rəhbəri Robert Geyts təqaüdə çıxacaq. Petreus beləliklə, öz səlahiyyətlərinin icrasına payızdan tez başlamayacaq. Əfqanıstandakı ABŞ qoşunlarına komandanlıq isə Con Allenə keçəcək. Obama ABŞ-ın Əfqanıstandakı səfirinin də adını açıqlayıb. Bu, Rayan Krouer olub. Yeni təyinatlar heç kim üçün gözlənilməz olmayıb. Belə ki, bu təyinatlar barədə ABŞ KİV-də məlumatlar hələ aprelin əvvəlində yayılmışdı.
URL / WWW
http://www.kelam.az/article/a-3437.html