Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Prezident əyalətlərdə oldu
07.05.10 23:03

Dövlət başçısının əyalətlərə səfəri xeyir-bərəkət gətirər…

Son illər Salyan rayonunun sosial-iqtisadi inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında bu rayonun inkişafı ilə bağlı nəzərdə tutulan mühüm tədbirlər uğurla icra edilir. Ötən il rayonda bir çox yeni layihələr həyata keçirilib, ümumi məhsul istehsalının həcmi 2003-cü illə müqayisədə 2 dəfə artaraq 125,3 milyon manata çatıb. Bu dövrdə sənaye məhsulunun həcmi 6,6 dəfə, kənd təsərrüfatı məhsulunun istehsalı isə 4,1 dəfə çox olub. Rayonda sosial və istehsal təyinatlı obyektlərin inşası aparılıb, təhsil sahəsində həyata keçirilən islahatlara uyğun olaraq məktəb tikintisi davam edib. Son illərdə 2220 şagird yeri olan 13 yeni məktəb binası, 540 şagird yerlik 27 əlavə sinif otağı tikilib, 14 məktəbdə əsaslı təmir işləri aparılıb. 2003-2009-cu illərdə 9896-sı daimi olmaqla 12312 yeni iş yeri açılıb.
Cari ilin birinci rübündə Salyanda sosial məsələlərin həlli istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilib, tikinti-quruculuq və abadlıq işləri davam etdirilib.
Ələt-Astara-İran avtomobil yolu

Prezident İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsinin açılışında iştirak etdi.
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verdi.
Nəqliyyat Nazirliyinin sifarişi ilə Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 9-31-ci kilometrlik mənzili də yenidən qurulub. Tikintisinə 2006-cı ilin dekabrında başlanmış yolun yenidən qurulan hissəsinin uzunluğu 22 kilometrdir. 1b texniki dərəcəli yolun eni 27,5 metr, hərəkət zolaqlarının sayı 4, hər bir zolağın eni isə 3,75 metrdir. Yolun 2 hərəkət hissəsi var. Ayırıcı zolağın eni isə 5 metrə çatır. Magistralın üzərində iki yolötürücü, Şirvan kanalı üzərində isə 54 metr uzunluğunda bir körpü inşa olunub. Yol boyu 4 düzbucaqlı boru, 36 dairəvi boru, 4 mal-qara keçidləri tikilib.
Salyan- Soyuducu Anbar Kompleksi

Prezident İlham Əliyev Salyanda Soyuducu Anbar Kompleksinin açılışında iştirak etdi. Tikintisinə 2008-ci ildə başlanılan və 5 hektar ərazini əhatə edən kompleks Prezident İlham Əliyevin tapşırığına əsasən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına inşa olunub. Kompleksin anbar hissəsinin sahəsi 9 min kvadratmetrdir. Ərazidə inzibati bina, soyuducu kamera, boş qablar anbarı, emal sexi, ofis və digər yardımçı binalar inşa olunub. Kompleksdə çeşidləmə bölməsi, iki gözləmə kamerası, o cümlədən ümumi tutumu 250 tondan 500 tonadək olan 20 soyuducu kamera var. Kompleksdə ət və toyuq, həmçinin balıq məhsullarının saxlanması üçün ayrıca 500 tonluq 3 kamera mövcuddur. Kompleksdə 10 min tona qədər digər kənd təsərrüfatı məhsullarının saxlanmasına da imkan var. Burada 150 nəfərin daimi, 300 nəfərin isə mövsümi işlə təmin olunması üçün bütün şərait yaradılıb.
Soyuducu anbar Salyan rayonu ilə yanaşı, qonşu rayonlara da xidmət göstərəcək. Kompleksdə 10 min tonluq müsbət və 500 tonluq mənfi temperaturlu rejimdə işləyən saxlanma sistemi fəaliyyət göstərir. Gün ərzində 100 ton məhsul qəbul etmək imkanında olan kompleksə gətirilən meyvə-tərəvəz əvvəlcə birinci gözləmə zalında müsbət 15 dərəcədə 24 saat saxlanılır. Sonra çeşidləmə bölməsində hər bir məhsul keyfiyyətinə görə bir neçə növə ayrılır. Burada bir dəfəyə 4 növ məhsulun çeşidlənməsi aparılır. Kompleksdə hər bir məhsul 90-180 gün saxlanıla bilir.
Prezident İlham Əliyev Salyanda ELEKTRİK YARIMSTANSİYANIN VƏ YÜKSƏKGƏRGİNLİKLİ hava xətlərinin istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə iştirak etdi. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısına həyata keçirilən inşaat işləri və bu energetika qurğularının əhəmiyyəti barədə ətraflı məlumat verdi. Bildirildi ki, 220 və 330 kilovoltluq yüksəkgərginlikli hava xətlərinin inşasına 2006-cı ildə başlanıb. Beş hektar ərazidə yerləşən bu obyektin bünövrəsi Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
Bununla da Prezident İlham Əliyevin Salyan rayonuna səfəri başa çatdı.
Biləsuvar-Heydər Əliyevin abidəsini ziyarət

Prezident İlham Əliyev Biləsuvar rayonunda oldu. Prezident əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Biləsuvar rayonunun mərkəzində ucaldılan abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Prezident İlham Əliyev Biləsuvar DAİRƏVİ AVTOMOBİL YOLUnun açılışında da iştirak etdi. Yolun inşasına 1990-cı ildə başlansa da, torpaq yatağının bir hissəsi tikildikdən sonra maliyyə çatışmazlığı səbəbindən işlər dayandırılmışdı. Yolun strateji əhəmiyyətini nəzərə alan dövlət başçısı 2008-ci ildə Nəqliyyat Nazirliyinə tikinti işlərinə başlanması barədə tapşırıq verdi. Təsadüfi deyil ki, avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsindən sutkada 7300-dən çox avtomobil keçir.
Prezident Biləsuvarda REGİONAL ANA VƏ UŞAQ MƏRKƏZİnin binası ilə tanış oldu. Təməli 2009-cu ildə qoyulan Biləsuvar Regional Ana Və Uşaq Mərkəzinin tikintisi bir il ərzində davam edib. Mərkəzin üçmərtəbəli binası 32 çarpayılıqdır.
Burada üç cərrahiyyə bloku, rentgen otağı, poliklinka, bərpa, ginekologiya, ana və uşaqların sağlamlığı, o cümlədən müalicə şöbələri vardır. Artıq mərkəz üçün tibbi avadanlığın alınması ilə bağlı sifarişlər verilmişdir. Mərkəz tam fəaliyyətə başladıqdan sonra burada 42 həkim çalışacaq.
Prezident İlham Əliyev Biləsuvarda yeni GÖMRÜK BURAXILIŞ MƏNTƏQƏSİnin açılışında iştirak etdi.
İnşasına 2007-ci ildə başlanmış məntəqənin ümumi sahəsi 40 hektardır. Məntəqənin ərazisində ümumilikdə 8 bina var. Burada 50 nəfər işləyir. Gömrük buraxılış məntəqəsindən gündə 200 avtomobil və 1200 nəfər buraxılır. Ərazidə müvəqqəti saxlanc və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq inşa edilib. Məntəqədə yük və nəqliyyat vasitələrinin nəzarəti ən müasir tələblər səviyyəsində həyata keçirilir.
Prezident İlham Əliyev gömrük buraxılış məntəqəsində kinoloqların təlim prosesini izlədi.  
Müasir Konserv Zavodu işə salındı

 
Prezident İlham Əliyev Biləsuvara səfəri çərçivəsində “Azərsun” Holdinqin “Natural Green Land” kənd təssərrüfatı müəssisəsinin və konserv zavodunun açılışında iştirak etdi. “Azərsun” Holdinqin “Natural Green Land” kənd təsərrüfatı müəssisəsi İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti və “Azərsun” Holdinqin vəsaiti hesabına inşa edilib. Müəssisənin 3450 hektar əkin sahəsi var ki, onun da 2839 hektarı suvarılan sahələrdir. Müəssisədə 250 nəfər işlə təmin olunub. Lakin mövsümlə əlaqədər 2500-ə yaxın işçi qəbul edilir. Əkilən torpaq sahələri əvvəllər örüş yeri kimi istifadə edilsə də, indi əraziyə drenaj kanalları çəkilib. Suvarma avadanlığı xarici dövlətlərin aparıcı şirkətləri tərəfindən hazırlanıb.
Zavodun ümumi ərazisi 19 min kvadratmetrdir. Burada 600 nəfər işlə təmin edilib. Müəssisədə Türkiyə, Almaniya və İtaliya istehsalı olan müasir avadanlıq quraşdırılıb. Bu il 99,6 hektar ərazidə 50 minə yaxın nar, 5,8 hektar ərazidə 3 minə yaxın heyva ağacının əkilməsi planlaşdırılıb. Əkin sahələrini becərmək üçün müəssisə müasir texnika ilə tam təmin olunub.
Zavodda iki yaşıl noxud istehsalı, bir tomat pastası və bir turşu istehsalı xətləri var. Müəssisənin illik gücü 60 min tona bərabərdir. Burada məhsulların saxlanılması və inkubasiyası üçün 3 anbar da var. Onların ümumi sahəsi 7200 kvadratmetrdir. Hər birində 3000 ton məhsul saxlamaq mümkündür. Ümumilikdə 31 çeşiddə tomat pastası, 45 çeşiddə turşu, 20 çeşiddə yaşıl noxud, 5 çeşiddə qarnir və 9 çeşiddə müxtəlif tərəvəz konservləri istehsal edilir. Zavodun məhsulları daxili bazarla yanaşı, MDB, Yaxın Şərq və Avropa ölkələrinə ixrac edilir.
Sonra işçilər qarşısında çıxış edən dövlət başçısı zavodun fəaliyyətinin uğurlu olacağına şübhə etmədiyini bildirdi: “Azərsun Holdinq”in bu günə qədər gördüyü işlər, onların hamısı uğurlu olmuşdur. Azərbaycanın hərtərəfli inkişafı üçün böyük investisiyalar qoyulub. Bu gün zavoda daxil olarkən, asılan fotoşəkillərə baxarkən bir daha o əvvəlki illərdə iştirak etdiyim açılışları xatırladım. İmişli şəkər zavodunun tikintisi demək olar ki, Azərbaycanda yeni sənayenin başlanmasına gətirib çıxardı. Bu gün biz artıq nəinki şəkəri idxal etmirik, ixrac edirik. Xaçmaz rayonunda 2003-cü ildə, deyə bilərəm ki, bu sahədə birinci böyük müasir müəssisə yaradılmışdır - Qafqaz konserv zavodu. Ümid edirəm ki, “Azərsun Holdinq” gələcəkdə Lənkəranda, Biləsuvarda, Bakıda öz fəaliyyətini genişləndirəcək”.
Prezident İlham Əliyev Cəlilabadda

Prezident İlham Əliyev Biləsuvardan sonra Cəlilabad rayonunda oldu.
Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi.
Sonra Prezident İlham Əliyev Cəlilabad “Şərab-2” ASC-nin açılışında iştirak etdi. Dövlət başçısına şərab zavodunun ən müasir texnologiyaların tətbiqi əsasında qurulduğu barədə məlumat verildi. Müəssisənin istehsal gücü ildə 8 min tondur.
Prezident İlham Əliyev sonra Cəlilabad rayonunda ƏLİL VƏ ŞƏHİD AİLƏLƏRİ üçün inşa olunmuş dördmərtəbəli, 36 mənzilli yaşayış binasının istifadəyə verilməsi mərasimində iştirak etdi.
Daha sonra dövlət başçısı Cəlilabadda yeni inşa edilmiş MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNİN açılışını bildirən lenti kəsdi. Üçmərtəbəli əsas korpusdan, yardımçı binalardan və köməkçi qurğulardan ibarət olan mərkəzdə müayinə və müalicə üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev burada Cəlilabad rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Rayon sakini Gülər İsgəndərova cəlilabadlıların ən xoş arzularını dövlət başçısına çatdırdı.
Prezident İlham Əliyev TARİX-DİYARŞÜNASLIQ MUZEYİNİN açılışında da iştirak etdi. Muzeyin müxtəlif bölmələrində Cəlilabadın qədim tarixini, mədəniyyətini əks etdirən eksponatlar, o cümlədən rayonda aparılan arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar nümayiş etdirilir.
Sonra dövlətimizin başçısı Cəlilabadda ŞAHMAT MƏKTƏBİNİN açılışında iştirak etdi. Burada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, məktəbin müasir maddi-texniki bazası var.
Dövlətimizin başçısı GÖYTƏPƏ SU ANBARINDA aparılan işlərlə də tanış oldu. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə məlumat verdi ki, bu su anbarı 300 hektar torpaq sahəsinin suvarılmasına imkan yaradacaqdır.
Daha sonra Prezident İlham Əliyev DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN Göytəpə sərhəd dəstəsinə gəldi. Dövlət başçısı sərhəd dəstəsinin plan-sxemi ilə tanış oldu. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev məlumat verdi ki, prezident İlham Əliyevin təsdiq etdiyi proqrama əsasən sərhəd dəstəsində geniş yenidənqurma işləri aparılıb.
URL / WWW
http://www.kelam.az/article/a-1192.html