Müəllif hüququ
© WWW :
Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Məqələlər
»
Dövlət və din
» Seyyid Həsən Amili hər il Qədr gecəsi ermənilərə lənət oxuyur
07.05.10 23:03
Yaxın Şərqin nüfuzlu din xadimlərindən olan Ərdəbilin imam-cüməsi Seyyid Həsən Amili Ermənistanı kəskin ittiham edib. O, ermənilərdən Qarabağı dərhal tərk etmələrini tələb edib. KəlamİNFO xəbər verir ki, bu fikirləri S.H.Amili öz növbəti xütbəsində bəyan edib.
O, qeyd edib ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində heç bir uğur əldə edə bilmir. Bununla yanaşı, alim xatırladıb ki, Ermənistan müraciətə heç bir reaksiya verməsə də, qonşu Azərbaycan İranın bu münaqişəsinin həlli istiqamətində vasitəçiliyini qəbul etməyə razılaşıb. “Müsəlmanlar yenidən Qarabağ məscidlərindən “Allahu əkbər” sədaları eşitməlidir. Dağlıq Qarabağ yenidən Azərbaycanın tərkibinə qaytarılmalı, Ermənistan isə Qarabağ ərazisindən rədd olmalıdır”, - deyə alim bildirib. Həmin xütbədə Ərdəbildə səfərdə olan Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da iştirak edib. Həsən Amili ilə keçirilən görüşdə Azərbaycan-İran münasibətlərinin inkişafına dair fikir mübadiləsi aparılıb. Azərbaycanla İran arasında əlaqələrin tarixi bağlılığından bəhs edən Ayətullah Amili qeyd edib ki, o, hər il Qədr gecəsi ermənilərə lənət oxuyur. Qarabağın tarixi Azərbaycan torpağı olduğunu diqqətə çatdıran ev sahibi bildirib ki, erməni cəlladları Xocalı şəhərini tar-mar edib, günahsız insanları şəhid etməklə, bütün müsəlman aləminə qarşı ağır cinayət törədib. Bu cinayət heç vaxt unudulmamalıdır.
Aşkar və şəffaf mövqeyinə görə Həsən Amiliyə təşəkürünü bildirən Cavanşır Axundov qeyd edib ki, Azərbaycan xalqı İrandan həmişə ədalətli mövqe gözləyir.
URL / WWW
http://www.kelam.az/article/a-1178.html