Müəllif hüququ
© WWW :
Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Məqələlər
»
Cəmiyyət
» Bakının Mərkəzi Nəbatat Bağında “Uşaqlıq dövrün texnalogiyaları” adlı xeyiriyə aksiyası keçiriləcək
23.10.09 03:47
Oktyabrın 24-də Bakının Mərkəzi Nəbatat Bağında uşaq oyun inşasına həsr edilən “Uşaqlıq dövrünün texnalogiyaları” adlı xeyiriyə aksiyası keçiriləcək. Bu məlumatı KƏLAMİNFO-ya “İteca Caspian” şirkətindən veriblər. Aksiya çərçivəsində ən müasir uşaq yelləncəkləri və atraksiyonları yerləşdiriləcək. Onlar uşaq meydançası üçün ayrılmış xüsusi ərazidə yerləşdiriləcəklər. Bu aksiya “BakuTel” Azərbaycan Beynəlxalq Sərgisinin 15-ci yubileyi, həmçinin Azərbaycanda Uşaq İlinin tədbirləri çərçivəsində həyata keçirilir. Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında dünyanın müxtəlif botanika-coğrafi regionlarından, o cümlədən Azərbaycan florasından 2 000-dən çox ağac, kol, gül və sıx otlu bitkilərdən kolleksiya yaradılıb. Hazırda Mərkəzi Nəbatat Bağında Azərbaycan və keçmiş SSRİ-nin “Qırmızı kitabına” daxil edilmiş 125 növ nadir və Qafqaz florasından yox olmaq təhlükəsində olan bitkilərdən ibarət kolleksiya mövcuddur.
URL / WWW
http://www.kelam.az/article/a-112.html