|
“Din ayrıca fənn kimi məktəblərdə tədris olunmur. Ancaq müəyyən fənlərdə, məsələn, “Həyat bilgisiâ€� dərsində uşaqların yaş qruplarına uyğun olaraq dini bilgilər verilirâ€�. AZADİNFORM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. O bildirib ki, bu dərslərdə müxtəlif dünya dinləri barədə məlumat verilir, uşaqları tolerantlıq, bütün dinlərə hörmət ruhunda tərbiyə etmək baxımından materiallar var və bunlar tədqiq olunur: “Bundan sonra da bu məsələ nəzərdə saxlanılacaqâ€�.
|