|
|
Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
|
|
SAMF internet-medianın monitorinqini başa çatdırıb
|
|
Söz Azadlığını Müdafiə Fondu (SAMF) internet-medianın fəaliyyəti ilə bağlı bir ay ərzində həyata keçirdiyi monitorinqi yekunlaşdırıb. SAMF-dan KƏLAMİNFO-ya verilən məlumata görə, monitorinq “Lent.azâ€�, “Mediaforum.azâ€�, “Modern.azâ€�, “Milli.azâ€�, “Qafqazinfo.azâ€� və “Qaynar.infoâ€� xəbər portallarının üzərində reallaşdırılıb.
Monitorinq zamanı SAMF-ın ekspert qrupu gündə 5 dəfə olmaqla adıçəkilən resursların virtual məkandakı fəaliyyətini araşdırıb. Monitorinq nəticəsində məlum olub ki, ən müasir KİV sahəsi kimi, internet-media ölkə əhalisinin informasiya ilə təminatında bir sıra uğurlara imza atıblar.
|
04.03.11 Məqaləni oxumaq
|
| |
|
|
|
Eldar Namazov: “Ölkədə korrupsiyaya qarşı mübarizənin bu qədər davamlılığı çox yaxşı haldırâ€�
|
|
“Ölkədə korrupsiyaya qarşı mübarizənin bu qədər davamlılığı çox yaxşı haldır və çox yaxşı da olardı ki, bu mübarizə üçün ilk növbədə qanunvericilikdə də müəyyən dəyişikliklər edilinâ€�. Bunları KƏLAMİNFO-ya müsahibəsində “Azərbaycan naminəâ€� İctimai Forumun sədri, politoloq Eldar Namazov bildirib.
Onun sözlərinə görə, bu cür ciddi mübarizə üçün mütləq qanunvericilikdə dəyişikliklər qaçılmazdır. “Eyni zamanda korrupsiya ilə mübarizə aparan xüsusi orqan yaradılmalıdır. İndki halda bu vacib amildirâ€�,-deyə politoloq vurğulayıb.
E.Namazov qeyd edib ki, korrupsiya ilə mübarizə inkişaf edərək hər bir strukturda yuxarıdan başlamalıdır. “Aşağıda hansısa 100-150 manat maaş alan adam 100 manat da rüşvət alırsa və o, tutulursa, bu, hələ korrupsiyaya qarşı mübarizə demək deyil. Güman edirəm ki, dövlət tərəfindən həyata keçirilən bu missiya yuxarılara da gedib çatacaqâ€�,-deyə o, əlavə edib.
|
04.03.11 Məqaləni oxumaq
|
| |
|
|
|
|
|
Mübariz Qurbanlı: ““Siyasi partiyalar haqqındaâ€� qanuna əlavə və dəyişiklikləri o qədər də vacib saymırıqâ€�
|
|
“Siyasi partiyalar haqqındaâ€� qanuna əlavə və dəyişiklikləri hazırda o qədər də vacib saymırıq. KƏLAMİNFO xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Mübariz Qurbanlı bildirib.
O, qeyd edib ki, bununla belə sözügedən qanunla bağlı təkliflər olarsa, ona baxıla bilər. “Qüvvədə olan mövcud qanun 1992-ci ildə qəbul edilsə də, sənəd zaman-zaman təkmilləşdirilib. Ona görə də bunun yenidən işlənməsinə ehtiyac görmürükâ€�,-deyə M.Qurbanlı vurğulayıb. M.Qurbanlı ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə Azərbaycan hakimiyyəti və siyasi partiyaların birgə keçirilməsi nəzərdə tutulan müzakirələrə də münasibət bildirib. Onun sözlərinə görə, belə müzakirələr elə parlamentdə hər iclas zamanı davam edir. “Burada müxtəlif siyasi partiyalar təmsil olunur və görürsünüz ki, diskussiyalar həmişə olurâ€�,-deyə o, əlavə edib.
|
04.03.11 Məqaləni oxumaq
|
| |
|
|
|
Siyavuş Novruzov: “Qəbələ RLS hərbi baza deyilâ€�
|
|
“Qəbələ RLS hərbi baza deyil, informatik məlumat xarakterli bir mənətəqədir. Ona görə də kiminsə ora qoşun toplaması və baza yaratması kimi fikirlər cşqkzvzcb əsassızdırâ€�. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirib.
|
04.03.11 Məqaləni oxumaq
|
| |
|
|
|
Sədaqət Qəhrəmanova: “BMT Azərbaycanda həyata keçirilən gender siyasətini yüksək qiymətləndirirâ€�
|
|
“Bu gün beynəlxalq aləmdə də gender, qadın məsələsinə çox güclü diqqət yetirilir. Artıq BMT kimi nüfuzlu bir beynəlxalq təşkilat Azərbaycanı inkişaf edən dövlət kimi görür və bu dövlətdə qadınlara qarşı münasibətin yüksək olmasını təqdir edirâ€�. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri yap.org.az saytına müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
S.Qəhrəmanova bildirib ki, Azərbaycan dövləti bu istiqamətdə beynəlxalq təcrübə ilə yaxından tanış olub. Onun sözlərinə görə, ölkəmiz qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı konvensiyaya qoşulub.
“Hər 4 ildən bir BMT-nin müvafiq komitəsi qarşısında hesabat veririk. Yeri gəlmişkən, bizim sonuncu, dördüncü hesabatımız da qurum tərəfindən çox yüksək qiymətləndirilib. Həmin hesabatın ardından bizə yeni tövsiyyələr də verilibâ€�,- deyə o, qeyd edib.
|
04.03.11 Məqaləni oxumaq
|
| |
|
|
|
DKMK-nın sədri Bəhram Xəlilov Çinin ölkəmizdəki səfiri ilə görşüb
|
|
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Can Yannyan ilə görüşüb. Bu bardə məlumatı KƏLAMİNFO-ya DQMK-dan veriblər.
Görüş zamanı B.Xəlilov son dövrlər Azərbaycanda dövlət qulluğu sahəsində həyata keçirilən islahatlara toxunaraq dövlət qulluğuna qəbulun müsabiqə yolu ilə təşkilində tətbiq edilən yeniliklər və dövlət qulluqçularının etik davranış qaydaları barədə məlumat verib, bu sahələrdə əldə edilən uğurlardan danışıb. Sonra Çinin dövlət qulluğu sahəsində böyük təcrübəyə malik olduğunu bildirən Komissiya sədri bu sahədə iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini qeyd edib.
|
04.03.11 Məqaləni oxumaq
|
| |
|
|
|
AŞ PA-nın komitə iclasında Rafael Hüseynov məruzə ilə çıxış edəcək
|
|
Martın 18-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm və təhsil komitəsinin iclası keçiriləcək. İclasda Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov “Avropada ali təhsilin standartlarıâ€� adlı məruzə ilə çıxış edəcək. KƏLAMİNFO xəbər verir ki, məruzədə Avropada təhsilin bugünkü vəziyyətindən, problemlərindən və perspektivlərindən bəhs olunacaq.
Bundan əlavə, bu ay AŞPA-da bir neçə komitənin iclası keçiriləcək. Azərbaycan nümayəndə heyətinin də iştirak edəcəyi iclasların gündəliyi artıq açıqlanıb.
|
04.03.11 Məqaləni oxumaq
|
| |
|
|
|
Bu gündən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161" nömrəli "Qaynar xətt"i fəaliyyətə başlayıb
|
|
Korrupsiyaya qarşı mübarizənin yeni müstəvidə daha səmərəli təşkilinin təmin edilməsi, korrupsiya halları ilə üzləşmiş vətəndaşlara ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanlarının yaradılması, onların müraciətləri üzrə dərhal təxirəsalınmaz tədbirlər görülməklə korrupsiya hüquqpozmalarının aşkar edilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı fəaliyyətin daha məqsədyönlü təşkili məqsədi ilə, Baş prokurorun əmri ilə həmin idarənin nəzdində "161" nömrəli "qaynar xətt" əlaqə mərkəzi yaradılıb və onun fəaliyyətini tənzimləyən qaydalar təsdiq olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Baş Prokurorluqdan veriblər.
|
04.03.11 Məqaləni oxumaq
|
| |
|
|
|
Musiqili Komediya Teatrının yeni rejissoru – Əsgər Əsgərovdur
|
|
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının afişalarında daha bir rejissorun adı görünəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Musiqili Komediya Teatrından veriblər. Teatrda Mark Kamolletinin “Xoşbəxt ailə oyunu oynayırıq və ya fransızsayağı qarnirâ€� əsərini teatrın rus bölməsində əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərov hazırlayacaq.
Qeyd edək ki, Əsgər Əsgərov uzun illər Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalııb, 1990-1996-cı illərdə teatrın baş rejissoru olub. Moskvada, Mayakovski adına Akademik Dram Teatrının baş rejissoru A.Qonçarovun yanında təcrübə keçdikdən sonra Akademik Milli Dram Teatrında qurluşçu rejissor vəzifəsinə dəvət edilib. Bu teatrda Viktor Rozovun “Şadlıq sorağındaâ€�, Nəbi Xəzrinin «Burla xatunâ€�, Kamal Abdullanın “Hərdən mənə mələk də deyirlər…â€�, Jan Batist Molyerin “Skapenin kələkləriâ€�, A.Kamyunun “Anlaşılmazlıqâ€� və s. əsərlərinə quruluş verib.
|
04.03.11 Məqaləni oxumaq
|
| |
|
|
|
Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
|
|
Torpaqlarımızı qaytaraq..
|
| |
|
|
|