Azərbaycanın Özbəkistandakı səfirliyində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı mərasim keçirilib
Azərbaycanın Özbəkistandakı səfirliyində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı mərasim keçirilib. KƏLAMİNFO xəbər verir ki,
müvəqqəti işlər vəkili Akif Əliyev ermənilərin zaman-zaman Azərbaycana qarşı apardığı soyqırımı siyasəti haqqında geniş məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin işğal edilməsi, azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından qovulması, indiki Ermənistan ərazisində tarixi adların-toponimlərin dəyişdirilməsi, Xocalı soyqırımı və digər faciələr haqqında danışıb.
A.Əliyev bildirib ki, ermənilərin Bakıdan başlanan vəhşilikləri nəticəsində Quba, Şamaxı qəzalarında, Qarabağ, İrəvan, Naxçıvan, Zəngəzur, Qars və Lənkəranda, həmçinin indiki Ermənistan ərazilərində yüzlərlə Azərbaycan kəndləri yerlə yeksan edilib, insanlar xüsusi qəddarlıqla qətlə yetiriliblər.
Sonra “Azərbaycanın mədəni irsinə qarşı təcavüzâ€� slayd filmi və “Təbiət çağırırâ€� videofilmi nümayiş etdirilib.
Səfirliyin foyesində ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqındaâ€� 1998-ci il 26 mart tarixli Fərmanının mətni, “Qubada soyqırımıâ€�, “Mart, 1918â€� stendləri, həmçinin Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyiâ€�, “İstiqlal yürüşüâ€�, Erix Fayqlın “Armyanskaya mifomaniyaâ€� kitabları və təcavüzlə bağlı bir sıra beynəlxalq normativ sənədlər nümayiş etdirilib.