“İrəliâ€� İctimai Birliyi Novruz bayramı münasibətilə sabah Bakı Musiqi Akademiyasında musiqili tədbir təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İrəliâ€� İctimai Birliyindən veriblər.
İctimai Birlik 2009-cu ilin sonunda Azərbaycanda bələdiyyə seçkilərinin keçirildiyini nəzərə alaraq “Azərbaycanda Yerli Demokratiya Həftəsiâ€� çərçivəsində vətəndaşların hüquqi bilikləri və seçkilərə marağını artırmaq məqsədilə tədbirlər həyata keçirib. Respublikanın bir çox şəhər və rayonlarında gənc fəallar üçün “Bələdiyyələrin statusuâ€� və â€�Seçkiqabağı təşviqatın təşkiliâ€� mövzuları üzrə müasir kompüter texnologiyasından istifadə olunmaqla təqdimatlar və interaktiv müzakirələr aparılıb. Bir neçə şəhər və rayonda təlimlərlə yanaşı, Bakı Musiqi Akademiyasının gənc tələbələrinin ifasında “Gələcək Gənclərlə Gələcəkâ€� şüarı altında klassik Azərbaycan musiqisi konsertləri də keçirilib.
Qeyd edək ki, sabah konsert proqramının yekun bağlanışı ilə əlaqədar layihədə iştirak edən tələbələrə diplom təqdim olunacaq.