Bütün ölkə üzrə “Azərbaycan Kino Həftəsiâ€� keçiriləcək
Cari il aprelin 6-10-u arası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkədə “Azərbaycan Kinosu Həftəsiâ€� keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
Həftə “Azərbaycanfilmâ€� kinostudiyasının yeni istehsal etdiyi “Niyyətâ€� bədii filminin Heydər Əliyev Sarayında təqdimatı ilə başlayacaq. Ölkənin bir sıra regionlarında, o cümlədən Sabirabad, Dəvəçi, Şirvan, Hacıqabul, Xaçmaz, Xırdalan, Göyçay, Gəncə və Yevlaxda son iki ildə müxtəlif studiyalarda çəkilmiş bədii filmlər tamaşaçılara təqdim olunacaq. Son illərdə gənclərin yaratdıqları qısametrajlı bədii filmlərdən bir neçəsi Sumqayıtda, eləcə də Mədəniyyət və İncəsənət Universitetində nümayiş etdiriləcək. Həftənin proqramına uşaq evlərində, hərbi hissələrdə baxışlar daxil edilib.