Bu gün Bakıda “Miss Azerbaijan-2010â€� gözəllik müsabiqəsinin keçirilməsi ilə əlaqədar mətbuat konfransı keçirilib. Həmçinin bu gündən bu layihəyə sənəd qəbulu da başlanılıb. KƏLAMİNFO xəbər verir ki, konfransda “Miss Azerbaijan 2010â€� haqqında məlumat verən layihənin Baş prodüsseri Nazim Səmədov layihənin beynəlxalq standartlara uyğun keçiriləcəyini bildirib. “Müsabiqə haqqında ətraflı məlumat layihənin martın 16-dan etibarən hər gün “Liderâ€� kanalında efirə gedəcək gündəliyində öz əksini tapacaq. Burada iştirakçılar haqqında, müsabiqəyə hazırlıq və digər məlumatlar öz əksini tapacaq. Sənəd qəbulu bu gündən etibarən hər gün “Park İnnâ€� otelində həyata keçiriləcək və martın 25-dək davam edəcək.
Layihədə boyu 170 sm, yaşı 18-25 arası subay qızlar iştirak edə bilər. Ailəli və boşananlar müsabiqəyə buraxılmayacaq. Müsabiqəyə 30 iştirakçı seçiləcək, finala isə 14 nəfər vəsiqə qazanacaqâ€�,-deyə Baş prodüsser vurğulayıb. N.Səmədov həmçinin əlavə edib ki, layihənin Qala Konserti mayın 23-də Heydər Əliyev adına Sarayda reallaşacaq. Müsabiqə qalibinə ev, avtomobil, qızıl və digər qiymətli əşyalar təqdim olunacaq.
Tədbirdə layihənin direktoru Günay Səmədova, rejissor Ülviyyə Könül və digərləri də çıxış ediblər.