Mədəniyyət və Turzim Nazirliyi sərgi təşkil edəcək
Cari il martın 5-də Mədəniyyət və Turizm Nazirliyi R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Qadın ətriâ€� adlı sərgi planlaşdırıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turzim Nazirliyinin mətbuat xidmətindən veriblər.
Müxtəlif nəsillərə məxsus sənətkarlarımızın yaradıcılığını təmsil edən bu sərgidə eyni zamanda müxtəlif üslub və cərəyanlar öz əksini tapıb.
Tədbirə “Gazelliâ€� şirkəti də qoşulub. Mədəniyyət, incəsənət və xüsusi ilə muzey sahəsində böyük zəhməti olan xanımları “Gazelliâ€� şirkəti xüsusi hədiyyələrlə təbrik edəcək.