Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçiâ€� layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyadaâ€� layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    ALLAH sözünün etimalogiyası

    Allah – Uca Yaradanın xüsusi adıdır. Bu ad Onun kamal, camal və cəlal sifətlərinin ifadə etdiyi anlamların tamamını əhatə edir. Allahın digər adları isə Allahı təsvir edir. Allah adının heç bir dildə tam qarşılığı yoxdur. 

    Ərəbcə ilah, türkcə tanrı, farsca xuda, ingiliscə god, fransızca dieu, almanca gott və s. kəlmələri “Allahâ€� kəlməsi kimi xüsusi ad deyildir. Bunlar ilah, məbud, rəbb kimi isim növləridir. Bu söz yalnız haqq olan məbudu, varlığı zəruri olan yaradıcını ifadə edir. Başqa bir varlığa Allah deyilməz. Yəni Allahın adaşı yoxdur (Məryəm, 19/65).
    Allah kəlməsinin mənşəyi haqqında İslam alimləri, ərəb dili mütəxəssisləri və şərqşünaslar müxtəlif fikirlər irəli sürüblər. Belə bir fikir hamı tərəfindən qəbul edilib: söz hər hansı bir kökdən törəməyib, lüğəvi məna kəsb etmir, gerçək məbudun xüsusi adıdır. Yaxud məna kəsb etsə belə, həqiqi məbudun adı olduqdan sonra bu mənanı itirib və s. 
    Bununla yanaşı, Allah kəlməsinin müxtəlif köklərdən törədiyini iddia edənlər də var. Məsələn, bu kəlmənin İlah sözündən törədiyini irəli sürənlərə görə, bu söz, əvvəlinə “əlâ€� müəyyənlik artikli əlavə edilərək “əl-ilahâ€� şəklində işlənib, sonra dildə asanlıq yaratmaq məqsədilə sözün həmzəsi atılıb, iki “ləmâ€� hərfi birləşdirilib (idğam, assimilyasiya), əzəmət ifadə edən qalın bir səs verilərək “Allahâ€� şəklində oxunub. İlah sözü isə “qulluq etməkâ€� mənasındakı – يَأْلَهُ أَلَهَ [̕ələhə - yə̕ ləhu] və ya “heyrət içində qalmaq, ürəkdən bağlanıb sığınmaqâ€� mənasındakı ألِهَ- يَأْلَهُ [̕əlihə -yə̕ləhu] və ya – يَوْلَهُ وَلِهَ [valihə-yauləhu] kökündən ismi-məful mənasında bir məsdər olub “tapınılan, ucalığının qarşısında heyrətə düşülən, qəlbən bağlanılıb sığınılanâ€� mənalarını ifadə edir. 
    Başqa bir təmayülə görə, Allah kəlməsi Cahiliyyə dövrü ərəblərinin bütlərindən biri olan əl-Lāt (اللات), yaxud arami dilində əlāhā (ألاها) sözlərindən əxz edilib.
    Haqq və ya batil məbuda da tanrı, xuda, ilah deyilə bilər. “Allahâ€� adının müxtəlif əsillərdən törədiyi irəli sürülsə də “əl-ilǟhâ€� (ǟ-uzun ə səsini bildirmək üçündür) kəlməsindəki “həmzəâ€� olan “əlifâ€�in düşməsi ilə əldə edildiyi fikri daha üstün tutulur. 
    Çox maraqlıdır ki, Uca Yaradanın ismi-əzəmi, yəni ən ulu ismi olan “Allahâ€� ləfzinin hər hərfi Onu ifadə edir. Allah (الله) sözünün “əlifâ€� hərfi atıldıqda “lillǟhâ€� (لله) olur. Yenə o, Uca Yaradanı ifadə edir. “Əlifâ€� və “ləmâ€� hərfini atsaq “ləhuâ€� (له) olur ki, bu da Uca Allahı ifadə edir. “Əlifâ€� və iki “ləmâ€� hərfi birlikdə atıldıqda “huâ€� (ه) qalır. O da Allahı ifadə edir. “Allahu lǟ ilǟhə illǟ hu (Allah ki, Ondan başqa ilah yoxdur)â€� (Bəqərə, 2/255). İnsanlar Allahın zatını, həqiqət və mahiyyətini bilə bilməzlər. Onu əlamətləri və əlamətlərin dəlalət etdiyi sifətləri və adları ilə tanımaq mümkündür. Allahın əlamətləri adlarına, adları sifətlərinə, sifətləri isə zatına dəlalət edər. Allahın isim və sifətləri zatı kimi əzəli və əbədidir.

    İdris Abbasov
    Filologiya elmləri doktoru


        Âêîíòàêòå Ìîé Ìèð ß.ðó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 853
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2026»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Noy.2026
    Ïí.Âò.Ñð.×ò.Ïò.Ñá.Âñ.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30