Təhsil Nazirliyinin əməkdaşları Slovakiyaya gediblər
Bu gündən fevralın 25-dək Slovakiyanın Bratislava şəhərində “Həmkara dəstəkâ€� mövzusunda beynəlxalq seminar keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər.
Seminarda ölkəmizi Təhsil Nazirliyinin nəzdindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Ayaz Abuşov, “Təhsildə Əməkdaşlıqâ€� proqramı üzrə “Microsoft Azərbaycanâ€� şirkətinin meneceri Emin Axundov və “Mədədâ€� təşkilatından Teymur Məmmədov təmsil edirlər.
“Microsoftâ€� şirkətinin təşkilatçılığı ilə keçiriləcək seminarın məqsədi müxtəlif ölkələrdən olan nümayəndələrə peşəkarlıq səviyyələrinin artırılması üçün “Həmkara dəstəkâ€� adlı tədris proqramı haqqında ətraflı məlumat verməkdir.
Qeyd edək ki, seminarda “Tədrisin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keyfiyyətli təşkiliâ€�, “XXI əsr bacarıqlarıâ€�, “Öyrətmə və öyrənmə prosesində İKT-nin roluâ€�, “Tədris bacarıqlarının artırılmasında kompüter texnologiyalarının roluâ€�, “Tədrisyönümlü layihələr və onların qiymətləndirilməsiâ€� mövzuları müzakirə olunacaq.