“Hüseyn məndəndir və mən Hüseyndənəm”. Həzrət Peyğəmbərimiz (s) moizələrində eynilə bu ifadəni işlətmiş və ayrı-ayrı şəkildə, bu məzmunda bəyan etmişdir. Əhli-Beyt deyəndə həzrət Peyğəmbər (s) aşağıdakı şəxsləri - Əli (ə), Fatimə, Həsən, Hüseyn və 9 nəfər İmam Hüseynin nəslindən olan imamlardır ki, bunlar da 14 nəfər məsumlardır. Hansı ki, bunların adlarını həzrət Peyğəmbər (s) dəfələrlə səhabələri üçün söyləmiş və mühəddislər mütəvatir hədislərdə bəyan etmişlər. Çox yerlərdə Həzrət Peyğəmbər (s) bu hədisi: "Mən Hüseyndənəm və Hüseyn də məndəndir" kimi ifadə etmişdir. Bunun da böyük fəlsəfi məzmunu var ki, Həzrət Peyğəmbərimiz (s) qısa yolla bildirmək istəyir ki, mənim şəriətim İmam Hüseynin Kərbəla vaqiəsindən sonra yaşayacaq, onun Qanı ilə suvarılaraq cücərməyə başlayacaq...
Şiə, bu icadi-aləmdən itaətdir qərəz,
Aləmu Adəm vücudindən ibadətdir qərəz.
Bu mətləli mərsiyədə şair Əhli-Beyt dostlarına müraciət edərək aləmlərin yaranmasında səbəb və məqsəd fəqət və fəqət yaradan qüvvəyə - Allah-Təalaya itaət etməkdir deyir. Bu misralarda olan qərəz ifadəsi öz mənasında yox, məqsəd mənasını daşıyır.
Cümleyi mənsəbdən aliydir müvəhhid mənsəbi
Ola bilməz heç müvəhhid çün nəbi ali nəbi
Yaxşı kəşf etdi Hüseyn ibn Əli bu mətləbi
Gördü iğrari şəhadətdən şəfaətdur qərəz
Bu dörd misrada şair təkallahlıq mənsəbini bütün mənsəblərdən uca tutaraq yazır:
Cümleyi mənsəbdən aliydir müvəhhid mənsəbi
Îla bilməz heç müvəhhid çün nəbi ali-nəbi
İkinci misrada axırəzzaman peyğəmbərin - Həzrət Mühəmmədin (s) və övladlarının müvəhhidlik mənsəbinə necə də tam yiyələnməsini önə çəkən şair bir daha oxucu və dinləyicilərə aşkar ibarətlərlə çatdırmaq istəyir ki, bunlar sözün əsl mənasında təkallahlıq mənsəbinin ən ali nümayəndələridirlər. Necə ki, üçüncü və dördüncü misrada bu anlayış öz mənasını tamlıqla ödəyir.
Yaxşı kəşf etdi Hüseyn ibn Əli bu mətləbi
Gördü iğrari şəhadətdən şəfaətdur qərəz
Şair İmam Hüseynin (ə) Kərbəla vaqiəsinin əsas prinsip və mahiyyətlərini bu iki misrada çox məharətlə açmış və az sözlə çox geniş mənaları ehtiva edə bilmişdir. Hansı ki, İmam Hüseyn (ə) öz şəhadətilə (Kərbəlada özünün və övladlarının şəhid olub ali zirvəyə - şəhidlik məqamına çatmaqları ilə) kəşf elədi ki, cəddinin şəriətini qanı bahası ilə göyərtmək İslam ümmətinə fəqət bu yolla şəfaət etmək mümkündür…
Həzrət Peyğəmbərimiz (s) buyurmuşdur: "Mənim Əhli-Beytimin misalı Nuh Peyğəmbərin gəmisinə bənzər. Hər km o gəmiyə suvar oldu nicat tapdı, kim ki, suvar olmadı qərq oldu. Yəni mənim əhli-beytimə məhəbbət bəsləyənlər, onları sevənlər nicat tapan dəstələrdir. Onları düşmən tutanlar isə sanki dəryada qərq olanlardır. Digər bir hədisdə Həsən və Hüseyn mənim balalarım və xalqın imamlarıdır - qabaqda gedənləridir. Hər kimsə onları sevsə, məni sevir. Hər kim onları düşmən tutsa, məni düşmən tutmuşdur”.
Bu və bunun misalında olan hədislər Həzrəti Peyğəmbərdən (s) Əhli-Beyt xüsusunda çox buyrulmuşdur. Şair İmam Hüseynin (ə) haqqı isbat etməsini fəqət və fəqət canından keçməyilə bəyan edərək yazır:
İstədi can verməgilə haqqı isbat eyləsun
Ta müvəhhidlər onun haqqın muraat eyləsun
Şair ikinci misrada yenə də təkallahlıq məsələsini ortaya gətirir və İmam Hüseynin dilindən - "Mən ona görə canımdan keçdim ki, müvəhhidlər - təkallahlılar bu haqqa riayət etsinlər" deyir. Onlara bir daha isbat olsun ki, İmam Hüseyn (ə) - Peyğəmbər balası şəhidlik məqamından istifadə etməklə müvəhhidlərə yol göstərdi və öz ölümü ilə İslam dinini həmişəyaşar etdi.
Sonrakı iki misrada İmamın kəsik başını nizəyə vuran vəfasız ümmət üçün münacat etməsini və həmən münacatın imamın öz sözü yox, məhz Quran ayəsi olmasını şair necə də gözəl işlədə bilmişdir.
İstədi can verməgilə haqqı isbat eyləsun
Ta müvəhhidlər onun haqqın muraat eyləsun
Nizə başında kəsik başı münacat eyləsun
Bir münacat ki, Qurandan tilavətdur qərəz
Cümleyi mənsəbdən aliydir müvəhhid mənsəbi
Ola bilməz heç müvəhhid çün nəbi ali nəbi
Yaxşı kəşf etdi Hüseyn ibn Əli bu mətləbi
Gördü iğrari şəhadətdən şəfaətdur qərəz
Bu dörd misrada şair təkallahlıq mənsəbini bütün mənsəblərdən uca tutaraq yazır:
Cümleyi mənsəbdən aliydir müvəhhid mənsəbi
Ola bilməz heç müvəhhid çün nəbi ali-nəbi
İkinci misrada axırəzzaman peyğəmbərin - Həzrət Mühəmmədin (s) və övladlarının müvəhhidlik mənsəbinə necə də tam yiyələnməsini önə çəkən şair bir daha oxucu və dinləyicilərə aşkar ibarətlərlə çatdırmaq istəyir ki, bunlar sözün əsl mənasında təkallahlıq mənsəbinin ən ali nümayəndələridirlər. Necə ki, üçüncü və dördüncü misrada bu anlayış öz mənasını tamlıqla ödəyir.
Yaxşı kəşf etdi Hüseyn ibn Əli bu mətləbi
Gördü iğrari şəhadətdən şəfaətdur qərəz
Şair İmam Hüseynin (ə) Kərbəla vaqiəsinin əsas prinsip və mahiyyətlərini bu iki misrada çox məharətlə açmış və az sözlə çox geniş mənaları ehtiva edə bilmişdir. Hansı ki, İmam Hüseyn (ə) öz şəhadətilə (Kərbəlada özünün və övladlarının şəhid olub ali zirvəyə - şəhidlik məqamına çatmaqları ilə) kəşf elədi ki, cəddinin şəriətini qanı bahası ilə göyərtmək İslam ümmətinə fəqət bu yolla şəfaət etmək mümkündür…
Ya Əli, bu bivəfa ümməti-peyğəmbərdən sonra
Yaxşı saxlallar sənə hörmət peyğəmbərdən sonra
Vəxti-rehlətdə buyurmuşdu rəsuli-aləmin
Umməti-hazəl Hüseyn minni və ənə min Hüseyn
Kərbəla dəştində əmma ey imamül məşriğeyn
Öldürüb nahəq yerə ümmət-peyğəmbərdən sonra
Yuxarıdakı bəndin birinci misrasında Həzrət Peyğəmbərimizin (s) buyurduğu məşhur hədisi - "Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Biri Allahın kitabı (Qurani-Kərim), ikincisi mənim Əhli-Beytimdir". Şair bu bənddə həmin hədisi öz dili ilə ayrı-ayrı misralarda verməklə, Həzrət Peyğəmbərimizin (s) Əhli-Beytə olan məhəbbətini daha bariz şəkildə açır.
Umməti-hazəl Hüseyn minni və ənə min Hüseyn
Ey mənim ümmətim, bu Hüseyn məndəndir və mən Hüseyndənəm. Şairin zirəkliyi hədisin tərkibində olan bu ifadəni olduğu kimi misraya gətirməsidir. Hansı ki, Həzrət Peyğəmbərimiz (s) moizələrində eyni bu ifadəni işlətmiş və ayrı-ayrı şəkildə, eyni məzmunda bəyan etmişdir. Əhli-Beyt deyəndə Həzrət Peyğəmbər (s) aşağıdakı şəxsləri - Əli (ə), Fatimə, Həsən, Hüseyn və 9 nəfər İmam Hüseynin nəslindən olan imamlardır ki, bunlar da 14 nəfər məsumlardır. Hansı ki, bunların adlarını Həzrət Peyğəmbər (s) dəfələrlə səhabələri üçün söyləmiş və mütəvatir hədislərdə buyurulmuşdur. Çox yerlərdə Həzrət Peyğəmbər (s) bu hədisi: "Mən Hüseyndənəm və Hüseyn də məndəndir" kimi ifadə etmişdir. Bunun da böyük fəlsəfi məzmunu var ki, Həzrət Peyğəmbərimiz (s) qısa yolla bildirmək istəyir ki, mənim şəriətim İmam Hüseynin Kərbəla vaqiəsindən sonra yaşayacaq, onun qanı ilə suvarılaraq cücərməyə başlayacaq. Mənim şəriətim İmam Hüseyndən sonra bütün dünyaya yayılacaq, inkişaf edəcək…
Kərbəla dəştində əmma ey imamül məşriğeyn
Öldürüb nahəq yerə ümmət-peyğəmbərdən sonra
Raci əleyhilrrəhmə üçüncü misrada "imamül məşriğeyn" deməklə, birinci imamımız Mövla Əlini (ə) nəzərdə tutaraq, ona xitabən deyir: "Ya Əli (ə), Peyğəmbərin ümməti oğlun Hüseyni Kərbəla çölündə nahaq yerə öldürdülər".
Və ya
Qətlüvə amadədir çün şümri zil-coşən sənin
Getmə bu meydanə qardaş əl mənim damən sənin
Eşq bazarında nə bəndü, ziyanu sud sən,
Bilmirəm nə noi muştaqu ğəmu məbud sən.
Bu qədər dərdu məlalilə genə xoşnud sən,
Ya Hüseyn, bu hüsnü xulğu eşqüvə əhsən sənin.
Mətləli mərsiyədə şair birbaşa eşq məhəbbət macəralarını önə çəkərək, ülvi mərtəbəyə yüksəldir, İlahi eşq ilə qovuşduraraq həqiqi eşqin qiymətindən söz açır. İlahi eşq ilə vəclə gələn şair, birinci misrada eşq bazarına daxil olaraq ziyan və mənfəət meyarını ortaya çəkərək deyir: "Eşq bazarında nə bəndü, ziyanu sud sən…"
Sonra şair ikinci misrada hətta təəccüblənərək: "Bilmirəm nə noi muştaqu ğəmu məbud sən…"
Eşq məhəbbət tərənnümçüsü olan şairin təəccübü daha da artaraq, İmam Hüseyn (ə) eşqi qarşısında baş əyərək ona minnətdarlığını bildirir. Bu qədər dərd, qəm, möhnətlə necə olur ki, sən yenə sevincəksən? Bu sevinc - bu xoşnudluq sənə haradandır. Bu qədər dərdü bəlanın içərisində hansı bir gözəllik səni özünə cəlb etmişdir? Mən bilmirəm, amma bunu deyə bilərəm ki, "Ya Hüseyn, bu hüsnü xulğu eşqüvə əhsən sənin…"
Bir müsəlman yoxdu baxsın hali-ali-Heydərə,
Bir desin bu çöldə Şümri-bihəyayi-kafərə.
Bu qəribi öldürürsüz neyləyib nahəq yerə,
Axır ey zalım, məgər qəlbün olub ahən sənin.
Yenidən şairin qəlbində coşan Əhli-Beyt məhəbbəti onun qövr edən ürəyini təlatümə gətirərək sorğu-sual meydanına döndərir. Qurani-Kərimin və Peyğəmbər (s) sünnəsinin gözəlliklərini, unudan insanların biganəliyi, o dərəcəyə gəlib çatdı ki, hətta onlar öz Peyğəmbərlərinin vəsiyyətlərini belə unutdular, onun doğma balalarına olmazın əzab və əziyyətlər verdilər. Bütün bunlara görə şair yuxarıdakı misraları qələmə almışdır. Onun Şümrün timsalında olan zalım və qəddar insanlara vurduğu töhmət və danlaqlar bu ifadələri işlətməyə vadar edir: "Axır ey zalım, məgər qəlbün olub ahən sənin". Burada şair daş qəlbli insanlar üçün işlədilən ifadəni dəmirlə əvəz etmişdir. Məgər sənin qəlbin dəmirdəndirmi? - deyə onlara xitab edir.
Bu güruhi-divi-siyrət ey Süleymani-cahan,
Bərhəm eyləllər büsatun zülm əlilə əl aman.
Qorxuram qardaş, bir əngüştərdən ötrü kufiyan,
Qət edə əngüştüvi manəndi-əhrimən sənin.
Həmçinin şair bacı dilindən Həzrət İmam Hüseynə (ə) Süleymani-cahan - dünya Süleymanı (burada Həzrət Süleyman peyğəmbər nəzərdə tutulur) kimi xitab edərək bu div xasiyyətində olan dəstələrdən həzər edir, imamı qorunmağa çağırır. Şair demək istəyir ki, bunlar div və şəyatin kimi xilqətlərdir ki, bunların qəlbində zərrə qədər də olsun insaf, müruvvət yoxdur. Mən qorxuram ki, onlar sənin barmağındakı bir üzüyə görə hətta sənin barmağını da kəsib götürəcəklər. Əlbəttə bütün bu bənddə olan tükürpədici ifadələr kinayə şəklində işlənmişdir.
Getmə bu meydana qardaş, kim haman meydandı bu,
Getdi bu meydanə hər kim gəlmiyib hərgiz geru.
Olmadı mümkün gətirsin xeyməyə bir cürə su,
Qaldı Abbasım xəcalət bu Səkinəndən sənin.
Yuxarıdakı bənddə də bacıların qardaşlara olan yüksək məhəbbəti, qardaşları özünə arxa, dayaq sandıqları açıq-aşkar görünür. Həyatın bütün anlarında ailədə olan sevgi, məhəbbət bacı qardaşlar arasında daha çox təzahür edir. Bacılara bir kədər, qəm, qüssə üz verdikdə, hər hansı bir çıxılmaz vəziyyətdə olduqda atadansa, qardaşa daha çox üz tuturlar. Kərbəla vaqiəsində belə vəziyyətlərin daha çox yer aldığını biz mərsiyə ədəbiyyatında bəlkə də bütün mərsiyə boyu görür, bu insani keyfiyyətlərin şahidi oluruq. Şair demək olar ki, mərsiyənin mahiyyətini əsasən sevgi və məhəbbət üzərində qurmağa çalışır. Onun bacıların qardaşlarını ölüm meydanına getməkdən çəkindirmə səhnəsi acizlik və qorxaqlıqdan meydana gəlmir. Bəlkə də biri-digərinə olan kəskin məhəbbətin təzahürüdür. Bəndin üçüncü və dördüncü misraları İmam Hüseynin (ə) dilavər və rəşadətli qardaşı Əbülfəzl Abbasın xeyməyə su gətirə bilməməsi imamın kiçik qızlarından xüsusən də Səkinədən xəcalətli qalması dəyanətli bacıların qəlbini yandırır. Onları bir an belə rahat buraxmır.
Bu kəlami-möhnətamizu bu nəzmi-qəmfəza,
Çəkmə qəm Raci səni dilşad edər ruzi-cəza.
Yan sərasər atəşu ahınla çün şəmu əza,
İstəsən gər xaneyi-qəbrun ola rövşən sənin.
Həmişə mərsiyələrin sonunda - məqtə bəndlərində şair, özünə xitab etməklə oxuculara örnək olaraq maraqlı və düşündürücü məntiqlə çıxış edir. Diqqət edək:
"…Bu kəlami-möhnətamizu bu nəzmi-qəmfəza…" misrasında, şair, yuxarıda - mərsiyə boyu dediklərini son olaraq, qeyd etdiyi möhnətgətirən kəlamlarında və qəmgətirici nəzmlərində ümumiləşdirməklə: "Çəkmə qəm Raci…" deyərək, özünə və özü timsalında olanlara "…səni dilşad edər ruzi-cəza…" deyir.
Yəni hər kimin Əhli-Beytə məhəbbəti olarsa, onların eşqi ilə yaşayarsa, şair inanır ki, Allah-Təala Qiyamət günü onu sevindirəcək. Şair yenidən məhəbbət əhlinə eşq yolunu təlimatlandıraraq, Əhli-Beytin qəmində əza şamı kimi ahın odunda başdan-başa yanmağı öyrədir. Şair demək istəyir ki, əgər sən qəbir evinin işıqlı olmasını istəyirsənsə, gərək Əhli-Beyt əzasında yuxarıda dediyi kimi olasan. Pərvanə şam oduna özünü yandırdığı kimi, sən də Əhli-Beyt eşqində yanıb, kül ola biləsən.
Və ya
Ya Əli, əhli-cəfa səcdeyi taətdə sənin,
Vurdular başuvı mehrabi-ibadətdə sənin.
Verdin əngüşdərini sahilə sən gövhər ilən,
Oğlun amma verib əngüştəni, əngüştər ilən.
Ey Yədullah, budu fərqin Sənin ol sərvər ilən,
Əlüvi kəsmədilə, vaxt şəhadətdə sənin.
Sən öləndən sonra ey nəfsi-rəsuli-səqəleyn,
Baş açıb ali-əba eylədilər şivənu şeyn.
Əyləşib üç günə din təziyə tutdu Həsəneyn,
Evbəev tutdula yasin o vilayətdə sənin.
Şamda itrətinə eylədi yüz cövrü cəfa,
Qoymadı pərdədə ta üzlərinə bir üsəra.
Ya Əli, nə üz ilə bilmirəm ol Şümr dəğa,
Baxacaqdır üzüvə ruzi-Qiyamətdə sənin.
Murğu ruhun nə qədər tərg eləmib bu qəfəsin,
Raci, gəl naləyə ney tək nə qədər var nəfəsin.
Ağla bu məclisi-matəmdə ola dadrəsun,
Ta Hüseyn ibn Əli vaxt şəfaətdə sənin.
Və ya
Ya Əli, əhli-cəfa səcdeyi taətdə sənin,
Vurdular başuvı mehrabi-ibadətdə sənin.
Mətləli mərsiyəsində Mövla Əliyə (ə) - İmam Hüseynin (ə) atasına müraciətlə: Ey Əli, cəfa əhlləri səcdə halətində, mehrabda ibadət edərkən, sənin başını qılıncladılar. Sənin kimi bir şəxsi, müsəlmanların hörmətli rəhbərini, imamını qanına qəltan elədilər.
Verdin əngüşdərini sahilə sən gövhər ilən,
Oğlun amma verib əngüştəni, əngüştər ilən.
Şair yuxarıdakı bənddə, ata ilə oğulu (Əli (ə) ilə Hüseyni (ə) müqayisəli şəkildə verərək, onların şəhidlik dərəcələrini bir daha qiymətləndirir. Mövla Əlinin (ə) namaz qılan vaxtda ruku halətində sailə üzük bağışlama səhnəsini məharətlə təsvir edir. O, daha qabağa gedərək, oğlun İmam Hüseyn (ə) isə üzüyü ilə bahəm, barmağını da verməsini önə çəkir. Burada Kərbəla səhrasında olan acınacaqlı bir faciəni təsvir edir. İmam Hüseyni (ə) öz saribanı təzə vəfat etmiş ağasının barmağındakı üzüyünə tamah edərək, götürmək istəyir. Havanın hərarətindən şişmiş barmaqdan üzük çıxmır. Bundan qəzəblənən sarivan, İmamın barmağını kəsərək, üzüyü ordan çıxardır. Baş vermiş əhvalatı şair olduğu kimi misralara gətirmiş və ata ilə balanın şəhidlik məqamını fərqli şəkildə verməyə nail olmuşdur.
Üçüncü və dördüncü misrada şair, eyniylə Mövla Əliyə (ə) xitab edərək: səninlə oğlun Hüseynin (ə) fərqi budur deyir.
"…Ey Yədullah, budu fərqin Sənin ol sərvər ilən,
Əlüvi kəsmədilə, vaxt şəhadətdə sənin…"
Aşağıdakı bənddə şair yenə də Mövla Əli (ə) ilə oğlu İmam Hüseynin (ə) şəhadət zirvəsini müqaisə edərək yazır:
"…Sən öləndən sonra ey nəfsi-rəsuli-səqəleyn,
Baş açıb ali-əba eylədilər şivənu şeyn.
Əyləşib üç günə din təziyə tutdu Həsəneyn,
Evbəev tutdula yasin o vilayətdə sənin…"
Bununla bir daha sübut etməyə çalışır ki, səninlə övladının şəhadət fərqi, məhz bunlardır. Səninçün bütün Kufə, Mədinə və ətraf şəhərlər, bir sözlə bütün eşidənlər təziyə qurub, matəm saxladılar. Amma oğlun Hüseynin müsibətində isə başsız bədənlər, nəşlər 3 gün 3 gecə quru səhralarda sahibsiz qaldılar. Qızmar günəş altında qalan bu nəşlərə hətta quşlar qanad açıb kölgə salırdılar. Onları nəinki oxşayıb ağlayan, dəfn edən belə tapılmırdı. Əlbəttə, bu müqayisədə çox söz demək mümkündür…
Şamda itrətinə eylədi yüz cövrü cəfa,
Qoymadı pərdədə ta üzlərinə bir üsəra.
Ya Əli, nə üz ilə bilmirəm ol Şümr dəğa,
Baxacaqdır üzüvə ruzi-Qiyamətdə sənin.
Şair Əhli-Beyt məhəbbətini yenidən canlandıraraq yuxarıdakı bənddə əhatə olunmuş yüzlərlə əzab-əziyyəti Əhli-Beyt aşiqlərinə xatırladır, Şam şəhərində onları başaçıq, pərdəsiz küçə və bazarlarda dolandırmaqla xalqın tənəsinə və şəbədəsinə məruz qoyur.
Üçüncü və dördüncü misrada şair böyük ustalıqla sanki əza sahibi olan imamların atası Mövla Əliyə (ə) Şümr və onun kimilərinin Qiyamətdə onun üzünə necə baxacaqlarını ürək yanğısı ilə şerdə canlandırır.
Şair adəti üzrə mərsiyənin məqtə bəndində özünə xitab etməklə, bütün Əhli-Beyt dostlarına sevgi aşılayaraq nəsihət edir. İki misraya diqqət edək:
"Murğu ruhun nə qədər tərg eləmib bu qəfəsin,
Raci, gəl naləyə ney tək nə qədər var nəfəsin…"
Sənin ruhunun quşu nə qədər ki, bu cism qəfəsini tərk etməyib, nə qədər ki, nəfəsin gəlir ey Raci həmişə ney tək naləyə gəl.
Sonrakı misralarda isə yenidən ünvanı daha da aydınlaşdırmaq üçün :
"Ağla bu məclisi-matəmdə ola dadrəsun,
Ta Hüseyn ibn Əli vaxt şəfaətdə sənin".
Bu müsibət məclisində o qədər ağla, nalə çək ki, ta Əli oğlu Hüseyn Qiyamət günündə şəfaət zamanı sənin dadına çatsın deyir şair Raci.
Qazi Hacı Mirəziz Seyidzadə