İranın Rusiyadakı səfiri: “Ayrı evlərdə yaşayan iki qardaşıqâ€�
“Azərbaycanla İran arasında münasibətlərin pisləşməsində xarici qüvvələrin müdaxiləsi rol oynamışdı. Amma hər iki tərəfin səyi nəticəsində bu kənar müdaxilənin qarşısı alındı və münasibətlər yaxşılaşmağa başladıâ€�. Modern.az bildirir ki, bu sözləri İranın Rusiyadakı səfiri Mahmud Rza Səccadi Azərbaycan diaspor nümayəndlərilə görüşündə iki ölkə arasında son aylarda müşahidə olunan soyuqluğu şərh edərkən bildirib.
Səfir bundan sonra münasibətlərin daha sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu deyib.
“Azərbaycan və İran ümumi tarixi və dini köklərə malikdir. Əgər hətta onlar arasında fikir ayrılığı yaransa belə, bunu öz aralarında həll edirlərâ€�-deyə Səccadi vurğulayıb.
Səfir İran və Azərbaycanı “iki qardaşâ€� adlandırıb. “Biz ayrı evlərdə və ayrı ailələrdə yaşayan iki qardaşıq. Ölkə rəhbərlərimiz bir-birilərini çox yaxşı tanıyırlar. Bizim münasibətlər strateji xarakter daşıyır və günü-gündən yaxşılaşırâ€�-deyən səfir vurğualyıb ki, son zamanlar hər iki ölkə başçısının siyasi iradəsi sayəsində əlaqələrdə xeyli inkişaf baş verib.