“Eurovision-2010â€� mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxs martın 2-də bəlli olacaq
Martın 2-də “Butaâ€� sarayında “Eurovision-2010â€� mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün milli final konserti keçiriləcək. “Eurovisionâ€� üzrə Azərbaycanın musiqi əlaqələndiricisi Zəhra Bədəlbəyli KƏLAMİNFO-ya bildirib ki, finala vəsiqə qazanmış üç namizəd - Məryəm Şabanova, Səfurə Əlizadə və Milk&Kisses qrupu Azərbaycanı Osloda keçiriləcək 55-ci “Eurovisionâ€� müsabiqəsində təmsil etmək uğrunda mübarizə aparacaqlar. Onlar 5 əcnəbi bəstəkarın Kiyevdə yazdırdıqları mahnıları milli münsiflərin və tamaşaçıların qarşısında nümayiş etdirəcəklər.
Həmin gün cari ilin mayında keçiriləcək “Eurovision-2010â€� mahnı yarışmasında Azərbaycanı təmsil edəcək musiqiçi və orada ifa oluncaq mahnı müəyyənləşdiriləcək.