Prezident “İmamzadəâ€� kompleksinin bərpasına 4 milyon manat ayırdı
Prezident Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadəâ€� kompleksinin bərpasının tamamlanması ilə əlaqədar əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.  Sənəddə deyilir: 1. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadəâ€� kompleksinin bərpası ilə əlaqədar işləri tamamlamaq məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.